Ermənistan, Azərbaycan, Gürcüstan və Almaniya arasında elektron kommersiyaya dair pilot layihə: EU4Digital təşəbbüsünün fəaliyyəti elektron kommersiyanın həcmini necə artırmağı planlaşdırır

  • Tarix: 05/02/21
  • Paylaş:

Müəssisələr və müştərilər məhsul və xidmətlərin alqı-satqısını onlayn formada həyata keçirməyə başlayırlar və bu tendensiya COVID-19 pandemiyası dövründə daha da sürətlənir və getdikcə daha da vacib əhəmiyyət daşıyır. Müəssisələr onlayn fəaliyyətə keçdikdə iki böyük problemlə üzləşirlər: məhsulların onlayn təqdim olunması üçün tələb olunan əlavə sərmayə və onlayn qaydada çalışmaq üçün praktiki bacarıqların və digər lazımi bacarıqların olmaması. Eyni zamanda, Aİ, 2021-ci ildə Elektron kommersiya üzrə ƏDV paketi tətbiq etməyə hazırlaşır. Bu paket müəssisələrin və hökumətlərin az məlumatlı olduqları elektron kommersiya proseslərini dəyişdirir. Hazırki dövrdə Şərqi tərəfdaşlıq ölkələrinin elektron kommersiyaya keçməsi və uyğunlaşması üçün dəstəyə ehtiyacı var.

EU4Digital təşəbbüsünün elektron kommersiya sahəsinə dair tədqiqatının tarixçəsi

Aİ hazırda dünyada ikinci ən böyük transsərhəd məhsul alıcısıdır və elektron kommersiya üzrə öz qaydalarını, proseslərini, praktiki bacarıqlarını və maraqlı tərəflərlə əlaqə qurma yollarını müəyyənləşdirib. Təbii ki, ittifaqa üzv dövlətlər, bu qaydaların, Aİ-dən kənarda fəaliyyət göstərən müəssisələr daxil olmaqla bütün ticarət tərəfdaşları tərəfindən nəzərə alınacağını və hörmət ediləcəyini gözləyirlər. Əks təqdirdə, fərqli qaydalar elektron kommersiya üzrə əməliyyatları çətinləşdirən fərqli maneələr və baryerlər yaradır.

Bu cür fəsadların qarşısını almaq üçün Şərqi tərəfdaşlıq ölkələri ilə Aİ arasında rəqəmsal mühitləri uyğunlaşdırmaq tələb olunur. Buraya elektron kommersiya üzrə ekosistemlərin uyğunlaşdırılması və Aİ-nin müvafiq qanunvericiliyi və standartlarına yaxınlaşma daxildir. Bu məqsədlə EU4Digital təşəbbüsü Şərqi tərəfdaşlıq ölkələri ilə Aİ arasında elektron kommersiya sahəsini ekosistem, hüquqi baza və standartlar kimi üç sahədə uyğunlaşdırılmasına dair təlimatlar təmin etmək üçün əsas parametrlər və tövsiyələr hazırlayıb.

Növbəti mərhələdə elektron kommersiya axınlarını artırmaq üçün pilot layihənin icrasına başlanılacaq

Şərqi tərəfdaşlıq ölkələrindəki cari vəziyyətin qiymətləndirilməsi zamanı EU4Digital təşəbbüsü transsərhəd elektron kommersiya ticarəti ilə bağlı aşağıdakı problemləri müəyyənləşdirib:

  • Aİ-də fəaliyyət göstərən əsas ticarət və iqtisadi fəaliyyət sahələri Şərqi tərəfdaşlıq ölkələri üçün əlçatandır, lakin məlumatsızlıq və Aİ bazarlarına daxil olmağın baha olması səbəbindən geniş istifadə edilmir. 
  • Şərqi tərəfdaşlıq ölkələrində transsərhəd satışların mövcud olduğu ticarət və iqtisadi fəaliyyət sahələri geniş yayılmayıb və Aİ müştəriləri üçün fərdiləşdirilməyib.
  • Şərqi tərəfdaşlıq ölkələrində transsərhəd satışlar üzrə ortalama çatdırılma müddəti Aİ-dəkindən çoxdur.

Bütün bunlar EU4Digital təşəbbüsünü elektron kommersiya ekosistemini gücləndirəcək və elektron kommersiyanın həcmini artıracaq mümkün həll yolu axtarmağa sövq etmişdir. Elektron kommersiya prosesində hazırlanan tövsiyələrdən biri çətinliklərin öhdəsindən gəlmək üçün pilot layihənin icrası seçilmişdir. Pilot layihənin məqsədi elektron kommersiya sahəsində çalışan tərəflərinin avtomatik olaraq satışlar, gömrük və çatdırılma məlumatlarını mübadilə edə bilməsi üçün onları əlaqələndirmək və yerli malların milli virtual anbarlarının/məlumat bazalarının yaradılmasıdır (aşağıdakı şəklə baxın).

This image has an empty alt attribute; its file name is Figure-1-1024x182.jpg

1: Elektron kommersiya həlli – virtual anbar

Virtual anbar, xaricdə satışa qoyulan məhsullar yerləşdirilərkən və transsərhəd çatdırılma başa çatdırılarkən pərakəndə satıcıları, satış sahələrini, çatdırılma operatorlarını və gömrükçüləri dəstəkləyəcək. Bu həll əsasən aşağıdakı üstünlüklərə sahib olacaq:

  • Pərakəndə satıcılar üçün: xərclər və vaxt cəhətdən səmərəli. Müəssisələr, satışa çıxardıqları məhsulların siyahısını vermək üçün məhsul və xidmət bazarlarının istifadə edə biləcəyi tək bir virtual anbarda inventarları real vaxt rejimində idarə edirlər.
  • Məhsul və xidmət bazarları: inam və inkişaf. Virtual anbar məhsulların interfeyslərdə göstərilməsinə icazə verməklə məhsul və xidmət bazarlarının məhsul portfelini genişləndirməsinə imkan verən etibarlı real vaxt rejimində çalışan baza kimi xidmət edir.
  • Poçt operatorları: vaxtında çatdırılma və keyfiyyət.  Satış baş verən kimi bazarlar tətbiqi proqramlaşdırma interfeysi (API) vasitəsilə virtual anbara xəbər verir ki, milli poçt transsərhəd nəqliyyat prosedurlarını vaxtında başlatsın və 72 saat ərzində malları çatdırsın.
  • Nəzarət orqanları: məhsulların şəffaflığı/keyfiyyəti – baza yerli məhsulların və siyahıların keyfiyyətinə nəzarət üçün zəmin yaradır.

Bu pilot fəaliyyətin digər məqsədi Şərqi tərəfdaşlıq ölkələrindəki elektron kommersiya iştirakçılarını 2021-ci ildə Aİ-də tətbiq olunan Elektron kommersiya üzrə ƏDV paketinə hazırlamaqdır. Pilot ölkələr gələcək dəyişikliklər haqqında daha çox məlumat əldə edəcəklər (aşağıdakı şəklə baxın) və aşağıdakı dəyişikliklərə hazırlaşmaq üçün dəstək əldə edəcəklər:

  1. İcbari elektron gömrük bəyannaməsi;
  2. 2021-ci il iyul ayından etibarən bütün bağlama operatorları üçün azaldılmış gömrük məlumatları dəsti mövcuddur;
  3. Hər hansı bir bağlamada təyin olunmuş bütün identifikasiya nömrələrini həmin bağlamanın içindəki əşyalarla əlaqələndirən uyğunlaşdırılmış identifikasiya nömrəsi.
This image has an empty alt attribute; its file name is Figure-2-1-1024x464.jpg

2: 2021-ci ildə elektron kommersiya səhəsindəki dəyişikliklər haqqında ümumi məlumat

Elektron kommersiya üzrə pilot layihə 2021-ci ilin yanvarında həmin layihəyə cəlb olunmuş ölkələrlə görüşdən sonra icra olunmağa başlayıb.

Elektron kommersiya üzrə pilot layihəyə dair təklif irəli sürüldükdən sonra, Avropa Komissiyası Ermənistanı, Azərbaycanı və Gürcüstanı pilot ölkələr kimi təsdiqləyib. Pilot ölkələr arasında ilk iş görüşü pilot ölkələrdən iştirak etməklə bağlı istəklərini təsdiqləyən rəsmi məktublar alındıqdan sonra təşkil edilib.  Görüş zamanı EU4Digital təşəbbüsünün elektron ticarət üzrə işçi heyəti bu sahədə aparıcı mütəxəssis olan Volter Trezek ilə birlikdə aşağıdakıları təqdim edib:

  • Elektron kommersiyaya dair fəaliyyət, onun zaman çərçivəsi və gözlənilən nəticələri
  • pilot konsepsiya və miqyası
  • iştirak edən tərəflər üçün faydaları
  • zaman çərçivəsi

Hansı nəticələr gözlənilir?

EU4Digital, hər pilot ölkədə təyin olunmuş işçi qrupları ilə texniki görüşlər keçirməyə başlayıb. İşçi qruplarına aşağıdakılar daxildir:

  • Pilot ölkədə əlaqələndirici orqan
  • Virtual anbar sahibi
  • Onlayn pərakəndə satıcılar
  • Milli poçt operatoru
  • Gömrük orqanları

Bu görüşlər zamanı iştirakçılar pilot layihənin həyata keçirilməsinə dair tələbləri, məhsulların siyahısının cari vəziyyətini və Şərqi tərəfdaşlıq ölkələrinə transsərhəd çatdırılmanı müzakirə edirlər.

Şərqi tərəfdaşlıq ölkələri ilə Aİ arasındakı elektron kommersiyanın həcmini artırmaq məqsədilə EU4Digital, Aİ-yə üzv dövlət olaraq Almaniyanı Şərqi tərəfdaşlıq ölkələrindən olan pərakəndə satıcıların məhsullarını Alman məhsul və xidmət bazarlarına yerləşdirməyi təklif edib. EU4Digital, “Ecommerce Europe” assosiasiyasına üzv olan və 30000-dən artıq Alman kiçik və orta müəssisəsi tərəfindən dəstəklənən Alman assosiasiyası ilə əməkdaşlıq edir. Pilot layihənin əhatə dairəsi məhsulların virtual anbarda siyahıya alınması üçün Aİ standartlarının tətbiqini əhatə etdiyindən, pilot layihə başa çatdıqdan sonra həmin həll Aİ-yə digər üzv dövlətlər və Şərqi tərəfdaşlıq ölkələri, eləcə də Ümumdünya Poçt İttifaqı daxilində eyni standartlardan istifadə edən 192 ölkə ilə transsərhəd elektron kommersiya üçün uyğunlaşdırıla bilər.

Tamamlanmış pilot fəaliyyətlər Şərqi tərəfdaşlıq ölkələri üçün iki əsas nəticəyə gətirib çıxaracaq:

  • Pilot fəaliyyət zamanı istifadə edilmiş (yaradılmış) virtual anbarın köçürülməsi.
  • Tərəfdaş ölkələr arasında və Aİ ilə elektron kommersiyanın inkişafı üçün Şərqi tərəfdaşlıq ölkələrində layihənin tam miqyaslı (virtual anbar) tətbiqinə dair tövsiyələr.