Şərq Tərəfdaşlığı ölkələrində giqabit sürətli bağlantı infrastrukturunun qurulması

  • Tarix: 28/04/21
  • Paylaş:

COVID-19 pandemiyası rəqəmsal bağlantı və rəqəmsal xidmətlərə çıxış imkanına olan ehtiyacı aktuallaşdırıb.

Dünya Bankı tərəfindən həyata keçirilən tədqiqat göstərir ki, rəyi soruşulan firmaların yarısı pandemiyanın səbəb olduğu böhrana qarşı mübarizə aparmaq üçün rəqəmsal texnologiyalardan və rəqəmsal həllərdən istifadə ediblər. Bununla yanaşı, insanlar mümkün olduğu hallarda alış-veriş, iş və sosiallaşmanın onlayn formalarına keçid ediblər. Məsələn, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəlinə qədər olan müddətdə Zoom kimi video konfrans platformalarından istifadə edənlərin sayında üçqat artım müşahidə olunub. Hətta Google kimi aparıcı axtarış sistemlərində “elektron kommersiya” sözü üzrə axtarışlarda 2020-ci ilin əvvəlində kəskin artım qeydə alınıb. Həmin dövrdə artıq ölkələrin çoxunda sosial izolyasiya qaydaları tətbiq olunmağa başlanmışdı.

Rəqəmsal texnologiyalar və texnoloji həllərdən istifadə artdıqca ölkələrin yüksək sürətli bağlantıya çıxış imkanında davamlı bərabərsizliyi aradan qaldırmaq məsələsi daha da aktuallaşıb. Yüksək sürətli genişzolaqlı bağlantıya əsaslanan xidmət və proqramların səciyyəvi artımı səbəbindən bütün ölkələrdə istisnasız və ayrı-seçkiliyə yol verilmədən hər kəsin internetə çıxış imkanının sürətləndirilməsi həyati vacib əhəmiyyət daşıyır. Bu, pandemiya ilə mübarizə aparmaq üçün bütün fərdi şəxslərin, müəssisələrin və qurumların rəqəmsal texnologiyaların tətbiqinə keçid etməsinə imkan verməklə yanaşı, dayanıqlı bərpa prosesinə hazırlıq və gələcəkdə baş verə biləcək böhranlara qarşı hazırlığı təmin edəcək.

Avropa İttifaqının Giqabit Cəmiyyəti internetə çıxış imkanı olan belə cəmiyyətlərin formalaşdırılmasına çalışır. Bu cəmiyyət bir çox insanın rəqəmsal texnologiyaların yaratdığı imkanlardan yararlanmasına mane olan gəlirlə bağlı, coğrafi, demoqrafik və əlçatanlıqla əlaqədar problemləri aradan qaldırmaq istiqamətində çalışan ölkələrə dəstək verir.

Dünya Bankı Avropa Komissiyası ilə EU4Digital Təşəbbüsü çərçivəsində sıx əməkdaşlıq edərək genişzolaqlı bağlantı üzrə milli strategiyaların hazırlanması və yenilənməsi, o cümlədən giqabit sürətli bağlantının tətbiqi üçün üçün yol xəritələrinin müəyyənləşdirilməsində Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinə – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynaya dəstək verir.

ŞT ölkələrində giqabit sürətli genişzolaqlı bağlantı reallığa çevrilə bilər

Şərqi tərəfdaşlıq ölkələrində əhalinin internetə çıxış imkanlarını artırmaq üçün xeyli iş görülüb. Belə ki, 2019-cu ilə qədər fərdi şəxslərin üçdə ikisindən çoxu internet istifadəçisi olub. Lakin, Dünya Bankı tərəfindən aparılan tədqiqatın nəticələri göstərir ki, internet istifadəçilərinin əksəriyyəti və daha yaxşı bağlantıdan yararlanan şəxslər əsasən şəhər yerlərində yaşayır. Bundan başqa, mövcud şəbəkələr giqabit səviyyəli sürətləri qoruyub saxlamaq gücündə olmaya bilər. Şəkil 1-dən göründüyü kimi, hazırda ev təsərrüfatlarının əksəriyyətində yüksək sürətli internetin təmin olunmasında mühüm rol oynayan fiber optik xətlər (FTTH) mövcud deyil. Bu ölkələrdə beşinci nəsil (5G) şəbəkələr üçün infrastruktur hələ indi-indi qurulmaqdadır və adı çəkilən hədəflərə çatmaq üçün bu sahədə hələ çox iş görülməlidir.

Bununla belə, sözegedən hədəflərə çatmaq mümkündür. Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə artıq əhalinin çox hissəsi fiber optik

xətlər (FTTH) vasitəsilə yüksək sürətli şəbəkələrlə təmin edilib. Çin kimi böyük ölkələrdə artıq ev təsərrüfatlarının çoxuna fiber optik xətlər çəkilib. Litva və İspaniya kimi ölkələrdə isə 100 Mbit/s-dən çox sürətə malik sabit genişzolaqlı bağlantı artıq mövcuddur. Hər bir ölkənin giqabit sürətli bağlantının tətbiqi istiqamətində gördüyü tədbirlər fərqli ola bilər. Bu nümunələr ŞT ölkələrinin hər kəs üçün giqabit sürətli bağlantı təmin etmək üçün yol xəritələrini müəyyənləşdirmək məqsədilə fərqli qabaqcıl təcrübələrə sahib olduqlarını da göstərir.

Hər kəs üçün genişzolaqlı bağlantının təmin edilməsi üçün tələb olunan əsas komponentlər

Avropa İttifaqının təcrübəsinə və qanunvericilik bazasına mükəmməl şəkildə inteqrasiya olunan qabaqcıl dünya təcrübəsi lazımi qaydada çalışan genişzolaqlı bağlantı bazarlarının əsasını təşkil edən müəyyən ümumi mövzuları ön plana çəkir. Buraya əsasən aşağıdakılar daxildir:

  • İstehlakçılar üçün bazarla bağlı nəticələri yaxşılaşdırmaq məqsədilə dəyər zəncirinin müxtəlif alt seqmentlərindəki (bazarlar və ya siyasət fəaliyyətləri vasitəsilə başdan sona qədər) xidmət təminatçıları üzərində rəqabət təzyiqinin artırılması;
  • Lazımi hallarda özəl investisiyalar sahəsində risklərin azaldılması üçün dövlət maliyyəsinin strateji istifadəsi vasitəsilə şəbəkələrin genişləndirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə özəl investisiyaların səfərbər edilməsi; eləcə də,
  • Tələbi stimullaşdırmaq, genişzolaqlı bağlantının məhsuldar istifadəsi haqqında məlumat əldə etmək, rəqəmsal texnologiyaların inteqrasiyanı sürətləndirmək və iqtisadi təsirini maksimuma çatdırmaq üçün rəqəmsal texnologiya istifadəçilərinin səlahiyyətlərinin artırılması.

Xüsusilə, rəqabətli bazarlar üçün şəraitin yaradılması və özəl investisiyaların cəlb edilməsi ŞT ölkələrinin giqabit sürətli bağlantı sahəsində potensialını reallaşdırması üçün vacib elementlərdir. Universal FTTH üzrə əhatə dairəsinin formalaşdırılması üçün sərmayə tələb olunur. 2020-ci ilin sonunda, altı ŞT ölkəsində 100% fiber optik əhatə dairəsinə nail olmaq

üçün lazımi investisiyanın həcmi 4 və 14 milyard avro arasında dəyişir. Əlverişli mühit düzgün stimul və təzyiqlər yaradarsa, bu məbləğin əksər hissəsi özəl mənbələrdən cəlb edilə bilər. Xərclərin yüksək olması, aşağı gəlir potensialı və ya məhdud rəqabət səbəbindən məqbul müddət ərzində genişzolaqlı bağlantı infrastrukturunun qurulması kommersiya cəhətdən mümkün olmadıqda dövlət maliyyəsi və ya risklərin azaldılması üçün digər vasitələr nəzərdən keçirilə bilər.

İnsanlar və müəssisələr üçün genişzolaqlı bağlantının dəyərini artırmaq üçün başqa tədbirlər də bazarları genişləndirə bilər. Buraya rəqəmsal texnologiyalar sahəsində məlumatlılığı artırmağa yönəlmiş proqramlar, sosial-iqtisadi imkanların reallaşmasına şərait yaradan genişzolaqlı bağlantının istifadəsinə dair tətbiq nümunələrinin hazırlanması və dövlət və özəl xidmətlərin daha çox rəqəmsallaşdırılması daxildir.

Bərabərsizliyi aradan qaldırmaq üçün tələbatın idarə edilməsi

ŞT ölkələri özəl kapitalı səfərbər etmək və rəqəmsal texnologiyalar sahəsində bərabərsizliyi aradan qaldırmaq üçün daha çox tədbir görə bilər. Bunun üçün genişzolaqlı bağlantı bazarlarında rəqabət təzyiqlərini artırmaq, genişzolaqlı bağlantı infrastrukturunun qurulması xərclərini azaltmaq, yeni texnologiyaların (5G kimi) sürətli mənimsənilməsini təmin etmək və tənzimləmələrdə səriştə və müstəqilliyin artırılması üçün yenilənmiş hüquqi baza tələb olunur. Bu, özəl kapitalın səfərbər olunmasına şərait yaradacaq. Qalan boşluqları və bərabərsizliyi tələbat yönümlü proqramlar vasitəsilə aradan qaldırmaq üçün hədəf proqramlara əlavə olaraq, Şərqi tərəfdaşlıq ölkələri qlobal rəqəmsal iqtisadiyyatı daha təsirli şəkildə bərpa etmək üçün möhkəm mövqeyə yiyələnə bilər.

Valeriya Desolis, Nataliya Gelvanovska-Garsiya, Xuan Navas-Sabater və Sidhartsa Raja: mart 2021

EU4Digital: ŞT regionunda genişzolaqlı rabitəyə dair strategiyalar – Dünya Bankı tərəfindən həyata keçirilən layihə


Uğur hekayələri

Ticarət üçün klikləyin: EU4Digital e-kommersiya qurmaq üçün Azərbaycana kömək edir

Elektron ticarət (e-kommersiya) malların sərhədlərarası mübadiləsini asanlaşdıraraq, mövcud məhsul çeşidini ar…

Daha çox öyrən

Azərbaycanda rəqəmsal gələcək üçün rəqəmsal bacarıqlar inkişaf etdirilməlidir

“İKT-də qadınlar kişilərə nisbətən azdırlar, uğurlu deyillər” və s. bu kimi fikirlər mövcuddur, mən bu fikirlə…

Daha çox öyrən

Hamısına bax