Gənclər üçün iştirak imkanı! Avropa Təlim Fondunun #MySkills4You kampaniyası start götürüb
Tarix: 06/01/24
Şərq Tərəfdaşlığı (ŞT) regionundan olan gənclər #MySkills4You kampaniyası vasitəsilə Avropa Bacarıqlar İli çərçivəsində təşkil olunacaq müzakirələrə töhfə verməyə dəvət olunurlar. Bu baxımdan Avropa Təlim Fondu (ETF) 4 dekabr 2023-cü il tarixində #MySkills4You təşəbbüsünə start verib. Məqsəd Avropanın Şərq və Cənub Qonşuluğu ölkələrində və Qərbi Balkanlarda gənclərin səsini ucaltmaq və onların rəqəmsal texnologiyalar sahəsində səlahiyyətlərinin artırılmasına töhfə verməkdir. Instagram sosial platformasında dinamik videoçarxların yayımlanmasının nəzərdə tutulduğu bu kampaniyada gənclərin öz ölkələrində əsas rəqəmsal bacarıqlarının inkişafı perspektivləri və bu regionlarda bacarıqlara sərmayələrin yatırılmasının əhəmiyyəti ön plana çəkilir.
#MySkills4You təşəbbüsü fundamental suallara cavab tapmaq məqsədi daşıyır:
Gənclər hansı bacarıqların ən vacib olduğunu düşünür?
Bacarıqların inkişafını dəstəkləmək üçün yaşadıqları ölkələrdə hansı işlər görülür?
Avropa Təlim Fondu yaşadıqları ölkələrdə rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslərlə bağlı 16-28 yaş arası fərdi şəxslərin rəylərini öyrənib. Gənclər bu təşəbbüsə Avropa Komissiyasının Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratı (DG NEAR) ilə birgə Gənc Avropa səfirləri və Aİ-nin Şərq, Cənub Qonşuluğu ölkələrindən və Qərbi Balkanlardan olan EU Jeel Connectors şəbəkələri vasitəsilə cəlb olunurlar.
2024-cü ilin aprel ayına qədər davam edəcək kampaniya çoxlu sayda müxtəlif bacarıqlı və istedadların gənclərin üzə çıxarılmasına və müvafiq regionda bacarıqların inkişafını əks etdirən hərtərəfli mənzərənin əldə olunmasına yönəlib. Məsələn, aşağıdakı mövzulara həsr olunmuş videoçarxlar hazırlanıb: Moldovada verilənlər haqqında elm üzrə vahid yanaşma; Ukraynada özünü təkmilləşdirmə və rəqəmsal texnologiyalar sahəsində aktiv fəaliyyət; Gürcüstanda kommunikasiyaların və komanda işinin həyati-vacib əhəmiyyəti; Serbiyada transformativ dəyişiklik üçün rəqəmsal dayanıqlıq; Monteneqroda yerli icmaların səlahiyyətləndirilməsi üçün yaradıcı İT bacarıqlarının təşviqi; Misirdə gənclərin səlahiyyətləndirilməsi üçün ictimai nitq və rəqəmsal liderlik; və Azərbaycanda və Ermənistanda balanslaşdırılmış ictimai nitq və STEM üzrə advokasi nümunələri.
Təşəbbüs çərçivəsində müxtəlif rəqəmsal bacarıqlar diqqət mərkəzində olacaq. Buraya verilənlər haqqında elm, STEM üzrə advokasi və yaradıcı İT bacarıqları daxildir. Təşəbbüsə qoşulacaq gənclərlə birgə daha uyğunlaşdırılmış, rəqəmsal texnologiyalar baxımından daha ixtisaslaşmış və qarşılıqlı əlaqələndirilmiş gələcək üçün işlər görüləcək.
#MySkills4You təşəbbüsü #MySkills4You heşteqindən istifadə etməklə rəqəmsal bacarıqların inkişafına töhfə vermək istəyən hər kəsin üzünə açıqdır.
Avropa Bacarıqlar İli rəqəmsal və yaşıl texnologiyalar üzrə bacarıqları diqqət mərkəzində saxlamaqla Avropa İttifaqındakı bacarıqlar sahəsindəki boşluğu aradan qaldırmaq və Aİ-nin bacarıqlara dair strategiyasını gücləndirmək məqsədi daşıyır.Avropa Təlim Fondu (ETF) Avropa İttifaqının qonşu ölkələrdə təhsil, təlim və əmək bazarı sistemlərində islahatların aparılmasında dəstək verən bir qurumudur. Hazırda bu fond əsasən Aİ-nin genişlənmə və qonşuluq siyasəti çərçivəsində 28 tərəfdaş ölkə ilə əməkdaşlıq edir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.