Elektron səhiyyə şəbəkəsi transsərhəd səhiyyə xidmətlərinin təkmilləşdirilməsinə dair iki tədbir təşkil edib
Tarix: 27/12/23
Həkimlər bir ölkədən digərinə köçən yeni pasiyentlərin peyvənd tarixçəsini, allergik xəstəliklərlə bağlı vəziyyətini və rəsmi tibbi anket və kartlarını necə əldə edə bilər? Hazırda Şərq Tərəfdaşlığı (ŞT) regionunda transsərhəd məlumat mübadiləsinə və xidmətlərə girişə imkan verən rəqəmsal səhiyyə sistemləri əvvəllər olduğundan daha da vacibdir. EU4Digital proqramının elektron səhiyyə şəbəkəsi Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi elektron səhiyyə haqqında strategiyaları işləyib hazırlamaq üçün həmin ölkələrlə əməkdaşlıq edir. 16 və 24 noyabr tarixlərində sözügedən şəbəkə tərəfindən onlayn formatda keçirilən iki seminarda rəqəmsal səhiyyənin maliyyələşdirilməsi, innovasiyalar və aktivlik kimi müxtəlif mövzular diqqət mərkəzində olub.
Rusiyanın təcavüzü nəticəsində 6 milyona yaxın ukraynalının qonşu ölkələrə üz tutmasından sonra transsərhəd elektron səhiyyə xidmətlərinə və məlumat mübadiləsinə ehtiyac daha da aktuallaşıb. Onların həmin ölkələrdə və digərlərində səhiyyə təminatçıları və digər vətəndaşlar üçün milli və regional elektron səhiyyə haqqında strategiyaların və onların həyata keçirilməsinin təkmilləşdirilməsi də həyat keyfiyyətini yaxşılaşdıra bilər.
Məlumatların saxlanılması və idarə olunması sahəsində son üç il ərzində baş vermiş böyük dəyişikliklər Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal səhiyyə sistemlərini nəzərdən keçirmək və onları Avropa İttifaqının (Aİ) qabaqcıl təcrübəsinə, eləcə də 2020-ci ildə hazırlanan Elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət və uyğunlaşdırılma ilə bağlı ümumi təlimatlara uyğunlaşdırmaq üçün daha bir əsaslı səbəbdir. Bu təkmilləşdirmələr elektron resept və ya pasiyentin tibbi kitabçası kimi qüsursuz və etibarlı transsərhəd elektron səhiyyə xidmətlərinin tətbiqinə imkan verəcək.
Yüksək səviyyəli seminarlar
Seminarlarda bir sıra nazirliklərin, o cümlədən səhiyyə, rəqəmsal informasiya və informasiya texnologiyaları nazirliklərinin nümayəndələri iştirak ediblər. Tədbirlərdə sözügedən fəaliyyətlər haqqında ətraflı məlumat verilib və geniş fikir mübadiləsi aparılıb. Bütün ölkələr sorğu alətindən istifadə edərək anonimləşdirilmiş məlumatlar və texnoloji yeniliklərin cari vəziyyəti ilə bağlı statistik məlumatları paylaşa bilib. Bu, iştirakçı ölkələrə ideya və problemləri müqayisə etmək imkanı verib.
Elektron Səhiyyə Şəbəkəsinin seminarlarının hər biri qanunlardan tutmuş kibertəhlükəsizlik, səhiyyə sahəsində telekommunikasiyalar və elektron reseptlərə qədər rəqəmsal səhiyyə haqqında milli strategiyaların hazırlanması üçün lazımi komponentləri əhatə edib. Seminarlarda həmçinin sistemin optimal fəaliyyəti üçün vacib elementlər kimi məlumatlar arasında bağlantı və server tutumu məsələlərinə də toxunulub.
İlk seminarda iştirakçılar maliyyələşdirmə modellərini və rəqəmsal səhiyyə iqtisadiyyatını, eləcə də səhiyyə planının həyata keçirilməsini və səhiyyə sahəsində innovasiyaları ətraflı nəzərdən keçiriblər. İştirakçılar həmçinin pasiyentlərə aid məlumatların mənbə olaraq istifadəsi və səhiyyə sistemlərinin maliyyə və ya qeyri-maliyyə cəhətdən fərdlər və ya təşkilatlar tərəfindən rəqəmsal səhiyyə üzrə texnoloji həllərin istifadəsinin kompensasiyası və ya birgə maliyyələşdirilməsi məsələsinə də toxunublar. İkinci tədbirdə isə elektron səhiyyə haqqında strategiyaların spesifik komponentləri kimi alt-strategiyalar, səhiyyə məlumatlarının aktivliyi, elektron səhiyyə ekosistemlərində dövlət və özəl qurumlar arasında tərəfdaşlığın istifadəsi və rəqəmsal səhiyyə sahəsində bacarıqların artırılması yolları müzakirə olunub.
Növbəti tədbirlər
Noyabr ayında keçirilən seminarlar EU4Digital proqramının elektron səhiyyə şəbəkəsinin bu sahədə olan silsilə tədbirlərindən sonuncusu olub. Bununla belə, EU4Digital proqramının elektron səhiyyə şəbəkəsi rəqəmsal səhiyyə haqqında strategiyaların hazırlanmasında və hər bir ölkə üzrə konkret hal, problem və strategiyaların araşdırılmasında Şərq Tərəfdaşlığı ölkələrinə yardım etməkdə davam edir. Elektron resept və pasiyentin tibbi kitabçası üzrə xidmətlərin hansı ölkədə sınaqdan keçirilməsi məsələsi, həmçinin bu xidmətlərin uğurla həyata keçirilməsi ilə bağlı mərhələli təlimatla bağlı tezliklə qərar veriləcək. Bu xidmətin 2024-cü ilin əvvəlində sınaqdan keçirilməsi nəzərdə tutulub.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.