Aİ-də və ŞT regionunda Elektron səhiyyə üzrə texnologiyaların dəyişdirici gücü

  • Tarix: 09/12/20
  • Paylaş:

Rəqəmsal texnologiyaların səhiyyə sahəsində tətbiqi və istifadəsi, insanların sağlamlığı ilə bağlı məlumatların və səhiyyə məlumatlarının istifadəsi qaydasını dəyişdi. Xüsusilə COVID-19 pandemiyası fonunda, səhiyyə sistemi məlumat yönümlü sahəyə çevrildi və səhiyyə işçiləri səhiyyə xidmətlərini sürətləndirmək və səmərəsini artırmaq üçün məlumat və texnologiyalardan istifadə etməyə başladılar. Bəs səhiyyə sahəsi üzrə rəqəmsal texnologiyalar nədir?

Günümüzdə dünyaya gələn hər uşaq üçün sağlamlıq kartı yaradılır və onun sağlamlığına dair bütün məlumatlar orada toplanır. Əlli il bundan əvvəl isə xəstəyə aid məlumatlar hər hansı bir xəstəxanada və ya həkimin kabinetində kağız sənəd və həkimin əl ilə yazdığı qeydlərdən ibarət olan kağız sənəddə toplanırdı. 2020-ci ilə gəlincə, rəqəmsal texnologiyalar ilə səhiyyə xidmətinin birləşməsi hər bir kəsə yeganə rəqəmsal tibbi karta sahib olmaq imkanı verir. Həmin kart vasitəsilə çoxlu sayda səhiyyə xidməti təminatçısı xəstəyə aid məlumatlara, rentgen müayinəsi və təhlillərin nəticələrinə çıxış imkanı əldə edir və həmin məlumatları yaddaşda saxlaya bilir. Bu məlumatları gələcək illərdə redaktə etmək və yeni məlumatlar əlavə etmək mümkündür.

“Elektron səhiyyə” evdə müalicə olunan xəstə və ailə həkiminin kabinetindən tutmuş, xəstəxana mühitinə və hətta beynəlxalq səhiyyə xidmətlərinə qədər səhiyyədə rəqəmsal texnologiyaların tətbiqini əhatə edir. Elektron səhiyyə dedikdə ənənəvi təcrübələrdə İKT həllərinin tətbiqi ilə yanaşı, rəqəmsal vasitələrlə yeni texnoloji həllər tapmaqla xəstələr və səhiyyə təminatçıları üçün yeni dəyər yaradır. Məsələn, xəstəxanalarda kompüterlərdən istifadə çox böyük dəyişiklikliyə səbəb oldu. Bu, tibb bacılarına və həkimlərə xəstəyə aid qeydlərin yazılması və saxlanılmasına sərf olunan zamanı qısaltmağa imkan verdi. Günümüzdə xəstəxanalardakı kompüterlər ənənəvi təcrübələri dəstəkləməklə yanaşı, müayinələrin nəticələrini təsnif etmək üçün süni intellektdən (AI) istifadə edir və ya rəqəmsal texnologiyaların və xəstələrin sağlamlığına dair məlumatların yeni birləşməsinə əsaslanan COVID-19 əlaqə axtarış tətbiqləri kimi yeni dəyər yaratmağa da xidmət edir.

Martynas Daugirdas

Aİ və ŞT regionlarındarRəqəmsal texnologiyaların gücünü səhiyyə xidmətlərinə tətbiq etmək hələ heç vaxt bu qədər əhəmiyyətli olmamışdı. Elektron səhiyyə sahəsindəki texnoloji həllər həm xəstələr, həm də peşəkarlar üçün daha yaxşı və daha səmərəli bir səhiyyə sistemi yaratmaq üçün istifadə olunur ”, – deyə EU4Digital Proqramının Elektron səhiyyə istiqamətinin rəhbəri Martin Daugirdas bildirir.

Elektron səhiyyə, xəstələri gözə çarpacaq dərəcədə səlahiyyətləndirmək və səhiyyə sahəsindəki qarşılıqlı əlaqələri asanlaşdırmaq potensialına malikdir. Bu, insanların həkimləri ilə onlayn görüş təyin etməsi, elektron tibbi karta sahib olması, rəqəmsal reseptlərə çıxış imkanı və ya telefonlarında rəqəmsal səhiyyə və sağlamlığa nəzarət tətbiqlərindən istifadə etmək qabiliyyəti deməkdir. Bu, vətəndaşlara öz sağlamlıqlarının qorunması məsələsində daha fəal iştirak etmələrinə və əvvəlkindən daha sürətlə resurslara çıxış imkanı əldə etmələrinə imkan yaradır.

Rəqəmsal səhiyyə sistemlərindən istifadə edərək, həkim xəstənin tibbi ehtiyaclarına daha fərdi və dəqiq şəkildə cavab verə bilir. Formaların doldurulmasına az vaxt sərf olunur və kliniki prosedurların təkrarlanmasına yol verilmir və səhiyyə işçisi xəstələrin sağlamlığına dair məlumatları elektron qaydada əldə edə bilir.  Hər bir xəstənin tibb tarixçəsinə və reseptinin növlərinə daha yaxşı ümumi baxış kimi səhiyyə işçiləri tərəfindən xəstənin vəziyyətini müşahidə etmək və onu nəzarətdə saxlamaq üçün yeni imkanlar təmin edir.

Elektron səhiyyə, sistemlərarası əlaqə və mübadilə istiqamətindəki maneələri aradan qaldırmağa yönəlmiş qarşılıqlı fəaliyyət ilə sıx bağlıdır. Bu o deməkdir ki, müxtəlif sistemlər səhiyyəyə dair paylaşılmış məlumatları düzgün qaydada başa düşə və şərh edə bilər. Hesablama və rəqəmsal texnologiyaların ilk mərhələsində bir çox fərqli əməliyyat sisteminin olması bir kompüterin və ya tibbi cihazın digər cihazla əlaqə qura bilməməsi və nəticədə məlumatların təhlili və ötürülməsi zamanı vaxt itkisinə səbəb olurdu. Müasir dövrümüzdə Aİ-də mövcud olan rəqəmsal sistemlərin əksəriyyəti standartlaşdırılıb, yəni vaxt və göstərilən səylərə qənaət edərək məlumatlar bir kompüterdən digərinə ötürülür. Bu, məlumatların yerdəyişmə qabiliyyətini təmin edir, yəni xəstənin hər hansı bir xəstəxanada olan kağız sənəddən asılı olmadan sağlamlığına dair məlumatlarını istənilən ölkədəki istənilən xəstəxanaya apara bilməsi deməkdir. Bu məlumatlar oradakı rəqəmsal sistemlər tərəfindən oxuna bilir.

Aİ-nin Vahid rəqəmsal bazar üzrə siyasətinə uyğun olaraq, Elektron səhiyyənin inkişafı rəqəmsallaşdırılmaya keçidin əsas sahəsi hesab edilir. Aİ-də tərtib olunan texnoloji həllərin bir nümunəsi, xəstəyə həkimdən kağız formada resept almadan təyin olunmuş dərmanlara çıxış imkanı verən elektron reseptlərin və ya e-reseptlərin istifadəsidir. Bir-biri ilə uyğunlaşdırılmış sistemlər və rəqəmsal tibbi kartlar ilə apteklər reseptləri daha asanlıqla təsdiqləyə və inzibati sənəd yükünü azalda bilər.

Qlobal COVID-19 pandemiyası, Avropada və Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal səhiyyə sistemlərinin əhəmiyyətini və onlara olan ehtiyacı daha da artırdı. Fiziki iştirak tələb edən iclas və ya səyahətlər məhdudlaşdırıldığı üçün vətəndaşlar səhiyyə xidməti təminatçıları ilə əlaqədə qalmaq məqsədilə yeni yollar axtarmağa başladılar. Bəzi ölkələrdəki xəstələr həkimləri ilə uzaqdan məsləhət almaq üçün məsafədən səhiyyə sistemindən istifadə edərək ona zəng vurmaq və ya məsləhət və ya resept ilə bağlı internet vasitəsilə əlaqə saxlamaq imkanına malik olublar. Bu, xüsusilə COVID-19 virusuna yoluxduğundan şübhələnən xəstələr üçün faydalı olub, çünki həkimlər simptomlar barədə xəstəyə məsafədən məlumat verib və bununla da xəstəliyin daha da çox yayılması riskini azaltmış olurlar. Səhiyyənin rəqəmsallaşdırılması sahəsində Avropanın aparıcı mütəxəssislərindən biri olan professor Enrike Martins düşünür ki, ” pandemiya elektron səhiyyəyə şübhə ilə yanaşan bütün mütəxəssislərə və rəhbərlərə göstərdi ki, köhnə fiziki avadanlıqlar tərəfindən dəstəklənən kağız əsaslı, həkim yönümlü model təcili olaraq Rəqəmsal səhiyyə sisteminə keçid etməlidir”.  Hətta böhran dövründə məhdud dəyişiklik olarsa belə, hərəkət tempi davam edəcək. Bu keçid möhkəm bir strategiya tələb edir.

Adı çəkilən pandemiya xüsusən Şərqi tərəfdaşlıq ölkələrində ənənəvi tibb sahəsində rəqəmsal vasitələrin davamlı istifadəsi zərurəti barədə məlumatlılığın artırılmasına kömək etmişdir. Bununla belə, pandemiya, Elektron səhiyyə sahəsi üzrə texnoloji həllərin təşviqində rəqəmsal vasitələrin qarşılıqlı fəaliyyətini təmin etmək üçün ümumi standartların və təriflərin müəyyənləşdirilməsi kimi daha mürəkkəb məqamları da təxirə salmışdır. Belə rəqəmsal alətlərin Aİ və Şərqi tərəfdaşlıq ölkələrində düzgün işləməsini və yayılmasını təmin etmək üçün digər vacib məqamların nəzərə alınmasına ehtiyac var. Buraya məlumatların qorunmasına dair qanunvericiliyə uyğun olaraq məlumatların məxfiliyi və gizliliyinə diqqət yetirmək də daxildir. Bu həmçinin məlumatların qorunması üçün mövcud sistemlərin təhlükəsizliyinin təmin edilməsi deməkdir. Yalnız etibarlı sistemlər və fərdi şəxslər məlumatları əldə edə bilərlər.

Rəqəmsal texnologiyalar ilə səhiyyə sisteminin birləşdirilməsi xəstələr və səhiyyə işçiləri üçün yeni imkanlar və həll yolları təqdim etdi və ənənəvi səhiyyə xidmətini dəyişdirməyə davam edəcəkdir. Burada əlçatan olan növbəti məqalədə Aİ-də və ŞT-də elektron səhiyyənin gələcək imkanlarını, texnoloji həllərini və problemlərini araşdırmağa davam edirik.

Avropa İttifaqı, EU4Digital təşəbbüsü vasitəsilə, ŞT və Aİ arasında Elektron səhiyyə üzrə milli bazaların və uyğunlaşdırılmış sistemlərin yaradılmasına dəstək vermək üçün Şərqi tərəfdaşlıq ölkələri ilə birgə işləyir. Elektron səhiyyə sistemində əldə olunan irəliləyişlər və hədəflər haqqında daha çox məlumat almaq üçün Elektron səhiyyə üzrə tematik səhifəyə baş çəkin.