Ekspertlər Şərq Tərəfdaşlığında genişzolaqlı bağlantının inkişafı üzrə növbəti tədbirləri razılaşdırıblar
Tarix: 07/11/23
25-26 oktyabr 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda Müstəqil Tənzimləyicilər və Genişzolaqlı Rabitə üzrə İşçi Qrupunun (IRB EWG) görüşündə Şərq Tərəfdaşlığı ölkələrində genişzolaqlı bağlantının inkişafı istiqamətində konkret tədbirlər razılaşdırılıb. Tədbirdə əsas diqqət topdansatış genişzolaqlı bağlantı bazarının təhlilinə və genişzolaqlı bağlantıya çıxışın monitorinqi məsələlərinə yönəlib.
Tədbirin ilk günü Şərq Tərəfdaşlığı ölkələri olan Gürcüstan və Moldovanın nümayəndələri Milli tənzimləyici orqanlar (MTO-lar) tərəfindən həyata keçirilən və topdansatış genişzolaqlı bağlantı bazarlarının təhlilindən nümunələr təqdim ediblər. Aİ-yə üzv dövlət olan Rumıniya isə zənglərin dayandırılması üzrə topdansatış bazarlarla bağlı tematik araşdırmasını təqdim edib. Bundan əlavə, IRB EWG tərəfindən həyata keçirilən fəaliyyətlər və 2024-cü il üçün təklif olunan plan, eləcə də Avropa regionunda və onun hüdudlarından kənarda genişzolaqlı infrastruktur və xidmətlər müzakirə edilib.
Tədbirin ikinci günü Aİ-yə üzv ölkə olan Latviyada həyata keçirilmiş topdansatış genişzolaqlı bağlantı bazarının təhlili təqdim olunub. Lakin həmin gün əsasən EU4Digital proqramı tərəfindən IRB EWG üzvləri ilə əməkdaşlıq çərçivəsində işlənib hazırlanan üç əsas praktiki nəticəyə həsr olunub:
Şərq Tərəfdaşlığı ölkələri üzrə milli genişzolaqlı bağlantının inkişafının monitorinqinə dair hesabatlar EU4Digital proqramının heyəti 2020-2022-ci illərdə toplanmış məlumatlar əsasında hər bir ölkə üzrə hazırlanmış nümunə hesabatlar təqdim edib. Buraya milli genişzolaqlı bağlantının inkişafına dair planlar və əlaqəli bazarların inkişafı kimi əlavə məlumatlar daxildir. Müzakirələrdə qaldırılan mövzular 2023-cü il üçün toplanacaq genişzolaqlı bağlantıya çıxış üzrə məlumatlara əsaslanan yeni hesabatlar üçün baza rolunu oynayacaq.
Genişzolaqlı bağlantı bazarının təhlili Yaxın günlərdə Azərbaycan və Ermənistanda genişzolaqlı bağlantı bazarının təhlili müzakirə olunub. Məlumatların toplanmasının noyabr ayına qədər başa çatdırılması, ardınca isə 2024-cü ilin birinci yarısında ölkələr üzrə xüsusi təhlil və hesabatların təqdim edilməsi gözlənilir. EU4Digital proqramının heyəti digər Şərq Tərəfdaşlığı ölkələrində – Gürcüstan, Moldova və Ukraynada da bazarın təhlilinin nəticələri hazır olan kimi təqdim etməyi planlaşdırır.
Avropa Elektron Rabitə Məcəlləsinin (EECC) əsasında tənzimləyici idarəçilik sahəsində qanunvericiliyin hazırlanmasının monitorinqi Bu mövzu ətrafında müzakirələrdən sonra qərara gəlinib ki, EU4Digital proqramı 2023-cü ilin sonuna qədər yenilənmiş monitorinq bazasını paylaşacaq və ölkələr bundan yararlanacaq.
Ümumilikdə, IRB EWG işçi qrupunun iclasındakı müzakirələr genişzolaqlı bağlantıya çıxış və tənzimləyici idarəçiliyin monitorinqi, eləcə də genişzolaqlı bağlantı bazarının təhlili üzrə təcrübə mübadiləsi üçün gələcək əməkdaşlıq və səylərə imkan yaradıb. Bununla da bu sahədə gələcək nailiyyətlər üçün mühüm rol oynayıb.
Əlavə məlumat
IRB EWG Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) bir hissəsidir. EU4Digital proqramı EaPeReg-in fəaliyyətlərini Telekommunikasiya qaydaları tematik sahəsi çərçivəsində dəstəkləyir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.