Avropa Təlim Fondunun 2024-cü il üzrə fəaliyyət planında rəqəmsallaşma və Şərq Tərəfdaşlığı ölkələri prioritetləşdirilib
Tarix: 07/12/23
Avropa Təlim Fondu (ETF) Avropa İttifaqına (Aİ) qonşu ölkələrə təhsil, təlim və əmək bazarında islahatlar aparmağa kömək edir. Aİ-nin bu agentliyinin 2024-cü il üzrə fəaliyyət proqramı digər məqsəd və istiqamətlərlə yanaşı, Gürcüstan və Moldova daxil olmaqla Ukraynanı diqqət mərkəzində saxlamaqla təhsildə rəqəmsallaşma və innovasiyaları təşviq edəcək. Bu strateji plan 24 noyabr 2023-cü il tarixində təsdiq edilib.
ETF-in 2024-cü il üzrə strateji planını məqbul hesab edən İdarəetmə şurasında Aİ-yə üzv dövlətlərin nümayəndələri, Avropa Komissiyası və Avropa Parlamentinin müşahidəçiləri iştirak edib.
Planda bacarıqların təhlili vasitələrinin genişləndirilməsi, aktiv əmək bazarı siyasətləri üzrə məsləhətlər, ixtisas sistemlərinin müasirləşdirilməsi və bacarıqların təşviqinin əhəmiyyəti qeyd olunub.
ETF regionun xüsusi ehtiyaclarını ödəmək və daha geniş miqyasda təhsil və bacarıqların inkişafına töhfə vermək məqsədilə Şərq Tərəfdaşlığı regionuna uyğunlaşdırılmış təhsil proqramı daxil olmaqla, bir sıra büdcədənkənar layihələrdə də fəal iştirak edəcək.
Əlavə məlumat
ETF-in 2024-cü il üzrə fəaliyyət planı haqqında daha ətraflı məlumatı ETF-in internet səhifəsində oxuya bilərsiniz.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.