Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündə rəqəmsallaşma mövzusu diqqət mərkəzində olub
Tarix: 13/12/23
11 dekabr 2023-cü il tarixində keçirilən Şərq Tərəfdaşlığı (ŞT) xarici işlər nazirlərinin görüşündə bağlantı, regional rouminq və rəqəmsal texnologiyalara keçid kimi mövzular müzakirə olunub. Tədbirdə Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri ilə Şərq Tərəfdaşlığına (ŞT) daxil altı ölkədən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri iştirak edib. Tədbirdə Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb, proqramın nailiyyətləri təhlil edilib və siyasətin gələcəyinə dair konkret tövsiyələr müəyyənləşdirilib.
İclasa Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel sədrlik edib. Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Oliver Varhelyi də tədbirdə iştirak edib. Tədbirə qatılan nazirlər aşağıdakı mövzuları müzakirə ediblər:
Şərq Tərəfdaşlığı ittifaqa üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarına gələcəkdə necə cavab verəcək;
2024-cü ildə birgə əməkdaşlıq üzrə əsas prioritetlər nə olmalıdır;
Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının icrasını necə sürətləndirməli;
Mərkəzi Asiya və Qərbi Balkanlar kimi regionlarla, eləcə də Qara Dəniz Sinerjisi kimi digər regional siyasətlərlə əməkdaşlığı necə genişləndirmək olar.
Rəqəmsal texnologiyalara keçid və bağlantı mövzuları ilə yanaşı, nazirlər nəqliyyat, enerji, yaşıl iqtisadiyyata keçid, insan hüquqları, vətəndaş cəmiyyəti, qanunun aliliyi və təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Nazirlər 2024-cü ilə qədər xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahələrində konkret nəticələrin əldə olunması məsələsinə müsbət yanaşıblar.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.