Bu məqsədlərə çatmaq üçün “EU4Digital: Şərq Tərəfdaşlığında rəqəmsal iqtisadiyyata və cəmiyyətə dəstək” proqramında aşağıdakılar nəzərdə tutulub:
- ŞT regionu üzrə elektron səhiyyə sahəsində uyğunlaşdırma prosesinə dair təlimatlar və standartların hazırlanması
- ŞT regionunda elektron səhiyyəyə dair platformanın yaradılması
- Regionun müvafiq Aİ layihələrinə, proqramlarına və təşəbbüslərinə cəlb edilməsi
Proqram EU4Digital elektron səhiyyə şəbəkəsinin fəaliyyətlərini dəstəkləyir və onun əsas məqsədlərinə aşağıdakılar daxildir:
- Elektron səhiyyə sahəsində məlumat və təcrübə mübadiləsinə dair platformanın yaradılması
- ŞT ölkələrində elektron səhiyyə sahəsində çalışan qurumların, icmaların və peşəkarların bacarıqlarının artırılması
- Elektron səhiyyəyə dair siyasətlərin uyğunlaşdırılması ilə bağlı tövsiyələrin haırlanması
- Tərəfdaş ölkələr arasında və Aİ-yə Üzv Dövlətlər ilə transsərhəd elektron səhiyyəyə dair pilot layihənin icrası
Elektron səhiyyə sistemlərinin hazırlanması və sərhədlər boyunca və Aİ ilə əməkdaşlığın təmin edilməsinə yönəlmiş səylərin dəstəklənməsi vasitəsilə EU4Digital tərəfindən pasientlərə, o cümlədən səhiyyə sistemlərinə və peşəkarlara mənfəət təmin etməyi nəzərdə tutub. Nəticə etibarilə elektron səhiyyədə təkmilləşdirilmələr sayəsində vətəndaşların daha sağlam olması, təmin edilən tibbi xidmətlərin səmərəliliyinin artması, sığortaçıların daha məsuliyyətli olması və normativ-hüquqi bazanın yaxşılaşması gözlənilir.