Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Tarix: 28/11/23
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhlizində” rəqəmsal mərkəzə çevrilməyə hazırlaşır. “AzerTelecom” şirkəti regionun rəqəmsal ekosistemini ən qabaqcıl dünya standartlarına uyğun inkişaf etdirmək məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” adlı böyük bir layihə həyata keçirir. Layihə çərçivəsində artıq fiber-optik kabellər çəkilir və 2024-cü ilin sonunadək Azərbaycan və Qazaxıstanı birləşdirəcək Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisinin birinci mərhələsinə başlanıb.
Layihədə Azərbaycan və Gürcüstanda ən müasir data mərkəzlərinin və internet mübadilə məntəqələrinin yaradılması və regionun qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaratmaq nəzərdə tutulub. Sözügedən layihənin əhatə etdiyi daha geniş regionda məqsəd xarici internet provayderlərindən asılılığı azaltmaq, Mərkəzi və Cənubi Asiyada 1,8 milyard insanın rəqəmsal xidmətlərə çıxışını yaxşılaşdırmaq və iqtisadi inkişafı təşviq etməkdir. Asiya və Avropa arasında məlumat axını sayəsində bütöv marşrut boyunca məlumatların saxlanması və emalı infrastrukturunun inkişafı sürətlənəcək, rəqəmsal biznes sahəsində yeni imkanlar yaranacaq, eləcə də ticarət və digər əlaqələr güclənəcək.
İnfrastrukturun qurulması, müasirləşdirilməsi və inteqrasiyası
Bu iddialı layihə çərçivəsində “AzerTelecom” şirkəti Qazaxıstandakı tərəfdaşları ilə birlikdə Azərbaycanın Sumqayıt şəhəri ilə Qazaxıstanın Aktau şəhəri arasında Xəzər dənizinin dibi ilə 400 terabit/s sürətə malik 340 kilometr uzunluğunda fiber-optik kabelin çəkilişinə başlayıb. Qazaxıstanın Kurık limanından Bakı yaxınlığında yerləşən Buzovna qəsəbəsinə qədər uzunluğu təxminən 330 kilometr olan ehtiyat kanal çəkiləcək. 2023-cü ilin iyun ayında Azertelecom və Kazakhtelecom sözügedən Transxəzər fiber optik (TCFO) infrastrukturunun tikintisini başa çatdırmaq üçün birgə səyləri əks etdirən saziş imzalayıb. 2018-ci ildə istifadəyə verilən ilk xətt ilə Rəqəmsal İpək Yolu marşrutunun digər seqmentlərinin birləşdirilməsi gözlənilir.
İkinci mərhələdə isə Azərbaycanın Siyəzən şəhəri ilə Türkmənistanın Türkmənbaşı şəhəri arasında Transxəzər fiber-optik rabitə xəttinin qurulması planlaşdırılır. 2019-cu ildə əldə olunan razılaşmalara əsasən, Rəqəmsal İpək Yolu layihəsinin bu komponenti Turkmentelecom şirkəti ilə birgə hazırlanır. Bu xətt internet trafikini Avropadan Azərbaycan vasitəsilə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürməyə imkan verəcək.
“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində AzerTelecom şirkəti Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı istiqamətində Azərbaycan Dəmir Yolları QSC ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda dəmir yolu xətləri boyunca müxtəlif istiqamətlər üzrə magistral fiber-optik kabel xətlərinin çəkilişini həyata keçirir. Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, genişzolaqlı fiber-optik kabel əlaqələri formalaşdıracaq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.
Rəqəmsal İpək Yolu marşrutunun Avropa hissəsinə Qara dənizin dibi ilə Bolqarıstan və Gürcüstan arasında fiber optik infrastrukturun qurulması daxildir. Bu layihə Gürcüstanda fəaliyyət göstərən “Caucasus Online” telekommunikasiya şirkəti tərəfindən həyata keçirilir. Uzunluğu 1200 kilometr olan bu kabel 2008-ci ildə tikilib və saniyədə 2 terabit ötürmə qabiliyyətinə malikdir. Xəttin ötürmə qabiliyyətini ən azı 16 terabit/s-ə çatdırmaq planlaşdırılır.
Tələb olunan zəruri şəbəkə komponentlərini qurulduqdan və ya təkmilləşdirildikdən sonra Rəqəmsal İpək Yolu layihəsi bu komponentləri vahid, mərkəzdən idarə olunan şəbəkəyə inteqrasiya etməyi və dünya səviyyəli bağlantı, rəqəmsallaşma və məzmun təmin etməyi planlaşdırır.
Əlavə məlumat
AzerTelecom və Caucasus Online 2018-ci ildə Rəqəmsal İpək Yolu layihəsinin təşəbbüskarı olan NEQSOL Holdinqin tərkibinə daxildir.
“Rəqəmsal İpək Yolu” layihəsi 2020-ci ildə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib.
Daha ətraflı məlumatı Rəqəmsal İpək Yolu layihəsinin rəsmi saytından əldə etmək olar.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.