26-28 aprel tarixlərində ŞT ölkələrində və Şərqi Avropada sənaye və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən klasterlər və klasterlərin üzvləri arasında tərəfdaşlıq yaratmaq məqsədilə Ukrayna klaster həftəsi təşkil olunacaq.
Tədbirin proqramına ekspertlər tərəfindən təqdimat, panel müzakirələr və B2B görüşlər daxildir. Sənaye sahəsində fəaliyyət göstərən KOB-ların rəqəmsallaşdırılması konfransın əsas mövzusudur.
Bu tədbir, sənaye və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən klasterlər (Ukrayna, digər ŞT ölkələri və Şərqi Avropadakı klasterlərin əlaqələndiriciləri və onların üzvləri), dövlət orqanlarının nümayəndələri və biznesə dəstək təşkilatları, inkişaf və innovasiya agentlikləri, elmi-tədqiqat institutları kimi milli və regional səviyyəli digər qanunvericilər üçün nəzərdə tutulub.
Klaster həftəsi EU4Business təşəbbüsü tərəfindən maliyyələşdirilir.