Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital proqramının maraqlı tərəflər üçün seminarında milli səviyyədə sürətləndirmə imkanları tədqiq edilib
Tarix: 10/11/23
EU4Digital proqramının fəaliyyətləri Şərq Tərəfdaşlığı (ŞT) regionu ölkələri — Azərbaycan, Ermənistan, Moldova, Gürcüstan və Ukraynanın ehtiyaclarına əsasən işlənib hazırlanıb. Bu fəaliyyətlər Aİ-ŞT birgə proqramı çərçivəsində Aİ Nümayəndəlikləri ilə qarşılıqlı və sıx əməkdaşlıq şəraitində həyata keçirilir. EU4Digital proqramının cari, yəni ikinci mərhələsinin fəaliyyətdə olduğu dövrdə nəticələri maksimuma çatdırmaq məqsədilə sözügedən proqram Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə 18 oktyabr 2023-cü il tarixində Brüsseldə seminar təşkil edib. Tədbir iştirakçıları layihənin nəticələrini nəzərdən keçirmək, rəy bildirmək və EU4Digital proqramının fəaliyyətlərinin milli səviyyədə tətbiqinin sürətləndirilməsi imkanlarını tədqiq ediblər.
Proqramın 2019-2022-ci illəri əhatə edən uğurlu icrasının ardınca 2022-ci ilin iyun ayında EU4Digital proqramının müddəti daha üç il uzadılmaqla yenidən icra olunmağa başladı. 14-15 noyabr 2023-cü il tarixlərində keçirilməsi planlaşdırılan illik Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransı və EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin iclası öncəsi Brüsseldə keçirilən seminar EU4Digital proqramının II mərhələsi tərəfindən dəstəklənən altı tematik sahəyə dərindən nəzər salmağa imkan verib və gələcək əməkdaşlıq üçün şərait yaradıb. Tədbirdə əsas məqsəd yerlərdə EU4Digital proqramının fəaliyyətlərinin və nəticələrinin, xüsusilə də onların ikitərəfli və milli proqramlara daxil edilməsi ilə bağlı yolları araşdırmaq və regional və milli səviyyələrdə fəaliyyətlər arasında əlaqələr yaratmaq olub.
Seminarda Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri, Aİ-nin tərəfdaş ölkələrdəki Nümayəndəliklərinin heyətləri, Avropa Komissiyası (DG NEAR, DG CNECT) və EU4Digital layihəsinin komandası həm şəxsən, həm də onlayn şəkildə iştirak ediblər. Avropa Komissiyasının nümayəndələri seminara EU4Digital təşəbbüsünü təqdim etməklə başlayıblar və iştirakçılara təşəbbüsün əsasını təşkil edən EU4Digital proqramına fəal töhfə verdiklərinə görə təşəkkür ediblər. Onlar 2021-ci ildə keçirilən ŞT Sammitində təsdiqləndiyi kimi, davamlı rəqəmsal transformasiya sahəsinə gələcək investisiyaların yatırılmasının həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələri üçün əsas prioritet olduğunu xatırladıblar. Yeni yaranan texnologiyalar və artan kiberhücumlar fonunda ümumi standartlara əsaslanaraq rəqəmsal texnologiyalar sahəsində müstəqilliyin və dayanıqlığın qurulması mühüm əhəmiyyət kəsb edir.
Layihə heyəti görüşə beyin fırtınası ilə başlayıb və iştirakçılardan icrasına 2022-ci ildə başlanan EU4Digital proqramının ikinci mərhələsinin nəticələri və üzləşdiyi çətinliklərlə bağlı rəy bildirmələrini xahiş edib. Onlar EU4Digital proqramının fəaliyyətini istiqamətləndirən üç əsas komponenti təqdim ediblər:
- Aİ standartlarına və qabaqcıl təcrübələrinə uyğunlaşmanın dəstəklənməsi;
- Aİ-nin texnoloji həllərinin tətbiqini asanlaşdırmaq və region üçün İqtisadi və İnvestisiya Strategiyası və “Global Gateway” Strategiyası çərçivəsində genişmiqyaslı investisiyalar üçün zəmin yaratmağa yönəlmiş pilot layihələr.
- EU4Digital proqramı çərçivəsində Şərq Tərəfdaşlığı regionunun rəqəmsal transformasiyasını dəstəkləyən Aİ fəaliyyətləri, siyasətləri və Aİ tərəfindən maliyyələşdirilən digər layihələr ətrafında kommunikasiyaların əlaqələndirilməsi.
Seminardakı digər sessiyalar zamanı EU4Digital proqramının altı əsas tematik sahəsinin nailiyyətləri və qarşıda duran fəaliyyətləri müzakirə edilib: Telekommunikasiya qaydaları, Elektron etimad və transsərhəd rəqəmsal xidmətlər, Elektron ticarət, Elektron səhiyyə, Rəqəmsal bacarıqlar və İKT innovasiyaları və startap ekosistemləri. Bu, iştirakçılara adı çəkilən sahələr üzrə ölkə və regional məsələlərlə bağlı öz rəy və fikirlərini bölüşməyə imkan verib. Ölkələrin nümayəndələri qarşıdan gələn tədbirlərlə maraqlanıb və Aİ-Şərq Tərəfdaşlığı proqramı çərçivəsində prioritet və əsas layihələrə uyğun olan tədbirlərdə iştirakda maraqlı olduqlarını bildiriblər. Bunun ardınca EU4Digital proqramının heyəti seminarı yekunlaşdırıb və Avropa Komissiyasının nümayəndələri yekun nitqlə çıxış ediblər.
Növbəti tədbirlər
Tədbirin nəticəsi olaraq Şərq Tərəfdaşlığı regionunda regional və milli səviyyədə sinerji və əməkdaşlığın daha da gücləndirilməsi üçün bir sıra tədbirlərin görülməsi planlaşdırılır.
İştirakçılar noyabrın 14-də Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransı və 15 noyabr 2023-cü il tarixində EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin iclasında Aİ və Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərinin daha geniş şəbəkəsi ilə yenidən görüşəcəklər.
Noyabrın 14-də Rəqəmsallaşdırma Konfransında bizə qoşulun
EU4Digital proqramının Koordinasiya komitəsinin iclası EU4Digital təşəbbüsünün rəsmi qaydada təyin olunmuş sponsorları və maraqlı tərəfləri üçün nəzərdə tutulmuş və iştirak dəvət əsasında olmaqla daxili tədbirdir. Buna baxmayaraq, EU4Digital proqramı və Şərq Tərəfdaşlığı regionunda rəqəmsal transformasiya mövzusunda maraqlı olan istənilən şəxslərin 14 noyabr 2023-cü il tarixində keçiriləcək Şərq Tərəfdaşlığı üzrə Rəqəmsallaşdırma Konfransında iştirakı arzuolunandır.
- Qarşıdakı həftələrdə tədbirin proqramı, məruzəçiləri və qeydiyyatla bağlı xəbərləri qaçırmamaq üçün bizimlə qalın!
- Bizi Twitter-də izləyin: @EU4Digital
- Tədbirlərdən əsas məqamlar EU4Digital proqramının xəbər bülleteninin xüsusi buraxılışında dərc olunacaq. Yeniliklər haqqında xəbərdar olmaq üçün xəbər bülleteninə abunə olun.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Romania
- Ukrayna
- Elektron bacarıqlar
- Elektron etimad
- Elektron səhiyyə
- Elektron ticarət
- Telekommunikasiya qaydaları
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu