Rəqəmsal Onillik üzrə öhdəliyə uyğun olaraq Aİ 2030-cu ilə qədər 16-74 yaş arası əhalinin 80%-nin heç olmasa əsas rəqəmsal vərdişlərə sahib olmasına çalışır. COVID-19 pandemiyası bacarıqlar və təminatlar sahəsindəki boşluqları ön plana çıxarıb və dayanıqlıq, əlçatanlıq, yüksək keyfiyyətli təminat və inklüzivlik baxımından təhsil və təlim sistemlərinin rəqəmsal transformasiyaya hazırlığının təkmilləşdirilməsi zərurətinin olduğunu göstərib.
Şura tərəfindən qəbul edilmiş tövsiyələr paketi ittifaqa üzv dövlətlərə rəqəmsal bacarıq və səriştələr sahəsində təhsilin təmin edilməsi üçün milli və lazım gəldikdə regional strategiyalar və ya strateji yanaşmalar barədə razılığa gəlməyi tövsiyə edir. Buna imkan verən əsas amillər üzrə tövsiyələr təhsil və təlim sistemlərinin rəqəmsal dövrə uyğunlaşdırılmasına yönəlib. Tövsiyələrdə insanların texnologiyaların iş prinsipini anlayaraq onlardan yaradıcı, təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etməyə hazır olmaları barədə ətraflı məlumat verilir.
Digər tədbirlərlə yanaşı, tövsiyələr üzv dövlətləri aşağıdakı fəaliyyətləri həyata keçirməyə çağırır:
rəqəmsal texnologiyaların tədrisə inteqrasiyası və onlardan istifadə etmək üçün müəllimlərin hüquq və imkanlarının artırılması;
rəqəmsal təhsil vasitələrinin, o cümlədən süni intellektin təsirinə dair tədqiqatların dəstəklənməsi;
maarifləndirmə daxil olmaqla, təhsil və təlimdə kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi;
bağlantı, rəqəmsal infrastruktur və təhsil və təlimdə rəqəmsal inklüzivliyə sərmayələrin qoyulması.
Avropa Komissiyası üzv dövlətlərdə bu tələblərin həyata keçirilməsinə nəzarət edəcək və sonra beş il ərzində bununla bağlı hesabat hazırlayaraq Şuraya təqdim edəcək.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.