Rəqəmsal iqtisadiyyatın gələcəyinin formalaşdırılmasına həsr olunmuş “UNCTAD eWeek” keçirilib
Tarix: 03/01/24
4-8 dekabr tarixlərində keçirilən UNCTAD eWeek 2023 həftəsinə qatılan 3 500-dən artıq iştirakçı rəqəmsal imkanları ortaq dayanıqlı inkişaf nailiyyətlərinə çevirmək yollarını müzakirə ediblər. Onlayn rejimdə və İsveçrənin Cenevrə şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransında (UNCTAD) 159 ölkədən hökumət başçıları, icraçı direktorlar, beynəlxalq təşkilatların rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.
“Rəqəmsal iqtisadiyyatın gələcəyinin formalaşdırılması” mövzusuna həsr olunan tədbir rəqəmsal platformaların və süni intellektin (AI) idarə olunması, yaşıl rəqəmsal texnologiyaların təşviqi, rəqəmsal iqtisadiyyatda qadınların hüquq və imkanlarının artırılması və inkişaf etməkdə olan ölkələrin inkişafında son dərəcə vacib rəqəmsallaşdırma prosesinə hazırlıq üçün sosial və texniki məsələlər müzakirə edilib. Tədbirin əsas mövzusu daha inklüziv rəqəmsal iqtisadiyyat üçün qlobal dəstəyin səfərbər edilməsi və inkişaf proseslərində öndə olan ölkələrin geridə qalmamasının təmin edilməsi baxımından təcili çağırış kimi qiymətləndirilib.
Strateji olaraq 2023 SDG Sammiti və Gələcəyin Sammiti arasında, eləcə də Qlobal Rəqəmsal Kompas ilə bağlı qarşıdan gələn danışıqlardan öncə baş tutan bu həftə əhəmiyyətli dialoq və dəyişiklik üçün tramplin rolunu oynayıb.
Fəaliyyətə keçmək üçün aydın çağırış
İştirakçılar açıq şəkildə fəaliyyətə keçməyə çağırış edərək rəqəmsallaşma prosesinə hazırlığın təkmilləşdirilməsi və səmərəli idarəetmə sistemlərinin yaradılması üçün qlobal səylərin gücləndirilməsinə səsləyiblər. Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin formalaşdırılması kollektiv öhdəlikdən və inklüziv qlobal əməkdaşlıqdan asılıdır.
Rəqəmsal infrastruktur və bacarıqlar sahəsində liderlər təkmilləşdirilmiş rəqəmsal infrastruktur, bağlantı, bacarıqlar və normativ-hüquqi bazalar vasitəsilə ən az inkişaf etmiş ölkələrin hüquq və səlahiyyətlərinin artırılmasına təcili ehtiyacın olması barədə razılığa gəliblər.
Məlumatların idarə edilməsi ilə bağlı ekspertlər bərabər giriş imkanı, ortaq faydalar və innovasiyalarla insan hüquqları və sosial hüquqların qorunması arasında balansın təmin edilməsi məqsədilə məlumatların, rəqəmsal platformaların və süni intellekt kimi texnologiyaların idarə edilməsinə qlobal yanaşmanın zəruriliyini vurğulayıblar.
Ətraf mühitin dayanıqlığı mövzusunda müzakirələrdə cihazların istehsalında innovasiyaların tətbiqi, tullantıların daha yaxşı idarə edilməsi və istehlakçıların məlumatlılığının artırılması və bərpa olunan enerji mənbələrinə cəld keçid vasitəsilə rəqəmsal iqtisadiyyatın ətraf mühitə təsirinin azaldılmasının vacibliyi vurğulanıb.
Qadınların hüquq və imkanlarının artırılması mövzusunda iştirakçılar rəqəmsal iqtisadiyyatda qadın sahibkarların dəstəklənməsinə təcili ehtiyacın olduğunu, xüsusilə də onların maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılmasına və qərar qəbul etmə proseslərinə fəal cəlb olunmasına diqqət yetiriblər.
Əlavə məlumat
“UNCTAD elektron həftəsi qlobal səylərə, xüsusilə BMT-nin 2024-cü il Gələcəyin Sammitinə hazırlıq məqsədilə açıq, azad və təhlükəsiz rəqəmsal gələcəyin təşviqi üçün hazırda icra olunan BMT-nin Qlobal Rəqəmsal Kompası prosesinə töhfə verə biləcək ideyalar və fəaliyyətlər yaratmaq üçün konstruktiv və inklüziv dialoq platformasıdır. Tədbir İsveçrə hökumətinin və digər donorların, eləcə də UNCTAD-ın rəhbərlik etdiyi Hər kəs üçün elektron ticarət təşəbbüsünün tərəfdaşlarının dəstəyi ilə təşkil olunub və birgə bəyannamənin qəbulu ilə yekunlaşacaq. Tədbirlə bağlı son yenilikləri sosial şəbəkələrdə #UNCTADeWeek 2023 heşteqindən istifadə etməklə izləmək olar.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.