Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
Tarix: 11/04/24
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydalarışəbəkəsinin fəaliyyətləri çərçivəsində özəl 5G şəbəkələrinin inkişafına dair hesabathazırlayıblar. Hesabatın əsas məqsədi özəl 5G şəbəkələrinin yaradılması üçün biznes sektorunda istifadə hallarını müzakirə etmək, həmçinin tezliklərin bölüşdürülməsində Aİ-yə üzv dövlətlərin əldə etdikləri təcrübəni bölüşməkdir.
Özəl 5G şəbəkələrinin inkişafı bütün dünyada milyonlarla cihazı birləşdirməyə və səhiyyədə real vaxt rejimində diaqnostik məlumatların əldə olunmasından tutmuş, energetika, nəqliyyat, su və tullantıların intellektual idarə olunmasına qədər sənayenin müxtəlif sahələrində qabaqcıl layihələri həyata keçirməyə imkan verir.
Hesabatda özəl 5G şəbəkələrinin, xüsusən də avtomobil istehsalı və sənayenin digər sektorlarında faydaları yer alır. Avtomobil şirkətləri real vaxt rejimində monitorinq vasitəsilə istehsalın səmərəliliyini artırmaq və fasilə müddətini azaltmaq üçün 5G-nin yüksək sürətindən və aşağı gecikmə müddətindən istifadə etməyi nəzərdə tutur. Sənaye sektorundakı şirkətlər isə yerli sənaye tətbiqlərini əlaqələndirir və daha sürətli və etibarlı şəbəkələr, məhsulların keyfiyyətinin yaxşılaşdırılması və daha təhlükəsiz iş yerlərinin yaradılması üçün əşyaların interneti və süni intellektdən istifadə edirlər. Hesabatın nəticələrinə və Şərq Tərəfdaşlığı ölkələrindən alınan rəylərə əsaslanaraq EU4Digital proqramı hər bir ölkə üçün xüsusi prioritetlər və özəl 5G şəbəkələrinin yaradılması məqsədilə təşəbbüslər işləyib hazırlayacaq.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.