EU4Digital proqramının genişzolaqlı bağlantıya dair yeni hesabatı: Şərq Tərəfdaşlığında bağlantı və rəqəmsallaşdırma prosesinin təkmilləşdirilməsi
Tarix: 05/10/23
EU4Digital proqramı genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqinə dair Aİ-nin qabaqcıl təcrübələrindən ibarət hesabat dərc edib. Hesabatda beş Aİ-yə üzv dövlətdə araşdırmaların nəticələri təhlil edilir və genişzolaqlı bağlantı xidmətləri bazarının inkişafını izləmək və bu sahədə siyasəti həyata keçirmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin bu təcrübədən necə yararlana biləcəyi üçün tövsiyələr yer alıb. Bu, EU4Digital və Şərq Tərəfdaşlığı ölkələrinə Avropa İttifaqının əsas kommunikasiya siyasətinin bir hissəsini təşkil edən rəqəmsal kommunikasiya məqsədlərinə nail olmağa imkan verəcək.
“Genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqinə yönəlmiş Aİ-nin qabaqcıl təcrübələrinə dair hesabat ” EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsinin fəaliyyətləri çərçivəsində hazırlanıb. Təhlil Almaniya, Fransa, Litva, Rumıniya və Portuqaliyanın genişzolaqlı bağlantının təşviqi üzrə siyasət təcrübələrinə və qabaqcıl təcrübələrinə əsaslanır. Hesabat göstərir ki, tədqiq edilən Aİ-yə üzv dövlətlərində Aİ-nin ümumi siyasət məqsədlərinə əsaslanaraq genişzolaqlı bağlantı xidmətlərinin inkişafının təşviq edilməsinə baxmayaraq, hər bir ölkədə genişzolaqlı internetin inkişafının təşviqi strategiyaları həmin ölkədəki vəziyyətdən asılı olaraq dəyişir.
Hesabat Şərq Tərəfdaşlığı ölkələrində stasionar və mobil genişzolaqlı internetə çıxış xidmətlərinin mövcudluğunu öyrənməyə yönəlmiş daha qlobal səylərin nəticəsində hazırlanıb. Bu işlər EU4Digital proqramının ikinci mərhələsinin prioritet məqsədlərindən biridir. Məsələn, əhalinin hansı hissəsi yüksək sürətli internetdən istifadə edə bilir? İnternet bağlantısına müntəzəm çıxış imkanının qiymətləndirilməsi məqsədilə EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrində internetə çıxış xidmətlərinin fəaliyyət göstəricilərini Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə (DESI) uyğun izləmək üçün uyğunlaşdırılmış yanaşma işləyib hazırlayıb.
Mövcud vəziyyəti anlamaq Şərq Tərəfdaşlığı (ŞT) regionunda bağlantının yaxşılaşdırılması istiqamətində atılan mühüm ilk addımlardan hesab edilir.
Daha yaxşı bağlantı istiqamətində
2017-ci ildə keçirilən Şərq Tərəfdaşlığı Sammitindən etibarən bağlantı Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrini yaxınlaşdırmaq üçün əsas siyasət sahələrindən biri olmuşdur. Üç il sonra Şərq Tərəfdaşlığı təşəbbüsünün 2020-ci ildən sonrakı dövrünə dair birgə kommünikedə qeyd olunduğu kimi rəqəmsal texnologiyalar infrastrukturuna yatırılan sərmayələr Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişafın əsasını təşkil edən fiziki bağlantının və rəqəmsal transformasiyaya nail olmağın əsas yollarından biridir. Rəqəmsal bağlantı sahəsindəki hədəflərə çatmaq məqsədilə 2019-cu ildən indiyə qədər EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə sıx əməkdaşlıq edir. EU4Digital və Şərq Tərəfdaşlığı ölkələri birlikdə xüsusilə ucqar və az məskunlaşmış ərazilərdə vətəndaşlar və müəssisələr üçün yüksək sürətli, etibarlı və dayanıqlı rəqəmsal dəhlizlərə çıxış imkanının yaradılmasını və təşviqini həyata keçirirlər.
Rəqəmsal bağlantının yaxşılaşdırılması üçün elektron kommunikasiyalar bazarlarının bütün vətəndaşlara və müəssisələrə rəqabətə davamlı xidmətlər təklif etməsini təmin etmək çox vacibdir. Bu məqsədlə də EU4Digital proqramı yuxarıda adı çəkilən yeni hesabata əsaslanacaq və genişzolaqlı bağlantı sahəsi ilə əlaqədar elektron kommunikasiyaların bazarının təhlilinin həyata keçirilməsində Şərq Tərəfdaşlığı ölkələrindəki Milli tənzimləyici orqanları (MTO-lar) dəstəkləyəcək. Əldə olunmuş bu nəticələrə əsasən MTO-lar rəqabət qabiliyyətinin zəif tərəflərini müəyyən edə və hər hansı problemlərin həlli üçün müvafiq tənzimləyici tədbirlər görə bilər. Belə problemlərə zəif rəqabətin olması, provayderlərin və ya xidmətlərin məhdud seçimi, yüksək qiymətlər və zəif şəbəkənin olması daxildir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.