Yeni EU4Digital Akademiyasında Şərq Tərəfdaşlığı vətəndaşlarına və müəssisələrə təlimlər təşkil olunacaq
Tarix: 09/04/24
EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri üçün rəqəmsal bacarıqlar üzrə pulsuz və əlçatan təlimlərin təşkili üçün EU4Digital Akademiyası adlı rəqəmsal tədris proqramının icrasına başlayıb. EU4Digital Akademiyasında Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna vətəndaşları və bu ölkələrdə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğunlaşdırılmış istifadəsi asan, veb əsaslı kurslar təşkil olunur.
EU4Digital Akademiyasının qurulmasında və işə salınmasında aparıcı rol oynayan, EY-də biznes və texnologiyalar üzrə məsləhətçi Maykl Erikson deyir ki, rəqəmsal bacarıqlar artıq ixtisaslaşdırılmış və ya müstəsna bacarıqlar hesab olunmur və günümüzdə sürətlə zərurətə çevrilməkdədirlər.
Son 10 ildə rəqəmsal texnologiyalar sahəsində baş verən inqilab nəticəsində müxtəlif texnologiyalar və cihazlarla işləmək bacarığı zərurətə çevrilib. Müasir dünyada və rəqəmsal iqtisadiyyatda səmərəli iştirak bu bacarıqlardan asılıdır.
EY-də biznes və texnologiyalar üzrə məsləhətçi Maykl Erikson
Cənab Erikson qeyd edir ki, həm sahibkarlıq müəssisələrinin, həm də fərdi şəxslərin tədqiq etməli olduğu bir sıra əlaqəli sahələr, imkanlar və bazarlar mövcuddur. “Məhz bu səbəblərdən dolayı EU4Digital Akademiyası yarandı”.
Rəqəmsal bacarıqları təkmilləşdirən təlim proqramlarına çıxış imkanı buna ehtiyacı olan hər kəsə əlçatan olmalıdır.
EY-də biznes və texnologiyalar üzrə məsləhətçi Maykl Erikson
Əvvəllər EU4Digital EdTech Hub təşəbbüsü kimi tanınan onlayn tədris platforması olan EU4Digital Akademiyasının köməyilə Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları və orada fəaliyyət göstərən KOB-lar rəqəmsal bacarıqlarını təkmilləşdirə biləcəklər. Onlar Aİ ölkələrinə aid tədris məzmunu təmin edən kurslarda iştirak edə bilərlər. Bu məzmun onların yaşadığı ölkələrin dilinə tərcümə edilir. Onlara Aİ ilə uyğunlaşdırılmış mikro etimadnamə təqdim olunacaq. Nişan formasında olan bu etimadnamələri əldə edilən yeni bacarıq və biliklərin sübutu kimi sosial mediada paylaşa və ya CV-də yerləşdirmək olar.
Platforma haqqında
Texniki xüsusiyyətləri baxımından EU4Digital Akademiyası qısa müddətə atingi platformasında yerləşdiriləcək. Alman İnkişaf Agentliyi (GIZ) tərəfindən həyata keçirilən atingi proqramının dəyərləri EU4Digital Akademiyasının dəyərlərini qismən əks etdirir. Belə ki, bu proqram inkişaf etməkdə olan bazarlarda mühüm əhəmiyyət daşıyan məşğulluq və təhsil bacarıqlarında olan boşluqları aradan qaldıran yerli səviyyəyə uyğun öyrənmə imkanlarının təmin edilməsini diqqətdə saxlayır. EU4Digital Akademiyası proqram konsepsiyasını, təlim məzmununu təkrar-təkrar inkişaf etdirə və elektron tədris/təhsil texnologiyaları platformasının yaradılması üçün qabaqcıl təcrübələrdən yararlana biləcək. Uzunmüddətli perspektivdə məqsəd EU4Digital Akademiyasının daimi və müstəqil texnoloji həll vasitəsilə fəaliyyət göstərməsi planlaşdırılır.
İlk kurs artıq əlçatandır!
EU4Digital proqramının yeni təhsil platformasında təşkil olunacaq ilk kurs Ukraynadan olan iştirakçılar üçün xüsusilə hazırlanmışdır və “Aİ-nin satış platformalarında elektron ticarət” mövzusundadır. Bu kurs ukrayna və ingilis dillərində olmaqla EU4Digital Akademiyasının həm də mobil versiyasında əlçatan olacaq.
“Aİ-nin satış platformalarında elektron ticarət” adlı kursun Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya uyğunlaşdırılmış versiyaları 2024-cü il ərzində EU4Digital Akademiyasında əlçatan olacaq. Bu kurslar hər bir ölkənin xüsusiyyətlərinə uyğun hazırlanacaq və həm ingilis, həm də yerli dillərdə yayımlanacaq.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.