Elektron bacarıqlar

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir və rəqəmsal sahədə iş yerləri üzrə milli koalisiyaların və kiçik müəssisələr üzrə səlahiyyət bazasının yaradılması istiqamətində fəaliyyət göstərir.

Xəbərlər Hadisələr Uğur hekayələriVərəqələr Məlumat bülletenləri

Bu məqsədlərə çatmaq üçün “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” proqramında aşağıdakılar nəzərdə tutulub:

  • Rəqəmsal bacarıqlar sahəsində milli boşluqların ölçülməsi və proqnozlaşdırılması üzrə metodologiyanın müəyyənləşdirilməsi
  • KOM-lar və mikro müəssisələr üzrə vahid səlahiyyət bazasının müəyyənləşdirilməsi
  • Bacarıqlar və iş yerləri üzrə milli koalisiyaların yaradılması
  • Təlim və seminarların keçirilməsi 
  • Tərəfdaş ölkələrdə promo kampaniyaların həyata keçirilməsi

Bu proqram, aşağıdakı prioritetləri diqqət mərkəzində saxlayan EU4Digital təşəbbüsünün elektron bacarıqlar şəbəkəsinin fəaliyyətlərinə dəstək verir:

  • Vətəndaşlar üçün rəqəmsal bacarıqlar
  • İKT sahəsində çalışan peşəkarlar üçün rəqəmsal bacarıqlar
  • KOM-lar daxil olmaqla, İKT sahəsində çalışmayanlar üçün rəqəmsal bacarıqlar
  • Təhsildə rəqəmsal bacarıqlar (təhsil işçiləri, gənclər və tələbələr üçün rəqəmsal bacarıqlar)

Getdikcə artan rəqəmsal iqtisadiyyatlar və cəmiyyətlər üçün rəqəmsal bacarıqlar həyati əhəmiyyət daşıyır. Aİ rəqəmsal bacarıqların inkişafına dəstək verməklə həmin bacarıqların yeni yaranan sahələrin tələblərinə uyğunlaşdırılmasına kömək edərək məşğulluğa, özəl sektorun inkişafınaiqtisadiyyatın dinamik inkişafına töhfə verir. 

Hadisələr

Aİ-nin Kodlaşdırma Həftəsi 2023

  • 07/10/23 - 22/10/23

Hər il bütün yaş dövründə olan və müxtəlif təhsil və peşəyə sahib şəxslər arasında rəqəmsal texnologiyalar sahəsində savadlılığın və kodlaşdırma bacarıqlarının əhəmiyyətini vurğulayan Aİ-nin Kodlaşdırma Həftəsi keçirilir. Tədbirlər bütün il boyunca keçirilir, amma iki həftə xüsusilə Kodlaşdırma Həftəsi üçün ayrılıb. Bu il Kodlaşdırma Həftəsinin 7-22 oktyabr arası tarixlərində keçirilməsi nəzərdə tutulub.

Daha çox öyrən

Hamısına bax

Vərəqələr

Hamısına bax