İKT-nin innovativ inkişafı

Avropa İttifaqı özünün EU4Digital təşəbbüsü vasitəsilə Aİ-nin təcrübəsinə və qabaqcıl təcrübələrə əsaslanaraq Şərq Tərəfdaşlığı regionu boyunca İKT sahəsində tədqiqatların, startapların və innovasiya ekosistemlərinin inkişafına yönəlmiş islahatlara və fəaliyyətlərə dəstək verir.

Xəbərlər Hadisələr Uğur hekayələriVərəqələr Məlumat bülletenləri

Bu məqsədlərə çatmaq üçün “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” proqramında aşağıdakılar nəzərdə tutulub:

Proqramda aşağıdakıların inkişafına yönəlmiş EU4Digital İKT-nin innovativ inkişafı şəbəkəsinin fəaliyyətinə dəstək verilir:

  • Təlim
  • Şəbəkələşmə
  • Təşkilati baza
  • İnnovasiya bazası
  • İnnovasiya infrastrukturu
  • KOM-lar üzrə pilot layihələr
  • KOM-lar üçün innovativ xidmətlər

Aİ tərəfindən maliyyələşdirilən və hazırda icrası davam edən Eap Connect proqramı çərçivəsində bütöv regionda 700-dən artıq qurumda çalışan iki milyona yaxın yerli alim, tələbə və təhsil işçisinin qlobal tədqiqat məkanına çıxışını təmin edərək yüksək tutumlu genişzolaqlı internet vasitəsilə tədqiqat və təhsil icmaları və onların Avropalı həmkarları arasında qarşılıqlı əlaqələrin qurulması vasitəsilə İKT-nin innovativ inkişafına dəstək verilir. www.eapconnect.eu 

EU4Digital təşəbbüsünün İKT-nin innovativ inkişafına dəstəyi sayəsində qabaqcıl elmi araşdırmalarıntranssərhəd sərmayələrin paylaşılmasının yaxşılaşması, ŞT regionundan olan startapların Aİ bazarlarına asanlıqla çıxışı, yeni sərmayələrin cəlb olunması və istedadlı gənclər üçün yeni iş yerlərin yaradılması, eləcə də məhsuldarlığın və həcmin artması gözlənilir.

Hadisələr

Startap körpüsü: Şərqlə Qərbin qovuşması

  • 16/06/23 - 16/06/23

Şəbəkə tədbirində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan ən perspektivli startaplara və ekosistemin digər nümayəndələrinə siz də qoşulun. "Startap körpüsü: Şərqlə Qərbin qovuşması" adlı tədbir EU4Digital və "Expertise France" tərəfindən Şərq Tərəfdaşlığı (ŞT) regionu startap ekosistemində inkişaf və tərəfdaşlıq naminə startapları Fransanın mötəbər investorları və sürətləndiricilərini bir araya gətirəcək.

Daha çox öyrən

Hamısına bax