EU4Digital keyfiyyətli ictimai məlumatlar üçün məlumatların idarə edilməsi haqqında strategiyalar ilə bağlı fəaliyyətlərə start verib
Tarix: 09/01/24
Müxtəlif sektorlarda elektron xidmətlər, məlumat mübadiləsi, süni intellektdən istifadə və məlumatlara əsaslanan qərarların qəbulunda son yeniliklər etibarlı və əlçatan məlumatların mühüm əhəmiyyət daşıdığını göstərir. Şərq Tərəfdaşlığı regionunda yüksək keyfiyyətli və asanlıqla əldə edilən ictimai məlumatlara artan tələbatı ödəmək üçün EU4Digital proqramı 6 dekabr 2023-cü il tarixində məlumatların idarə edilməsi haqqında strategiyalar ilə bağlı fəaliyyətlərə start verib.
Yeni fəaliyyətlər EU4Digital proqramının Elektron etimad və transsərhəd rəqəmsal xidmətlər tematik sahəsinin bir hissəsidir. Məqsəd məlumatların idarə edilməsi haqqında strategiyalara dair baza yaratmaq və Şərq Tərəfdaşlığı ölkələrinin milli məlumatların idarə edilməsi haqqında strategiyalar üçün hər bir ölkə üçün ayrıca tövsiyələr hazırlamaqdır.
Təqdimat zamanı EU4Digital proqramının komanda üzvləri yeni fəaliyyətin planını, əhatə dairəsini və məqsədlərini təqdim ediblər. Eyni zamanda Aİ və qlobal miqyasda məlumatların idarə edilməsi haqqında strategiyalar sahəsində qabaqcıl təcrübələrin təhlilindən əldə edilən ilkin nəticələr məlumatların idarə edilməsi haqqında strategiyalarda qeyd olunan ümumi prinsiplərin və istifadə hallarının müzakirəsi üçün zəmin yaratmağa kömək edib. Tədbir zamanı Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova nümayəndələri məlumatların idarə olunması ilə bağlı cari milli təşəbbüslər barədə fikirlərini bölüşüblər.
Yeni fəaliyyət sahəsinin gələcək mərhələlərində EU4Digital proqramı əsas diqqəti məlumatların idarə edilməsi strategiyası bazasının işlənib hazırlanmasına və Şərq Tərəfdaşlığı ölkələrində məlumatların idarə edilməsi təcrübəsinin cari vəziyyətinin təhlilinə başlayacaq. Bu, hüquqi, texniki və təşkilati cəhətləri əhatə edəcək.
Bu sahədə qiymətləndirmə hər bir Şərq Tərəfdaşlığı ölkəsində məlumatların idarə edilməsi sahəsindəki boşluqları və çatışmayan komponentləri müəyyən etməyə zəmin yaradacaq. Nəticələr əsasında məlumatların səmərəli şəkildə idarə edilməsi təcrübələrini dəstəkləmək üçün hər bir ölkə üçün ayrıca tövsiyələr hazırlanacaq. Bununla da Şərq Tərəfdaşlığı ölkələri rəqəmsal mühitdə məlumatların idarə olunması ilə bağlı problemləri həll etmək imkanı qazanırlar.
Əlavə məlumat
EU4Digital proqramının Elektron etimad və transsərhəd rəqəmsal xidmətlər tematik sahəsi haqqında daha ətraflı məlumatı onlayn “izahedici materiallardakı” elektron etimad üzrə sual-cavab bölməsində tapa bilərsiniz.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.