Azərbaycanın tədqiqat və təhsil şəbəkəsi olan AzScienceNet RIPE87 tədbirində iştirak edib
Tarix: 02/01/24
Dünyanın hər yerindən internet xidməti provayderləri, telekommunikasiya şirkətləri və şəbəkə operatorlarının nümayəndələri 27 noyabr-1 dekabr 2023-cü il tarixlərində Romada keçirilmiş RIPE87 tədbirinə toplaşıblar. EU4Digital: Tədqiqat və təhsil icmalarının əlaqələndirilməsi (EaPConnect) layihəsinin tərəfdaşı olan AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi Azərbaycanın elm və təhsil ictimaiyyətini bu tədbirdə təmsil edib.
RIPE (Réseaux IP Européens) ictimaiyyətini və daha geniş internet ictimaiyyətini dəstəkləyən RIPE NCC adlı Şəbəkə Koordinasiya Mərkəzi tərəfindən təşkil olunan tədbirə 730-a yaxın iştirakçı onlayn və oflayn formatda qatılaraq bu sahədə olan təcrübələrini, son yenilikləri və qabaqcıl təcrübələri paylaşıblar.
AzScienceNet-in icraçı direktoru Rəşid Ələkbərov və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev tədbirdə iştirak ediblər. Onlar RIPE Şəbəkə Koordinasiya Mərkəzi tərəfindən regional internet registr olaraq Avropa, Orta Şərq və Mərkəzi Asiyanın bəzi hissələrində internet xidməti provayderləri və digər təşkilatlara internet nömrə resurslarının ayrılması üçün istifadə olunan siyasət və prosedurlar haqqında müzakirələrdə fəal iştirak ediblər. Onlar həmçinin cari texniki və siyasətlərlə bağlı məsələləri müzakirə etmək və dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan ekspertlərlə birgə bilik və təcrübə mübadiləsi aparmaq üçün işçi qrupu sessiyalarına qoşulublar. İşçi qrupunun sessiyalarında verilənlər bazası, açıq mənbə, domen adları sistemi, Ipv6 (internet protokol sistemi 6), əşyaların interneti kimi müxtəlif mövzular diqqət mərkəzində olub.
Əlavə məlumat
RIPE88 adlı növbəti tədbir 20-24 may 2024-cü il tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək.
AzScienceNet Azərbaycanın Milli Elmlər Akademiyasının (IIT of ANAS) İnformasiya Texnologiyaları İnstitutunun tərkibində fəaliyyət göstərir.
AzScienceNet və digər tərəfdaşların fəaliyyəti haqqında daha ətraflı məlumatı EaPConnect layihəsinin internet səhifəsində ala bilərsiniz.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.