Noyabrın 24-də EU4Digital proqramının DESI sürətləndiricisinə dair regional tədbirə qoşulun
Tarix:
24/11/23
Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) ilə bağlı göstəriciləri toplayan qurumların nümayəndələri 24 noyabr 2023-cü il tarixində EU4Digital proqramı tərəfindən təşkil olunacaq onlayn tədbirə dəvətlidirlər. Tədbirdə EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi üzrə ekspertləri tərəfindən DESI-nin tətbiqinin təhlili üzrə nəticələr təqdim ediləcək, DESI göstəricilərinin tam şəkildə ölçülməsinin həyata keçirilməsi üçün regional və milli tövsiyələr müzakirə ediləcək və bu sürətləndiricinin mərhələləri ətrafında fikir mübadiləsi aparılacaq.
DESI rəqəmsal transformasiya kontekstində çox mühüm rol oynayır. Bu indeks Avropa İttifaqında iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşdırılması sahəsindəki irəliləyişinin insan kapitalı, rəqəmsal texnologiyaların inteqrasiyası, rəqəmsal dövlət xidmətləri və bağlantı kimi dörd əsas sahəsinin inkişafını izləməyə imkan verən göstəricilər toplusundan ibarətdir.
EU4Digital DESI sürətləndiricisi üzrə fəaliyyətlərə 2023-cü ilin may ayında başlayıb. EU4Digital proqramının DESI sürətləndiricisi bağlantı sahəsi istisna olmaqla, Şərq Tərəfdaşlığında dörd sahədən üçünü hədəf olaraq seçib. Şərq Tərəfdaşlığı ölkələrinin EU4Digital proqramının DESI sürətləndiricisinin köməyilə DESI göstəricilərinin tam dəstini yaradacağı və müvafiq metodoloji dəyişikliklər edəcəyi gözlənilir. Bununla da bu ölkələr Aİ-nin qabaqcıl təcrübəsinə uyğun olaraq məlumatlar toplaya və rəqəmsallaşdırma sahəsindəki fəaliyyət göstəriciləri ilə bağlı daha dəqiq məlumatları öz milli strategiyalarına daxil etmək imkanı qazanacaqlar.
Sözügedən regional onlayn tədbir, eləcə də Şərq Tərəfdaşlığı ölkələrində DESI-nin tətbiqinə dair EU4Digital proqramının hesabatının dərci ilə DESI sürətləndiricisinin ilk mərhələsi tamamlanacaq. Layihənin ilk mərhələsinin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrinə DESİ-nin tətbiqi və indeksin həyata keçirilməsində dəstək olmaq məqsədilə regional və milli tövsiyələr və yol xəritələri yaratmaq olmuşdur. Tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələri tərəfindən DESİ-nin həyata keçirilməsində bu günə qədər müşahidə olunan boşluqların təhlilinin nəticələri təqdim olunacaq. EU4Digital proqramının DESI sürətləndiricisinin ikinci mərhələsinin təqdimatı gözlənilir. İkinci mərhələdə isə əsas diqqət potensialın gücləndirilməsi, məlumat toplayan qurumlar üçün metodiki dəstəyin və təlim sessiyalarının təşkil edilməsi, həmçinin qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına yönələcək.
İştirak üçün müraciət edin!
Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrində DESI ilə bağlı göstəriciləri toplayan qurumların nümayəndələri üçün nəzərdə tutulub. Siz belə bir qurumu təmsil edirsinizsə və iştirak etmək niyyətindəsinizsə, bu formanı doldurun.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.