Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Tarix: 21/11/23
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqca rəqəmsal bağlantı gündəlik həyatımızın ayrılmaz hissəsini təşkil etməyə başlayır. Şərq Tərəfdaşlığı (ŞT) regionunda rəqəmsal bağlantının təkmilləşdirilməsi vasitəsilə EU4Digital proqramı 2019-cu ildən etibarən Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq nəticəsində vətəndaşlar və müəssisələr üçün münasib qiymətə yüksək sürətli, etibarlı və davamlı rəqəmsal bağlantıya çıxış təşviq olunur. Beləliklə, bu sahədə hansı irəliləyişlər əldə olunub və bu, Şərq Tərəfdaşlığında rəqəmsal transformasiyanın daha geniş siyasət məqsədlərinə necə dəstək verir?
2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı Sammitindən etibarən bağlantı Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrini yaxınlaşdırmaq üçün əsas siyasət sahələrindən biri olmuşdur. Üç il sonra Şərq Tərəfdaşlığı təşəbbüsünün 2020-ci ildən sonrakı dövrünə dair birgə kommünikedə qeyd olunduğu kimi rəqəmsal texnologiyalar infrastrukturuna yatırılan sərmayələr Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişafın əsasını təşkil edən fiziki bağlantının və rəqəmsal transformasiyaya nail olmağın əsas yollarından biridir.
Rəqəmsal bağlantı sahəsindəki hədəflər istiqamətində fəaliyyət göstərən EU4Digital proqramının Telekommunikasiya qaydaları tematik sahəsi xüsusilə ucqar və ya daha az insanın məskunlaşdığı ərazilərdə rəqəmsal xətlərin təkmilləşdirilməsi və əlçatanlığının dəstəklənməsinin müxtəlif cəhətlərini araşdırır.
Əməkdaşlıq və anlaşmanın gücləndirilməsi
EU4Digital proqramının ilk mərhələsi (2019-2022) Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə İşçi Qrupu (IRB EWG) ilə sıx əməkdaşlıq çərçivəsində rouminq, tənzimləmə və mobil spektrdən istifadə sahələrində koordinasiyanın gücləndirilməsinə və ümumi yanaşmanın inkişafına yönəlib. Bu şəbəkə sözügedən proqram tərəfindən dəstəklənir. EU4Digital proqramının hazırkı ikinci mərhələsində isə regionda bağlantının yaxşılaşdırılması istiqamətində ilk addımlardan biri olan stasionar və mobil genişzolaqlı bağlantı xidmətlərinin cari mövcudluğunun başa düşülməsi diqqət mərkəzindədir. Məsələn, Şərq Tərəfdaşlığı ölkələrində yüksək sürətli internet xidmətlərinə çıxışı olan əhalinin nisbəti.
Şərq Tərəfdaşlığı ölkələrində internet bağlantısını müntəzəm olaraq qiymətləndirmək üçün internetə çıxış təmin edən qurumların fəaliyyətinin monitorinqinə uyğunlaşdırılmış yanaşma işlənib hazırlanıb. Bu monitorinq yanaşması Aİ ölkələri daxilində bağlantının keyfiyyətini izləmək üçün nəzərdə tutulmuş Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə (DESİ) uyğunlaşdırılıb.
EU4Digital həmçinin rəqabət qabiliyyətli genişzolaqlı xidmətlərə çıxışın təşviqi baxımından beş Aİ-yə üzv dövlətin həyata keçirdiyi tematik araşdırmada yer alan ən qabaqcıl təcrübələri təhlil edib. Bunlar Şərq Tərəfdaşlığı ölkələrinin genişzolaqlı bağlantı bazarının inkişafının monitorinqi zamanı və milli ehtiyaclarına uyğun olaraq genişzolaqlı bağlantıya dair siyasətləri həyata keçirərkən tətbiq edə biləcəkləri təcrübələri bölüşmək üçün 2023-cü ilin sentyabrında hazırlanan hesabatda dərc edilib.
Genişzolaqlı rabitə ilə əlaqəli elektron rabitə bazarlarının təhlili rəqəmsal rabitənin təkmilləşdirilməsində çox mühüm rol oynayan yanaşmalardan daha biridir. Bu bazarların vətəndaşlara və müəssisələrə rəqabət qabiliyyətli xidmətlər təklif etməsi tamamilə zəruri prosesdir. “Genişzolaqlı bağlantıya çıxış bazarlarında bazarın təhlilinin həyata keçirilməsi bu bazarlarda çıxışla bağlı maneələri, bazarın dinamikası, texnoloji tendensiyalar kimi rəqabətli vəziyyəti müəyyən etmək və zəruri hallarda bazarda əhəmiyyətli nüfuza malik operatorları müəyyən etmək və daha sonra konkret öhdəliklər qoymaq üçün vacibdir”, – Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə İşçi Qrupunun (IRB EWG) sədri İnqa Popoviçi bildirib.
Genişzolaqlı bağlantıya çıxış bazarlarına dair təhlili həyata keçirməklə Şərq Tərəfdaşlığı ölkələrindəki Milli tənzimləyici orqanlar (MTO-lar) və normayaradan qurumlar genişzolaqlı bağlantı bazarında rəqabətə şərait yaratmaq üçün müvafiq tədbirləri müəyyənləşdirə və yeni fiziki infrastrukturun səmərəli şəkildə qurulmasını həyata keçirə biləcəklər.
Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə İşçi Qrupunun (IRB EWG) sədri İnqa Popoviçi
Təhlildən infrastruktura və təkmilləşdirməyə
Əldə olunmuş bu nəticələrə əsasən genişzolaqlı bağlantı bazarının təhlili MTO-lara rəqabət qabiliyyətinin zəif tərəflərini müəyyən etməyə və zəif rəqabəti, provayderlərin və ya xidmətlərin məhdud seçimi, yüksək qiymətlər və zəif şəbəkə kimi problemləri aradan qaldırmaq üçün müvafiq tənzimləyici tədbirlər görməyə kömək edə bilər.
EU4Digital Şərq Tərəfdaşlığı ölkələrindəki MTO-lara yeni fiziki bağlantı infrastrukturunun səmərəli tətbiqi istiqamətində mühüm addım kimi genişzolaqlı bağlantı bazarının təhlilinin aparılmasında dəstəyini davam etdirəcək.
EU4Digital proqramının dəstəyinin davam etdirilməsi Şərq Tərəfdaşlığı regionu və onun əhalisi üçün rəqəmsal, sosial və iqtisadi inkişaf vəd edərək, Şərq Tərəfdaşlığı ölkələri arasında təkmilləşdirilmiş əlaqələri qoruyub saxlamağa kömək edir.
Əlavə məlumat
EU4Digital proqramının Genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqinə yönəlmiş Aİ-nin qabaqcıl təcrübələrinə dair hesabatını oxuyun və EU4Digital proqramının siyasət məzmunu haqqında daha ətraflı öyrənin.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Telekommunikasiya qaydaları
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu