Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital layihəsinin yeni fəaliyyəti Şərq Tərəfdaşlığında innovasiya klasterlərini dəstəkləyir
Tarix: 08/04/24
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiya klasterlərini dəstəkləmək üçün yeni fəaliyyət proqramının icrasına başlayıb. Startaplar, kiçik və orta sahibkarlıq müəssisələri (KOB-lar), elmi-tədqiqat təşkilatları, qeyri-kommersiya təşkilatları və digər əlaqəli iqtisadi tərəflərdən ibarət bu koalisiyalar vasitəsilə innovasiyaları stimullaşdırmaq, bilikləri bölüşmək və əməkdaşlığı dəstəkləmək, eləcə də texnoloji və iqtisadi inkişafı təşviq etmək nəzərdə tutulur. EU4Digital proqramının innovasiya klasterlərinin dəstəklənməsinə yönəlmiş yeni fəaliyyəti, proqramın regional rəqəmsal bazarların uyğunlaşdırılması üzrə daha geniş məqsədlərinə uyğun olaraq Şərq Tərəfdaşlığı və Aİ ölkələrinin startap ekosistemlərini əlaqələndirən İKT və innovasiyaları tematik sahəsi çərçivəsində həyata keçirilir.
Bu fəaliyyətə 2024-cü ilin yanvar ayında İKT və innovasiyalar ekspert şəbəkəsinin təşkil etdiyi təqdimat mərasimində rəsmi olaraq start verilib. Yeni proqram Avropa İttifaqına üzv (Aİ) ölkələrdə innovasiya klasterləri arasında qabaqcıl təcrübələrin nəzərdən keçirilməsindən sonra işlənib hazırlanmışdır. Bununla da rəqəmsal innovasiyaları dəstəkləmək və Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada potensial olaraq Rəqəmsal İnnovasiya Mərkəzlərinə çevrilmək üçün mövcud və potensial klasterlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən təşkilatların cari ehtiyac və potensialını müəyyən etmək mümkün olmuşdur.
İKT və innovasiyalar şəbəkəsi ŞT ölkələrindəki innovasiya klasterlərinin üzvlərinin innovasiya və rəqəmsallaşma ehtiyaclarının dəstəklənməsi imkanlarını qiymətləndirmək üçün onları sorğuda iştirak etməyə, eləcə də pulsuz onlayn təlim üçün qeydiyyatdan keçməyə dəvət edir.
Sözügedən sorğu 23 may 2024-cü il tarixinədək əlçatan olacaq. Təlim 18 aprel 2024-cü il tarixində onlayn formatda keçiriləcək. Təlimdə iştirak üçün qeydiyyatın son tarixi 17 apreldir.
- Təlimdə və qiymətləndirmədə iştirak üçün dəvət haqqında daha ətraflı öyrənin.
Yeni proqramın məqsədləri
Yeni proqramın əsas məqsədi ŞT ölkələrində fəaliyyət göstərən klaster təşkilatlarının üzvləri arasında innovasiyaları və rəqəmsallaşmanı dəstəkləmək imkanlarını diqqət mərkəzində saxlamaqla onların statusunu, inkişafını, problem və dəstək prioritetlərini müəyyən etməkdir.
Sözügedən fəaliyyət həmçinin, ŞT-dəki klaster təşkilatları arasında Aİ-nin klasterlərin idarə edilməsi sahəsində qabaqcıl təcrübələri və xidmət təklifləri haqqında məlumatlılığı artırmaq, onların Avropanın aparıcı ixtisas və təsnifat prosedurlarında iştirakı üçün yetkinlik səviyyələrini əvvəlcədən qiymətləndirməyə kömək etmək və rəqabət qabiliyyətlərini artırmaq üçün strateji və əməliyyat planları hazırlamağa həvəsləndirmək məqsədi daşıyır.
Proqram adı çəkilən sorğudakı suallar üçün məlumatlar təmin edən “Avropa Klasterlərin Mükəmməllik Təşəbbüsü” (ECEI): Klaster Təşkilatları üçün Keyfiyyət Nişanı (Klasterlərin Mükəmməlliyi üzrə QIZIL Klaster İdarəetmə Keyfiyyət Nişanı): meyarlar, proseslər, tətbiq strukturuna” əsaslanır.
Növbəti mərhələlərdə nə olacaq?
Sorğunun nəticələri strategiyaların tənzimlənməsi üçün iştirakçı klasterlər tərəfindən dərhal istifadə edilə bilər. Qiymətləndirmənin nəticələri də Şərq Tərəfdaşlığı ölkələri üzrə ümumiləşdirilərək 2024-cü ilin payız aylarında keçiriləcək onlayn tədbir zamanı iştirakçı klaster təşkilatlarına, müvafiq dövlət orqanlarına, innovasiyalara dəstək orqanlarına və potensial beynəlxalq donorlara təqdim ediləcək.
Aşkar edilmiş problemlər və inkişaf prioritetləri əsasında ən fəal maraqlı tərəflər üçün tövsiyələr və nümunəvi fəaliyyət planlarının hazırlanması və müvafiq normayaradan qurum və potensial donorlara təqdim edilməsi nəzərdə tutulub.
Qiymətləndirmə formasını təqdim edən ŞT klaster təşkilatlarına EU4Digital proqramı tərəfindən “BÜRÜNC Klaster İdarəetmə Keyfiyyət Nişanı – Klaster Mükəmməlliyinə çalışır” tanınma səviyyəsinə nail olmağa kömək edən fəaliyyətlərin təşkili və xərcləri ilə bağlı yardım ediləcək. (Qeyd: sorğuda iştirak avtomatik olaraq ECEI və ya hər hansı əlaqəli nişanlar çərçivəsində ixtisaslaşdırma təmin etmir. Belə tanınmada maraqlı olan klaster təşkilatları sözügedən ilkin qiymətləndirmədən sonra ESCA, EUCLES və ya digər müvafiq orqanların rəsmi müraciət prosesinə riayət etməlidirlər.)
EU4Digital həmçinin ŞT klasterlərinin ən cəlbedici uğur hekayələrini işıqlandıracaq və qabaqcıl təcrübələri müəyyən edəcək. EU4Digital proqramı həmçinin növbəti mərhələlərdə ŞT klasterləri və onların nailiyyətlərinin beynəlxalq miqyasda və məqsədyönlü tədbirlər vasitəsilə təbliğində iştirak etməyi və bununla da onların normayaradan orqanlar və potensial donorlar kimi daha böyük kütləyə çatdırılmasına dəstək verməyi planlaşdırır.
EU4Digital ŞT ölkələrində mövcud və potensial donorlarla mümkün sinerji və əməkdaşlıqlarla bağlı müzakirələr aparmağa hazırdır.
Əlavə məlumat
EU4Digital proqramının İKT-nin innovativ inkişafı şəbəkəsi ŞT və Aİ innovasiya və startup ekosistemlərini əlaqələndirmək, şəbəkələşməni təşviq etmək, Aİ-nin qabaqcıl təcrübə və alətlərini ŞT innovasiyaları ilə bağlı maraqlı tərəflərlə bölüşmək, ŞT rəqəmsal startap ekosisteminin inkişafına dəstək vermək, innovasiyalar üçün çərçivə və təlimatlar hazırlamaq məqsədi daşıyır.
EU4Digital proqramının İKT və inovasiyalar şəbəkəsinin fəaliyyətləri haqqında daha ətraflı öyrənmək üçün “İzahedici materiallar” və “‘Kitabxana” bölməsindəki “İKT və innovasiyalar” adlı qısa videoya baxın.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu