EU4Digital, Aİ və Ermənistan arasında elektron hökumət və rəqəmsallaşdırma sahəsində mövcud olan uzunmüddətli əməkdaşlığa və Telekommunikasiya qaydaları, Etimad və təhlükəsizlik, Elektron ticarət, İKT-nin innovativ inkişafı, Elektron səhiyyə və Elektron bacarıqlar sahələrinə xüsusi diqqət ayırmaqla Aİ-Ermənistan əməkdaşlığının daha da möhkəmləndirilməsinə əsaslanır. Sözügedən təşəbbüsün nəticələri Ermənistan vətəndaşları üçün onlayn xidmətlərin daha da yaxşılaşması, qiymətlərin ucuzlaşması və daha geniş seçimlərdən istifadə ilə yanaşı, sərmayələrin cəlb edilməsi, ticarətin və məşğulluğun artırılması və Aİ-yə üzv dövlətlər ilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə nəticələnəcəkdir.
Aİ həmçinin məqsədi Ermənistanın dövlət idarəçiliyinin bütün təşkilatları arasında sadələşdirilmiş və standartlaşdırılmış etibarlı əlaqə yaratmağa imkan verən hökumət orqanları arasında uyğunluq üzrə platformanın yaradılması və sərhəd keçid məntəqələri üçün bir pəncərə prinsipinə uyğun həllərin tətbiq edilməsi olan EU4Armenia: e-Gov Actions adlı üç illik (2017-2020) layihəni maliyyələşdirir. Layihə çərçivəsində şəffaflıq, dövlət nəzarəti və elektron idarəçilik xidmətləri güclənəcək və hökumət orqanları, iqtisadi subyektlər və vətəndaşların vaxt və puluna qənaət ediləcək.
Rəqəmsal sahədə daha öncə qurulan əməkdaşlığa Ermənistanın vətəndaş vəziyyətinə dair elektron reyestri, “Mulberry” adlı sənədsiz nazirliyi, onlayn biznes reyestri, elektron penitensiar sistemi, elektron apostil, qanun layihələri üzərində şəffaf və asan müzakirə aparmaq üçün elektron layihə interaktiv portalı və hökumətə sorğu, şikayət və ya təklif göndərmək və s. üçün elektron sorğu onlayn interaktiv portalı daxildir.
2019-cu ilin mayında Ermənistanda yeni Yüksək Texnologiyalar Sənayesi Nazirliyi yaradılıb. Bu da həyata keçirilmiş, davam edən və planlaşdırılmış təşəbbüslərin əlaqələndirilməsi, eləcə də rəqəmsal sahənin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Nazirliyin hədəfində olan vəzifələr arasında vahid yanaşma tətbiq edilərək aşağıdakı əsas sahələr üzərində qurulması nəzərdə tutulan rəqəmsal transformasiya proqramının işlənib hazırlanması, tətbiqi və nəticələrinin monitorinqi var:
- rəqəmsal idarəçilik;
- rəqəmsal iqtisadiyyat;
- rəqəmsal cəmiyyət;
- rəqəmsal infrastrukturlar.
Kibertəhlükəsizlik bir çox şeyi əhatə edən məsələlərdəndir.
Bütün əlaqədar layihələri göstər