Şərq Tərəfdaşlığı

Şərq Tərəfdaşlığı (ŞT) Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və altı şərq qonşusu – ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova​ və Ukrayna arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Aİ-nin şərq qonşularında sabitlik və dayanıqlığın gücləndirilməsinə diqqətin artırılmasına dair çağırış edən Aİ-nin Qlobal Strategiyası və yenilənmiş Avropa Qonşuluq Siyasəti Aİ-nin qonşuları ilə əlaqələrinə bələdçilik edir. 

Sözügedən çərçivədə bütöv regionun vətəndaşları üçün gözəçarpan nəticələr təmin etmək üçün birgə öhdəçilik mövcuddur. 

2020-ci il üçün 20 praktiki nəticə adlı cari proqrama əsaslanaraq, bir sıra yeni uzunmüddətli siyasət məqsədləri – “Dayanıqlığın gücləndirilməsi – bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı”na dair birgə kommünike 2020-ci il mart ayının 18-də qəbul olunub və orada Şərq Tərəfdaşlığının 2020-ci ildən sonrakı məqsədləri və dayanıqlığı gücləndirməyə, dayanıqlı inkişafa dəstək verməyə və cəmiyyət üçün gözəçarpan nəticələrin əldə olunmasına yönəlmiş tədbirlər qeyd olunub.

Adı çəkilən məqsədlər beş prioritet siyasətə əsaslanır:

  • YARADAN tərəfdaşlıq
    Möhkəm, dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar üçün əməkdaşlıq
  • QORUYAN tərəfdaşlıq
    Cavabdehlik daşıyan qurumlar, qanunun aliliyi və təhlükəsizlik üçün əməkdaşlıq
  • YAŞILLAŞDIRAN tərəfdaşlıq
    Ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın əldə olunması üçün əməkdaşlıq
  • ƏLAQƏLƏNDİRƏN tərəfdaşlıq
    Dayanıqlı rəqəmsal transformasiya üçün əməkdaşlıq
  • SƏLAHİYYƏTLƏNDİRƏN tərəfdaşlıq
    Möhkəm, ədalətli və inklüziv cəmiyyətlər üçün əməkdaşlıq

Dayanıqlı rəqəmsal transformasiyaya dəstək 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığı üzrə əsas prioritet kimi aydın şəkildə müəyyən edilmişdir. “Aİ-nin qonşuluq regionunda güclü rəqəmsal mühitin mövcudluğu iqtisadiyyatda artımı təmin etməklə yanaşı, dayanıqlı inkişafa təkan verəcək. Bu baxımdan, Aİ bundan sonra da tərəfdaş ölkələrin rəqəmsal transformasiyasına sərmayələr yatıracaq və Aİ-nin qanunvericiliyi və qabaqcıl təcrübəsinə uyğun olaraq yüksək innovativ rəqəmsal startaplara dəstəyini genişləndirəcək. Aİ bundan sonra da tərəfdaş ölkələrdə kibertəhlükəsizlik sahəsini dəstəkləyəcək və bu sahəyə yardımlar edəcək”.

Daha ətraflı məlumat üçün keçidi izləyin.


Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini artırmaqla və sadələşdirilmiş nə…

Azərbaycan | 19/10/21

Hamısına bax