Moldova 7,5 milyard avro büdcəyə malik Rəqəmsal Avropa proqramına qoşulur
Tarix: 24/02/24
19 fevral 2024-cü il tarixində Moldova Respublikasının “Rəqəmsal Avropa proqramına’ qoşulması üçün Moldova İqtisadi İnkişaf və Rəqəmsallaşdırma naziri Dumitru Alaiba və Avropa İttifaqının Daxili Bazar üzrə Komissarı Tyeri Breton arasında saziş imzalanıb. Moldovanın Rəqəmsal Avropa proqramına qəbul edilməsi Moldovada fəaliyyət göstərən müəssisələrə, bələdiyyələrə, QHT-lərə və mərkəzi dövlət orqanlarına 2021-2027-ci illər üzrə büdcəsi 7,5 milyard avro təşkil edən rəqəmsallaşma layihələri üçün Aİ-nin maliyyə yardımına müraciət etmək imkanı verəcək. Moldova rəqəmsal infrastrukturunu təkmilləşdirmək, innovasiyaları və rəqəmsal inklüzivliyi təşviq etmək üçün maliyyə dəstəyi və təcrübədən yararlana biləcək.
Moldova İqtisadi İnkişaf və Rəqəmsallaşdırma naziri Dumitru Alaiba bildirib:
Biz biznes mühitini və dövlət idarəçiliyini daha fəal şəkildə rəqəmsallaşdırmaq istiqamətində çalışırıq. Beləcə biz kiçik sahibkarlara və orta ölçülü sahibkarlıq müəssisələrinə qabaqcıl rəqəmsal texnologiyalarının köməyi ilə daha rəqabətqabiliyyətli olmağa və fəaliyyətlərini təkmilləşdirməyə kömək edəcəyik. Aİ vətəndaşı olmazdan əvvəl biz Aİ-nin rəqəmsal vətəndaşı ola bilərik.
Moldovanın rəqəmsal transformasiya strategiyası 2023-2030-cu illər üçün Rəqəmsal Transformasiya Strategiyasında öz əksini tapıb və bu strategiya inkişaf etmiş infrastruktur, rəqəmsal dövlət idarəçiliyi və rəqəmsal texnologiyalardan yararlanan biznes ictimaiyyəti ilə innovativ və inklüziv rəqəmsal cəmiyyətin inkişafını nəzərdə tutur. Moldova Rəqəmsal Avropa proqramı vasitəsilə biznes əməliyyatlarının və dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasını sürətləndirəcək və bu da öz növbəsində startapları, kiçik və orta sahibkarlıq müəssisələrini (KOB-lar) və dövlət sektorunun rəqabət qabiliyyətini artırmaq və qabaqcıl rəqəmsal texnologiyalardan istifadə etməklə biznes modellərini təkmilləşdirmək səylərini dəstəkləyəcək.
Moldova dörd sahəyə xüsusi diqqət yetirməklə rəqəmsal texnologiyalar sahəsinin inkişafına töhfə vermək niyyətindədir: superkar texnologiyası; süni intellekt; rəqəmsal bacarıqların inkişafı; və rəqəmsal texnologiyaların tətbiqi, optimal istifadəsi və qarşılıqlı fəaliyyət.
Moldovanın Rəqəmsal Avropa proqramına qoşulması haqqında saziş 2024-cü il yanvarın 1-də qüvvəyə minəcək. Rəqəmsal Avropa proqramı iqtisadiyyatın bərpasını sürətləndirmək və KOB-lara xüsusi diqqət yetirməklə Avropa cəmiyyətinin və iqtisadiyyatının rəqəmsal transformasiyasını formalaşdırmaq məqsədi daşıyır.
Avropa İttifaqı Moldovanın əsas ticarət tərəfdaşına çevrilib və bu ölkənin ümumi ticarətinin 53%-i və ixracın 65%-i Aİ-nin payına düşür. Avropa İttifaqı islahatların, rəqəmsal transformasiyanın, sabitliyin və rifahın təşviqində etibarlı tərəfdaş olmaqla bu ölkəyə öz dəstəyini təklif edir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.