Bu məqsədlərə çatmaq üçün “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” proqramında aşağıdakılar nəzərdə tutulub:
- Şərqi Tərəfdaş ölkələr arasında və Aİ-yə Üzv Dövlətlər ilə transsərhəd elektron ticarət komponentlərinin pilot formatında tətbiqi
- Regionda elektron ticarət üzrə maraqlı tərəflər arasında şəbəkələrin qurulmasının təşviqi
- Şərqi Tərəfdaş ölkələr arasında və Aİ ilə transsərhəd elektron ticarət təminatçılarının pilot formatında tətbiqi
- Transsərhəd gömrük idarələri arasında məlumat mübadiləsi üzrə mexanizmlərin pilot formatında tətbiqi
- Baltik və Qara dəniz arasında Rəqəmsal multi-modal (dəniz və quru) nəqliyyat dəhlizi pilot layihəsi üzərində iş
EU4Digital elektron ticarət şəbəkəsi tam idxal-ixrac dövriyyəsinin rəqəmsal cəhətlərini əhatə edir. Şəbəkənin 2020-ci il üzrə aşağıdakı hədəfləri müəyyən edilmişdir:
- Tərəfdaşlar arasında və Aİ ilə elektron ticarət, elektron gömrük və elektron logistika üzrə qanunvericiliyin uyğunlaşdırılması
- Bütün tərəfdaş ölkələrdə elektron ticarət üzrə idxal-ixrac prosesləri yenidən işlənib hazırlanmışdır
- Tərəfdaşlar arasında və Aİ ilə transsərhəd elektron ticarət üzrə pilot layihə artıq fəaliyyətdədir
- Baltik və Qara dəniz arasında Rəqəmsal nəqliyyat dəhlizi üzrə pilot layihə artıq fəaliyyətdədir
Aİ-nin transsərhəd elektron ticarət sahəsinə dəstəyi nəticəsində elektron ticarət və elektron logistika vasitəsilə ixrac prosedurlarının sadələşməsi, sərhəddə gecikmələrin azalması, əməliyyatların təhlükəsizliyinin və şəffaflığının artması, dələduzluq səbəbindən yaranan inzibati xərclərin və itkilərin azalması və rəqəmsal iqtisadiyyatın rəqabət qabiliyyətinin yaxşılaşması gözlənilir.