Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital proqramı innovasiya klasterlərinin qiymətləndirilməsi və təlim üçün qeydiyyata başlayıb
Tarix: 08/04/24
Şərq Tərəfdaşlığı ölkəsində innovasiya klasterlərini idarə edən və ya sektoral və ya texnoloji müəssisələr və təhsil ocaqları arasında əməkdaşlıq təşəbbüslərini koordinasiya edən təşkilatın icraçı direktorusunuz? Klaster və ya potensial klasteri təmsil edirsinizsə, EU4Digital sizi pulsuz sertifikatlı onlayn təlim və qiymətləndirmədə iştirak etməyə dəvət edir. Qeydiyyat üçün son tarix 17 aprel 2024-cü ildir.
Onlayn seminarda innovasiyalara və rəqəmsallaşma prosesinə dəstək potensialının qiymətləndirilməsi üçün xüsusi alət təqdim olunacaq. Bunlar Şərq Tərəfdaşlığı (ŞT) regionunda innovasiya klasterlərini dəstəkləmək üçün EU4Digital proqramının yeni fəaliyyəti çərçivəsində həyata keçirilir. Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərən klaster təşkilatları iştirak edə bilər.
Şərq Tərəfdaşlığı ölkələrində klaster idarəetmə təşkilatlarının icraçı direktorları (baş direktorlar, icraçı direktorlar və ya onların müavinləri) qeydiyyatdan keçə bilərlər. İqtisadiyyatın bütün sektorlarında istənilən ölçüdə klasterlər və potensial/protoklasterlər, o cümlədən beynəlxalq səviyyəli iri miqyaslı müəssisələr və erkən inkişaf mərhələsində olan kiçik regional təşəbbüslər də müraciət edə bilər.
18 aprel 2024-cü il tarixində keçiriləcək 2,5 saatlıq onlayn təlimdə iştirakçılar klasterlərin idarə edilməsi sahəsində mühüm yeniliklərlə tanış olacaq və onlara sertifikatlar veriləcək. Təlim zamanı Aİ-nin tanınmış ekspertləri klasterlərin idarəçiliyi üzrə dərin təcrübələrini və klasterlərin mükəmməlliyinə yönəlmiş praktiki təcrübələrini bölüşəcəklər:
- Oliver Ziqler: Hökumətlə əlaqələr şöbəsinin rəhbəri və Baş layihə meneceri (ESCA)
- Byanka Muntyan: Qızıl keyfiyyət nişanlı Aİ klasteri olan Transilvaniya İT klasterinin həmtəsisçisi və baş direktoru
- Daniel Kosnitsa: Rumıniya Klaster Assosiasiyasının prezidenti, ESCA eksperti
- Feliks Arion: Qızıl keyfiyyət nişanlı Aİ klasteri olan AgroTransylvania klasterinin baş direktoru, QIZIL nişanı üzrə ESCA ekspert qrupunun üzvü.
Onlayn qiymətləndirmə iştirakçılara Avropa Katibliyinin Klaster Təhlili (ESCA) Klaster İdarəetmə Keyfiyyət Nişanı standartına hazırlaşmağa və aparıcı Aİ klasterlərindən öyrənərək xidmətlərini tənzimləməyə kömək edəcək. Qiymətləndirmənin nəticələri 2024-cü ilin payız aylarında keçiriləcək onlayn tədbir zamanı iştirakçı təşkilatlara, dövlət orqanlarına və potensial donorlara təqdim ediləcək.
- Təlim üçün qeydiyyatın son tarixi 17 aprel 2024-cü ildir.
- Onlayn qeydiyyat formasını doldurun.
- 23 may 2024-cü il qiymətləndirmə formasının təqdim edilməsi üçün son tarixdir.
- Təlimdə iştirak edə bilməyən şəxslər onlayn qiymətləndirmədə iştirak edə və EU4Digital proqramının dəstəyindən yararlana bilərlər.
- Əlaqə: qiymətləndirmə üçün keçidlə bağlı atile.ivanovaite@lt.ey.com ünvanına müraciət edin.
Klaster təşkilatınızın imkanlarını və rəqəmsal texnologiyalar sektorundakı yerini gücləndirmək üçün bu fürsəti qaçırmayın. Gəlin birlikdə rəqəmsal innovasiyaların potensialını üzə çıxaraq!
İştirakçıları nə gözləyir?
EU4Digital proqramının innovasiya klasterlərinin dəstəklənməsinə həsr olunmuş bu ilk fəaliyyətində iştirakçılar üçün hansı imkanlar yaradılıb:
- Rəqəmsal sertifikat: təlimdə iştirak edən, eləcə də qiymətləndirmə formasını təqdim edən klaster rəhbərləri EU4Digital proqramının təlimində iştirak etdiklərini təsdiq edən və onların peşəkar fəaliyyətlərinə töhfə verən sertifikat alacaqlar.
- Auditoriyaya çatdırılma: qiymətləndirmə formasını təqdim edən klaster təşkilatlarının adları EU4Digital proqramının internet səhifəsində yerləşdiriləcək və onların xarici donor proqramlarında iştirakına şərait yaradılacaq.
- Növbəti mərhələlərdə dəstək: klasterlərin praktiki idarəçiliyi üzrə faydalı olan mühüm sənədlər, şablonlar və rəqəmsal alətlərin siyahıları sonrakı mərhələlərdə təqdim olunacaq.
- Uğur hekayəsi: seçilmiş klaster təşkilatları EU4Digital proqramının internet səhifəsində dərc edilmiş uğur hekayələrində işıqlandırılacaq, bu da onların xarici donor proqramlarında iştirakına şərait yaradacaq.
- ESCA Bürünc keyfiyyət nişanı: EU4Digital tərəfindən beşə qədər seçilmiş uyğun klaster idarəçiliyi təşkilatının ESCA Bürünc keyfiyyət nişanının tətbiqi xərcləri qarşılanacaq və onların ESCA qiymətləndirilməsində iştirakına dəstək veriləcək.
- Nümunəvi fəaliyyət planları: üçə qədər ən fəal klaster təşkilatına EU4Digital tərəfindən hazırlanmış və potensial donor təşkilatları üçün uyğunlaşdırılan nümunəvi fəaliyyət planları təqdim olunacaq.
Əlavə məlumat
Sorğu və təlim EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsi tərəfindən təşkil olunur. Aİ tərəfindən maliyyələşdirilən bu proqram ŞT və Avropa İttifaqı ölkələrinin rəqəmsal bazarlarını uyğunlaşdırmaq məqsədi daşıyır. İKT və inovasiyalar şəbəkəsi ŞT və Aİ innovasiya və startap ekosistemlərini əlaqələndirmək, şəbəkələşməni təşviq etmək, Aİ-nin qabaqcıl təcrübə və alətlərini ŞT-də innovasiyalar sahəsində çalışan maraqlı tərəflərlə bölüşmək, ŞT rəqəmsal startap ekosisteminin inkişafına dəstək vermək, innovasiyalar üçün çərçivə və təlimatlar hazırlamaq məqsədi daşıyır.
EU4Digital proqramının innovasiya klasterlərinin dəstəklənməsinə yönəlmiş yeni fəaliyyəti, məqsəd və uzunmüddətli planları haqqında daha ətraflı öyrənmək üçün “EU4Digital layihəsinin yeni fəaliyyəti Şərq Tərəfdaşlığında innovasiya klasterlərini dəstəkləyir” adlı məqaləni oxuyun.
EU4Digital proqramının İKT və inovasiyalar şəbəkəsinin fəaliyyətləri haqqında daha ətraflı öyrənmək üçün “İzahedici materiallar” və “Kitabxana” bölməsindəki “İKT və innovasiyalar” adlı qısa videoya baxın.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
-
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu -
11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu -
09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu
25/04/2024
Azərbaycan rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə Rəqəmsal Məcəllə qəbul edir
Azərbaycanda Rəqəmsal Məcəllənin hazırlanması ilə bu ölkənin rəqəmsallaşması istiqamətində mühüm irəliləyiş əl…
Daha çox oxu11/04/2024
Özəl 5G şəbəkələrinin inkişafına dair hesabat hər kəs üçün əlçatandır
EU4Digital proqramının ekspertləri Aİ-nin qabaqcıl təcrübələrinə əsasən və proqramın Telekommunikasiya qaydala…
Daha çox oxu09/04/2024
EU4Digital Akademiyasında rəqəmsal bacarıqlar üzrə ilk kurs artıq əlçatandır!
EU4Digital proqramı Ukrayna vətəndaşlarını və bu ölkədə fəaliyyət göstərən kiçik və orta ölçülü sahibkarlıq mü…
Daha çox oxu