EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
Tarix: 09/04/24
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq müəssisələrini (KOB-lar) yeni EU4Digital Akademiyası adlı rəqəmsal təhsil platformasında açılan ilk kursda iştirak etmək üçün qeydiyyatdan keçməyə dəvət edir. “Aİ-nin satış platformalarında elektron ticarət mövzusuna həsr olunmuş və istifadəsi asan olan bu onlayn kurs elektron ticarət haqqında əvvəlcədən biliyi olmayan və ya yaşadığı ölkədə onlayn satışlarla məşğul olan, lakin Avropa İttifaqında (Aİ) da satışlar etmək istəyən şəxslər üçün nəzərdə tutulub.
“Aİ-nin satış platformalarında elektron ticarət” kursunun materiallarında Aİ-nin əsas satış platformaları, o cümlədən ən uyğun bazarın seçilməsi, qeydiyyat prosesi, satışlara başlamaq, Aİ-də ƏDV və gömrük qaydaları barədə ətraflı məlumatlar yer alıb. Hər bir kursun konkret ölkəyə uyğunlaşdırılması və müvafiq milli dildə hazırlanması nəzərdə tutulub. İlk kurs ingilis və ukrayna dillərində olmaqla Ukrayna üçün hazırlanıb.
“Aİ-nin satış platformalarında elektron ticarət” adlı kursun Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovaya uyğunlaşdırılmış versiyaları EU4Digital Akademiyası tərəfindən 2024-cü ilin sonunda əlçatan olacaq.
Kursda iştirak və üstünlükləri
Ukrayna vətəndaşları və müəssisələri üçün nəzərdə tutulmuş bu kursa yazılmaq üçün sadəcə Aİ-nin satış platformalarında elektron ticarət internet səhifəsinə daxil olmaq lazımdır. Kurs haqqında məlumatların üst hissəsində ingilis və ya ukrayna dillərində qeydiyyatdan keçməyə imkan verən iki yaşıl düymə görəcəksiniz. Onlara klikləməklə EU4Digital Akademiyasının kursuna yönləndiriləcək və orada kursla daha yaxından tanış ola biləcəksiniz. Həmin səhifənin aşağısında olan qırmızı “Qeydiyyatdan keçmək üçün buraya klikləyin” düyməsinə basmaqla hesab yaradın. Daha sonra kursa başlamaq üçün kursun səhifəsinə geri yönləndiriləcəksiniz.
EU4Digital Akademiyasının kurslarında iştirak edən bütün şəxslərə Aİ ilə uyğunlaşdırılmış mikro etimadnamə təqdim olunacaq. Nişan formasında olan bu etimadnamələri əldə edilən yeni bacarıq və biliklərin sübutu kimi sosial mediada paylaşa və ya CV-də yerləşdirmək olar.
Əlavə məlumat
EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada rəqəmsal bacarıqların pulsuz və əlçatan tədrisini təşkil etmək üçün əvvəllər EU4Digital EdTech Hub təşəbbüsü kimi tanınan rəqəmsal təhsil proqramı olan EU4Digital Akademiyasının icrasına başlayıb.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.