Rəqəmsal bacarıqlar şəbəkəsi KOM-lar və mikromüəssisələr üzrə Səlahiyyət bazasının istifadəsinə dair təlimatları təsdiqləyib

  • Tarix: 08/12/20
  • Paylaş:

Dekabrın 1-də EU4Digital Proqramı tərəfindən təşkil olunan onlayn tədbirdə Rəqəmsal bacarıqlar şəbəkəsi Şərqi tərəfdaşlıq ölkələrində KOM-lar və mikromüəssisələr üzrə Səlahiyyət bazasının istifadəsinə dair təlimatları təsdiqləyib.

Tədbirin məqsədi təlimatların yekun variantını təsdiqləmək və gələcəkdə keçiriləcək tədbirlər daxil olmaqla EU4Digital Proqramı və Şərqi tərəfdaşlıq ölkələri tərəfindən görüləcək növbəti tədbirləri müəyyənləşdirməkdir.

İclasda əsas Avropa bazaları arasındakı mümkün sinerjilər, onların inteqrasiyalı tətbiqi üzrə tövsiyələr, Xidməti vəzifə profillərinin hazırlanması üzrə xüsusi tövsiyələr və Elektron səlahiyyət bazasında (e-CF), Vətəndaşlar üçün Avropa Rəqəmsal Səlahiyyət Bazasında (DigComp) və Bacarıqlar, Səlahiyyətlər və Peşələr üzrə Avropa təsnifatında (ESCO) istifadə olunan terminologiya müzakirə edilib.

Təlimatların müzakirəsi zamanı müvafiq daxili sənədlərin, strategiyaların və bazaların hazırlanması məsələləri aydınlaşdırılıb və əsas izahı təqdim edilib. Dərin müzakirələrdən sonra sözügedən təlimatlar Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən təsdiqlənib.

Tədbir ərzində həmçinin keçiriləcək təlimlərlə bağlı prioritetlər, o cümlədən təlimlərin, tanışlıq xarakteri daşıyan səfərlərin və konfransların formatı müzakirə edilib:

  • Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi üzrə milli təlimlər;
  • Avropa Elektron səlahiyyət və Rəqəmsal Səlahiyyət bazalarının faydasına dair regional təlimlər;
  • Aİ-nin rəqəmsal bacarıqların ölçülməsinə dair qabaqcıl təcrübələri və metodologiyasına dair regional təlim;
  • KOM-lar və mikromüəssisələr üzrə Rəqəmsal səlahiyyət bazasının tətbiqinə dair regional tədbir;
  • Spesifik qeyri-İKT sektorlarında işçi qüvvəsinin rəqəmsal bacarıqlar üzrə ixtisasının artırılması və yenidən ixtisaslaşması üçün Aİ-nin qabaqcıl təcrübələrinə dair regional təlim;
  • İrlandiyaya və Bask ölkəsinə planlaşdırılan iki tədqiqat səfərindən azı biri COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən onlayn formatda keçiriləcək;
  • Dördüncü sənaye inqilabı (Industry 4.0) üzrə rəqəmsal bacarıqlar mövzusunda konfrans 2021-ci il ərzində keçiriləcək.

EU4Digital proqramı, Şərqi tərəfdaşlıq ölkələrindəki KOM-lar və mikromüəssisələr üçün Rəqəmsal səlahiyyət bazasının hazırlanmasına, o cümlədən Aİ-nin təcrübələrini yaymaq üçün qanunvericilər və təlim təminatçıları üçün təlimlər, konfranslar və Aİ-yə üzv ölkələrə tanışlıq məqsədi daşıyan səfərlərin təşkilini dəstəkləyir.