Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
Tarix: 27/11/23
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlara başlamağı və müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə Gürcüstana Aİ-yə üzvlüyə namizəd statusunun verilməsini tövsiyə edib. Komissiya həmçinin ilk dəfə olaraq bu ölkələr tərəfindən görülən işləri qiymətləndirən 2023-cü il üzrə Genişlənmə Paketini qəbul edib. EU4Digital proqramı rəqəmsal transformasiyanın təşviqi və rəqəmsal bazarların uyğunlaşdırılması sahəsindəki fəaliyyətləri çərçivəsində bu Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-yə üzv olmaq istiqamətindəki səylərini dəstəkləyəcək.
Avropa İttifaqına üzvlük xidmətlərə əsaslanır və tamamilə hər bir ölkənin əldə etdiyi obyektiv irəliləyişdən asılıdır. Adı çəkilən Genişlənmə Paketində əsas islahatların həyata keçirilməsi diqqət mərkəzində saxlanılmaqla, ölkələrin Aİ-yə üzvlüyü istiqamətində irəliləyişlər qiymətləndirilir və gələcək prioritet islahatlara dair aydın təlimatlar verilir.
Ukrayna və Moldovanın əldə etdiyi nəticələri və islahatlar sahəsindəki davam edən səylərini nəzərə alaraq, Avropa Komissiyası Aİ Şurasına Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağı, eləcə də Ukrayna və Moldova müəyyən əsas tədbirləri həyata keçirdikdən sonra danışıqlar mexanizmlərini təsdiq etməyi tövsiyə edib. Komissiya 2024-cü ilin mart ayına qədər bu tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında Şuraya hesabat verməyə hazır olduğunu bildirir.
Gürcüstana gəlincə, Avropa Komissiyasının namizəd ölkə statusunun verilməsi ilə bağlı tövsiyəsi əldə edilən nəticələr nəzərə alınaraq verilib, ancaq bu ölkə üçün bir sıra tədbirlərin həyata keçirilməsi zərurəti qalmaqdadır.
2023-cü il üzrə Genişlənmə Paketində qiymətləndirilən digər ölkələrə Albaniya, Bosniya və Herseqovina, Kosovo, Monteneqro, Şimali Makedoniya, Serbiya və Türkiyə daxildir.
Növbəti tədbirlər
Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Várhelyi bildirib ki, 2023-cü il üzrə Genişlənmə Hesabatları Aİ-nin genişlənməsinin yenidən siyasi gündəmə qayıtdığını təsdiqləyir.
Biz fundamental dəyərlərə dair etibarlı islahatlarla davam edən genişlənmə prosesini sürətləndirməliyik. Son aylarda biz Ukrayna, Moldova və Gürcüstanın, eləcə də Bosniya və Herseqovinanın öhdəlik və qətiyyətin öz bəhrəsini verdiyini əyani şəkildə nümayiş etdirən mühüm nəticələr əldə etdiklərini gördük.
Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Várhelyi
Avropa İttifaqı Şurası Avropa Komissiyasının tövsiyələrini nəzərə almalı və genişlənmə prosesinin növbəti mərhələləri barədə qərar qəbul etməlidir.
Komissar Oliver Várhelyi “Şuranın növbəti qərarlarının qəbulunun düzgün qiymətləndirilməsi üçün” bütün tərəfdaşları Genişlənmə Hesabatlarında qeyd olunan “tələb olunan islahatlara diqqət yetirməyə” çağırır.
EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-yə üzvlük səylərinə dəstəyi Telekommunikasiya qaydaları tematik sahəsi çərçivəsində yeni fəaliyyətləri əhatə edəcək. EU4Digital proqramının ekspertləri elektron kommunikasiyalar sahəsində Moldova Respublikasının qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunluğunu təmin üçün texniki və hüquqi yardım göstərəcəklər. Bu fəaliyyət Avropa Komissiyası və Moldova Respublikasının nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.
Əldə olunan nəticələr
- Ukrayna
2022-ci ildə Ukraynaya Aİ-yə üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı qərar davam edən müharibəyə baxmayaraq, bu ölkədə Ukrayna əhalisinin güclü dəstəyilə olduqca güclü islahat dinamikası yaratdı. Ukrayna hökuməti və parlamenti Avropa Komissiyasının Ukraynanın Aİ-yə üzv olmaq üçün etdiyi müraciəti ilə bağlı Rəyində göstərilən yeddi addımın həyata keçirilməsində mühüm irəliləyiş əldə etmək əzmində olduğunu nümayiş etdirib. Bu ölkə Konstitusiya Məhkəməsi hakimlərinin ilkin seçim prosesi üzrə şəffaf sistem yaradıb və məhkəmə inzibatçılığında islahatlar aparıb; yüksək səviyyəli korrupsiya hallarının təhqiqatını və təqibini davam etdirib və onun institusional çərçivəsini gücləndirib; oliqarxların təsirinə qarşı sistemli mübarizədə mühüm addımlar atıb; hətta müharibə dövründə Aİ-yə üzv dövlətlərin qanunvericilik sistemlərinə daxil edilmiş Aİ qanunlarının məcmusunu təşkil edən ümumi hüquq və öhdəliklər toplusu olan Aİ qanunvericiliyinə uyğunlaşmada irəliləyiş əldə etmək qabiliyyətini nümayiş etdirib. - Moldova
Moldova Avropa Komissiyasının Moldovanın Aİ-yə üzv olmaq üçün etdiyi müraciəti ilə bağlı Rəyində qeyd olunan doqquz addımı həyata keçirmək istiqamətində irəliləyiş əldə edib. Bu ölkə ədliyyə sistemində hərtərəfli islahatlara başlayıb; korrupsiyaya qarşı mübarizə orqanlarında islahatlar aparıb, korrupsiya ilə bağlı araşdırmaların və hökmlərin sayı artıb; deoliqarxizasiya üzrə tədbirlər planı qəbul edilib və bu plan müəyyən edilmiş müddətlərə uyğun həyata keçirilir; mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə yeni qanunvericilik aktı qəbul edilib; bütün səviyyələrdə islahatların həyata keçirilməsi üçün dövlət idarəçiliyinə dair strategiya qəbul edilib; dövlət maliyyə idarəçiliyinin islahatı üzrə iş aparılıb və dövlət satınalmaları sisteminin islahatı haqqında qanun qəbul edilib; qərarların qəbulunda vətəndaş cəmiyyətinin iştirakı artırılıb və insan hüquqlarının müdafiəsi gücləndirilib. - Gürcüstan
Son aylar ərzində Gürcüstan Aİ ilə əlaqələri gücləndirmək və islahatların sürətini artırmaq üçün addımlar atıb. Gürcüstanın Aİ-yə üzv olmaq üçün müraciətinə dair Avropa Komissiyasının Rəyində müəyyən edilmiş on iki prioritetə nail olmaq üçün bu ölkə mütəşəkkil cinayətkarlıq və qadınlara qarşı zorakılıqla mübarizə, gender bərabərliyinə nail olmaq, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının nəzərə alınması üçün qanunvericilik aktları və siyasət tədbirləri qəbul edib; məhkəmə sistemində islahatların aparılmasında irəliləyiş əldə edib; Avropa Şurasının konstitusiya məsələləri üzrə məşvərətçi orqanı olan Venesiya Komissiyasına qanunlar və deoliqarxizasiya üzrə fəaliyyət planları təqdim edilib; insan hüquqlarının qorunmasına dair strategiya qəbul edilib; vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər arasında güclü siyasi konsensusun əldə edilməsi mövcud parçalanmanın aradan qaldırılmasına və Avropa yolu ilə irəliləyişin sürətləndirilməsinə kömək edəcək.
Əlavə məlumat
Daha çox sitat və təfərrüatları Avropa Komissiyasının 2023-cü il üzrə Genişlənmə Paketinin qəbulu ilə bağlı məqalədə oxuya bilərsiniz.
“Aİ-yə üzvlük prosesini mərhələ-mərhələ təsvir edən” məlumat bülleteni gürcü, ukrayna, rus və rumın, eləcə də ingilis dillərində əlçatandır.
Genişlənmə Paketində hər bir ölkə üzrə daha ətraflı məlumatı burada tapa bilərsiniz:
- Ukrayna: Ukrayna üzrə hesabatın əsas nəticələri; 2023-cü il üzrə Ukraynaya dair hesabat; Ukrayna – 2023-cü il üzrə Genişlənmə Paketi haqqında məlumat bülleteni
- Moldova: Moldova üzrə hesabatın əsas nəticələri; 2023-cü il üzrə Moldovaya dair hesabat; Moldova – 2023-cü il üzrə Genişlənmə Paketi haqqında məlumat bülleteni
- Gürcüstan: Gürcüstan üzrə hesabatın əsas nəticələri; 2023-cü il üzrə Gürcüstana dair hesabat; Gürcüstan- 2023-cü il üzrə Genişlənmə Paketi haqqında məlumat bülleteni
- Gürcüstan
- Moldova
- Ukrayna
- EaPConnect
- Elektron bacarıqlar
- Elektron etimad
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu