EU4Digital proqramının DESI sürətləndiricisinə həsr olunmuş tədbir keçirilib
Tarix: 30/11/23
Aİ-nin qabaqcıl təcrübələrinə uyğun olaraq Şərq Tərəfdaşlığı ölkələrinin verilənləri toplamaq və rəqəmsal texnologiyalar sahəsindəki fəaliyyət göstəriciləri ilə bağlı daha dəqiq məlumatların bu ölkələrin milli strategiyalarına inteqrasiyasının sürətləndirilməsində mühüm irəliləyiş əldə edilib. 24 noyabr 2023-cü il tarixində keçirilən regional tədbir EU4Digital proqramının DESI sürətləndiricisinin ilk mərhələsinin başa çatmasına və ikinci mərhələyə hazırlıq tədbirlərinə həsr olunub.
DESI – Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi Avropa İttifaqında insan kapitalının, rəqəmsal texnologiyaların inteqrasiyasının, rəqəmsal dövlət xidmətlərinin və bağlantının inkişafını izləmək üçün istifadə olunur. EU4Digital proqramının DESI sürətləndiricisi layihəsinin icrasına 2023-cü ilin may ayında başlanıb və bağlantı sahəsi istisna olmaqla, Şərq Tərəfdaşlığında dörd sahədən üçünü hədəf olaraq seçib. Bu sahələr iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşma ilə bağlı irəliləyişlərinin faydalı göstəriciləridir. Bununla da DESI rəqəmsal transformasiya kontekstində çox zəruri və vacib alət rolunu oynayır. Şərq Tərəfdaşlığı ölkələrinin DESI sürətləndiricisinin köməyilə DESI göstəricilərinin tam dəstini yaradacağı və müvafiq metodoloji dəyişikliklər edəcəyi gözlənilir.
DESI sürətləndiricisinə həsr olunmuş tədbirin ilk hissəsində DESI-nin cari vəziyyəti, Rəqəmsal Onillik çərçivəsində DESI və indeksin ölçülməsi üçün məlumatların toplanması mənbələri haqqında ümumi məlumat verilib. EU4Digital proqramının ekspertləri Aİ-nin ən son təcrübələri və DESI-nin hesablama metodologiyasındakı dəyişikliklərlə bağlı fikirlərini bölüşüblər. Daha sonra Şərq Tərəfdaşlığı ölkələrində DESİ-nin tətbiqi üzrə boşluqların təhlilinin nəticələri, o cümlədən EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI-nin ölçmə təcrübələrinin təhlili təqdim edilib və iştirakçılar sinxron tərcümənin köməyilə boşluqların təhlilini müzakirə ediblər.
Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən məlumat toplama institutlarının 40-dan çox nümayəndəsi iştirak edib. Onlar tədbirə öz töhfələrini və fəaliyyətin birinci mərhələsinin nəticələrini təqdim ediblər. Tədbirdə həmçinin Şərq Tərəfdaşlığı ölkələrində DESI-nin məlumat toplama təcrübələrinə yönəlmiş işinə yekun vurulub.
EU4Digital proqramının hesabatının gözlənilən dərci ilə yanaşı, sözügedən regional tədbirdə DESI sürətləndiricisinin ilk mərhələsinə yekun vurulub.
DESI sürətləndiricisinin ikinci mərhələsi potensialın artırılmasına yönələcək. Məlumatların toplanması institutlarına metodiki dəstək və təlimlərin təşkil olunması, qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması nəzərdə tutulub.
Əlavə məlumat
DESI sürətləndiricisi EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərin bir hissəsidir. Daha ətraflı öyrənmək üçün “İzahedici materiallar” adlı yeni məzmuna və bu yaxınlarda dərc olunan “Rəqəmsal bacarıqlar” adlı qısa videoçarxa baxa bilərsiniz. Bunlar “Kitabxana” bölməsindədir və hər ikisi EU4Digital proqramının internet səhifəsinin “Məlumatlı qalın” bölməsindədir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.