
Əsas səhifə / EU4Digital haqqında / Layihələr / EU4Digital layihələri / EU4Digital proqramının II mərhələsi
EU4Digital proqramının II mərhələsi
Ölkələr: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna
EU4Digital proqramının məqsədi Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək, rouminq tariflərinin azaldılması, iqtisadiyyatların gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafı, logistika sahəsindən tutmuş səhiyyəyə qədər cəmiyyətin müxtəlif sahələrində rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, kibertəhlükəsizliyin qurulması, bacarıqların inkişafı və rəqəmsal sənaye sahəsində yeni iş yerlərinin yaradılmasında həmin ölkələrə dəstək verməkdir.
EU4Digital proqramının II mərhələsi (2022-2025) EU4Digital proqramının I mərhələsinin (2019-2022) nailiyyətlərinə əsaslanır və EU4Digital təşəbbüsünün əsas layihəsinin davamıdır. Layihə altı əsas siyasət sahəsini əhatə edir: Telekommunikasiya qaydaları, elektron etimad və transsərhəd rəqəmsal xidmətləri, electron ticarət, İKT və innovasiyalar və startap ekosistemi, electron səhiyyə və rəqəmsal bacarıqlar. Onlar Şərq Tərəfdaşlığı (ŞT) siyasət proqramının rəqəmsal infrastruktur, electron hökumət, rəqəmsal iqtisadiyyat və innovasiyalar üzrə əsas prinsiplərinə uyğun qurulub.
Məqsədlər
Layihənin əsas məqsədi Vahid rəqəmsal bazarın faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək və dayanıqlı rəqəmsal iqtisadiyyatların və cəmiyyətlərin inkişafını təşviq etməkdir.
Konkret olaraq EU4Digital proqramının II mərhələsinin beş əsas hədəfi var:
1.Regionda təhlükəsiz və dayanıqlı rəqəmsal və telekommunikasiya infrastrukturu;
Dövlət xidmətlərinin rəqəmsallaşdırılmasının və milli və ŞT səviyyələrində dövlət xidmətləri arasında, eləcə də ŞT və Aİ arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi;
2.Regionda fəaliyyət göstərən sahibkarlıq müəssisələrinin rəqəmsallaşdırılmasının dəstəklənməsi və vətəndaşların, müəssisələrin və hökumətlərin gücləndirilməsi üçün rəqəmsal bacarıqların inkişafının dəstəklənməsi;
3.Gələcəkdə EU4Digital proqramının regionda rəqəmsal iqtisadiyyat və cəmiyyət üçün Aİ-nin bütün dəstəyini əhatə edən və Şərq Tərəfdaşlığı ölkələri, Aİ-yə üzv ölkələr, beynəlxalq maliyyə institutları və digər donorlar tərəfindən bir-birini tamamlayan fəaliyyətləri ilə əlaqəli yaxşı tanınmış brend kimi təsis edilməsi;
4.Böhran vəziyyətində cavab tədbirlərinə və tərəfdaş ölkələrinin ehtiyaclarına çevik dəstək.
Fəaliyyətlər
- Rəqəmsal infrastruktur
- Telekommunikasiya qaydaları
Telekommunikasiya qaydaları sahəsində fəaliyyətlərin məqsədi ŞT regionunda rouminq xidmətindən istifadə edən vətəndaşlar üçün mobil rouminq xidmətlərinin pərakəndə satış qiymətlərini azaltmaq, o cümlədən yüksək sürətli və təhlükəsiz bağlantıdan əlverişli qiymətə istifadəni təşviq etmək məqsədi daşıyır. EU4Digital rouminq xidməti üzrə razılaşmaların icrasına yardım edəcək və regionda rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxışı dəstəkləyəcək. Bu fəaliyyətlərə həmçinin bazarın təhlili vasitəsilə Milli tənzimləyici orqanların səlahiyyətlərinin artırılması daxildir.
- Elektron idarəçilik
2.1 Elektron etimad və transsərhəd rəqəmsal xidmətlər
Elektron etimad sahəsindəki fəaliyyətlər ŞT ölkələrində və Aİ ilə qarşılıqlı tanınan və etibarlı elektron identifikasiya və rəqəmsal etimad xidmətlərinin inkişafına yönəlib. Bu proseslərə dəstək icra və pilot sınaq vasitəsilə təmin ediləcək.
2.2 Elektron ticarət (Elektron gömrük və elektron logistika diqqət mərkəzində)
Elektron ticarət şəbəkəsinin elektron gömrük və elektron logistika sahəsindəki fəaliyyətlərinin məqsədi fiziki və rəqəmsal əməliyyatların həcmini və sürətini artırmaq, eləcə də ŞT ölkələri arasında və Aİ ilə rəqəmsal alətlərin, standartların və iş üsullarının istifadəsini uyğunlaşdırmaqdır. Pilot transsərhəd texnoloji həllərin daha da genişləndirilməsi və Rəqəmsal nəqliyyat dəhlizi üzrə yol xəritəsinin hazırlanması (eFTI-nin tətbiqi) bu məqsədləri dəstəkləmək üçün həyata keçiriləcək.
2.3 Elektron səhiyyə
Proqramın II mərhələsində elektron səhiyyə sahəsində nəzərdə tutulmuş fəaliyyətlər ŞT ölkələri arasında və Aİ ilə uyğunlaşdırılmış rəqəmsal səhiyyənin inkişafı və transsərhəd xidmətlər fondu yaratmaq məqsədi daşıyır. Buraya Şərq Tərəfdaşlığı ölkələrində Aİ-nin qabaqcıl təcrübələrinə uyğun olaraq elektron səhiyyə üzrə strategiyaların və yol xəritələrinin hazırlanması, transsərhəd elektron səhiyyə xidmətləri üzrə pilot layihənin həyata keçirilməsi, maraqlı tərəflər arasında elektron səhiyyə sahəsindəki əməkdaşlığı dəstəkləmək və Şərq Tərəfdaşlığı ölkələrinin Aİ-nin IN-4-AHA təşəbbüsündə iştirakını təşviq etmək daxildir.
- Rəqəmsal iqtisadiyyat və innovasiyalar
3.1 Elektron ticarət (Elektron kommersiya diqqət mərkəzində)
Elektron ticarət sahəsində fəaliyyətlər ŞT ölkələri arasında və Aİ ilə transsərhəd elektron ticarətin həcminin artırılmasına, o cümlədən elektron ticarət üzrə rəqəmsal alətlərin, standartların və iş metodlarının istifadəsinin uyğunlaşdırılmasına yönəlib. Bu məqsədlərə nail olmaq üçün Elektron kommersiya sürətləndiricisi hazırlanacaq və elektron ticarətin uyğunlaşdırılmasını təşviq etmək üçün şəbəkə imkanları artırılacaq.
3.2. İKT, İnnovasiyalar və Startap ekosistemləri
Bu fəaliyyətlər ŞT-də innovasiyaları və startapları gücləndirmək və stimullaşdırmaq məqsədilə Aİ-nin qabaqcıl təcrübə və alətlərini paylaşmağa və tətbiq etməyə yönəldiləcək. Bunun üçün bilik mübadiləsini stimullaşdırmaq və yeni əməkdaşlıq təşəbbüslərini təşviq etmək məqsədilə əsas maraqlı tərəflər arasında ümumi bazalar, tövsiyələr və şəbəkələr inkişafı etdiriləcək.
3.3. Rəqəmsal bacarıqlar
ŞT ölkələrində bir milyon vətəndaşın rəqəmsal texnologiyalar sahəsində səlahiyyətinin artırılması işinin əsasını qoymaq məqsədilə Rəqəmsal bacarıqlar sahəsi üzrə fəaliyyətlər çərçivəsində EdTech Hub adlı regional rəqəmsal təhsil platforması vasitəsilə rəqəmsal təhsil imkanları təmin ediləcək. İKT sahəsində gender bərabərsizliyini aradan qaldırmaq üçün bu fəaliyyətlər həmçinin mentorluq proqramlarının həyata keçirilməsini dəstəkləyəcək. Rəqəmsal transformasiyanın keyfiyyətinə nəzarəti və ölçülməsini artırmaq üçün layihə heyəti Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) icrasını dəstəkləyəcək.
- Kommunikasiya və monitorinq
EU4Digital təşəbbüsünü təşviq etmək və onun haqqında məlumatlılığı artırmaq üçün kommunikasiya və monitorinq tematik sahələri dəstəkləyən paralel fəaliyyət olacaq. Buraya EU4Digital proqramının veb məkanda iştirakının təmin edilməsi və saxlanılması, eləcə də regional və yerli səviyyələrdə media və ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər daxildir.
- Böhran vəziyyətində cavab tədbirləri və çevik dəstək
Böhran vəziyyətində cavab tədbirləri və çevik dəstək üzrə fəaliyyətlər tərəfdaş ölkələrdə müəyyən vəziyyətlərdə Aİ Nümayəndəliklərinin qısamüddətli və çevik dəstək ilə bağlı sorğularını cavablamağa yönəlib.
Əlaqədar xəbərlər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu20/08/2023
EU4Digital proqramının təşkil etdiyi tədbirlərdə innovasiyaların və startapların təşviqi üzrə prioritetlər müəyyən edilib
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin səmərəliliyini artırmaq…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu
20/08/2023
EU4Digital proqramının təşkil etdiyi tədbirlərdə innovasiyaların və startapların təşviqi üzrə prioritetlər müəyyən edilib
Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiyalar və startap inkubatorları ekosisteminin səmərəliliyini artırmaq…
Daha çox oxu