Elektron çatdırılma həlli vasitəsilə elektron məlumatların mübadiləsinin yeni uyğunlaşdırılmış, təhlükəsiz və etibarlı yolu

  • Tarix: 09/10/20
  • Paylaş:

Rəqəmsal çatdırılma həlli olmadan məlumat mübadiləsi necə olur?

Hal-hazırda hər hansı bir şirkət xaricdə yerləşən tərəfdaşına faktura göndərmək istəyəndə standartlaşdırılmış vasitələrin olmaması səbəbindən həmin faktura kağız formasında nəşr olunur. Bu o deməkdir ki, həmin sənəd çap olunur, imzalanır və göndərilir. Bəzi hallarda sənədlərin skan olunmuş versiyası çap olunmuş sənədi müşayiət edir.

Təcrübə göstərir ki, vahid struktur və təhlükəsiz rəqəmsal həllin olmaması baxımından məlumat və sənədlərin bu tip mübadiləsində çoxlu sayda çatışmazlıq və fəsadlar mövcuddur.

  • Əlavə maliyyə və insan resursları yükü:  Məlumat mübadiləsi prosesinə cəlb olunan tərəflər, informasiya sistemləri arasında ikitərəfli əlaqə yaratmaq üçün zaman və maliyyə, o cümlədən əlavə insan kapitalı sərf etməlidirlər.
  • Saysız-hesabsız gecikmələr: çap sənədlər vasitəsilə məlumat mübadiləsi çoxlu sayda gecikmələrə səbəb olur, çap olunmuş sənədlərin alınmasında gecikmələr öz növbəsində əmək haqlarının gec verilməsinə, məhsulların göndərilməsinin yubanmasına və gəlirlərin potensial itkisi ilə nəticələnir.
  • Məlumat və müəssisələr təhlükəyə məruz qalırlar: Təhlükəsiz rəqəmsal həllin olmadığı e-poçt vasitəsilə məlumatların mübadiləsi həm mübadilə olunan məlumatların, həm də bütöv müəssisənin təhlükəyə məruz qalması deməkdir.

Hansı alternativ çıxış yolları var?

Aİ artıq çap sənəd əsaslı məlumat mübadiləsinin problemlərə səbəb olduğunu müəyyən edilmişdir. Bu da Avropa Komissiyasını “Connecting Europe” proqramının Elektron çatdırılma üzrə mühüm komponentini hazırlamağa sövq etmişdir. Bu yeni həllin məqsədi, özəl və dövlət müəssisələrinə sərhədlər və sektorlararası elektron məlumatların uyğunlaşdırılmış, təhlükəsiz, etibarlı və etibar olunan yolla mübadiləsinə kömək etməklə rəqəmsal dövlət xidmətlərinin çatdırılmasına şərait yaratmaqdır. Elektron çatdırılma həlli istifadə edən bütün tərəflər standart nəqliyyat protokollarından və təhlükəsizlik siyasətlərindən istifadə etməklə şəbəkədə kəsişmə nöqtəsinə çevrilir.

Bu günə qədər dünya üzrə 35-dən artıq ölkə 600-dən artıq Elektron çatdırılma giriş nöqtəsi ilə layihəyə qoşulmuşdur. Bəzi ölkələr hətta Elektron çatdırılma həllini yerli səviyyədə müxtəlif sektorlarda tətbiq etməyə çalışırlar, məs, Danimarka və Norveçdə qanunla dövlət satınalmaları zamanı dövlət qurumlarına elektron fakturaların göndərilməsi tələb olunur.

Üstəlik, özəl və dövlət qurumları tərəfindən mübadilə olunan sənədlərin həcminin əhəmiyyətli dərəcədə artması da Elektron çatdırılma həllinin əhəmiyyətini göstərir. “Connecting Europe” proqramının məlumatına əsasən, son beş ildə Elektron çatdırılma vasitəsilə mübadilə olunan sənədlərin sayı 2015-ci ilin 3-cü rübündə 5 milyon sənəd təşkil etdiyi halda, 2020-ci ilin 2-ci rübündə 405 milyona qədər yüksəlmişdir. Mübadilə olunan sənədlərin sayının daha da artacağı gözlənilir. 

Elektron çatdırılma pilot layihəsi – ŞT üçün iştirak imkanı

EU4Digital proqramı həmçinin transsərhəd elektron məlumat mübadiləsinin çətinliklərini təhlil edir. Mövcud çatışmazlıqların aradan qaldırılmasına kömək etmək məqsədilə Ukrayna və Polşadan olan iş ortaqları arasında Elektron çatdırılma pilot həlli vasitəsilə faktura məlumat mübadiləsinin sınaqdan keçirilməsi planlaşdırılır.

Pilot layihədə iştirak edən şirkətlər, standartlaşdırılmış faktura məlumatlarını Elektron çatdırılma kanalı vasitəsilə mübadilə edəcəklər və paralel olaraq adi qaydada fakturalar hazırlayacaqlar. Lazımi proqram icarəyə götürülmüş bulud platformasında quraşdırılacaq. Pilot layihənin 2020-ci ilin oktyabr-noyabr aylarında həyata keçirilməsi planlaşdırılır. Pilot layihənin müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmək üçün aşağıdakı tərəflər cəlb

edilmişdir:

Peppol sınaq Elektron çatdırılma şəbəkəsi Elektron çatdırılma pilot həlli vasitəsilə məlumat mübadiləsi üzrə bir sıra ümumi biznes proseslərinin və texniki standartların yaradılması üçün istifadə olunacaq. Xüsusilə də elektron fakturalar üzrə Peppol BIS Billing 3.0 standartı tətbiq ediləcək. Bu standart, həmçinin Avropa elektron faktura sisteminə uyğundur və bu səbəbdən hər hansı bir faktura BIS ilə uyğundursa, eyni zamanda elektron faktura üzrə Aİ-nin 2014/55 saylı Direktivinə uyğun hesab edilir.

Qeyd etmək lazımdır ki, tərəflər Peppol Elektron çatdırılma şəbəkəsinə qoşulduqdan sonra, Aİ-də və onun hüdudlarından kənarda şəbəkə üzvləri ilə elektron məlumat mübadiləsindən yararlanmaq imkanı qazanırlar.

EU4Digital proqramı tərəfindən idarə olunan Elektron çatdırılma pilot təşəbbüsünün bir neçə məqsədi var:

  • Aİ-nin transsərhəd elektron məlumat mübadiləsi üzrə qabaqcıl təcrübələrini Şərqi tərəfdaşlıq ölkələrində tətbiq etmək;
  • İştirakçı şirkətlərin Elektron çatdırılma vasitəsilə mübadilə edilmiş faktura məlumatlarını göndərmək və qəbul etmək qabiliyyətini sınaqdan keçirmək;
  • Faktura məlumatlarının Elektron çatdırılma kanalı vasitəsilə mübadiləsi üçün başlanğıc çıxış nöqtəsi təyin etmək və sınaqdan keçirmək, daha sonra isə pilot layihə formatında sınaqdan keçirilən Elektron çatdırılma həllini milli səviyyədə həyata keçirmək üçün lazımi hüquqi, təşkilati və texniki dəyişikliklər barədə əlavə tövsiyələr təmin etmək.

Gələcəkdə hansı işlərin görülməsi planlaşdırılır?

EU4Digital proqramının mütəxəssislər qrupu pilot layihənin uğurla icrasına başlamaq üçün zəruri hazırlıq tədbirlərinin başa çatdırılması üçün fəal şəkildə çalışır. Ukrayna və Polşa arasında Elektron çatdırılma pilot həlli 2020-ci il oktyabrın 9-da istifadəyə verilib.

Bundan əlavə, pilot layihənin Şərq Tərəfdaşlığı ölkələri arasında genişləndirilməsi də nəzərdə tutulur.

Elektron çatdırılma pilot həllinin sadəcə faktura məlumatlarının rəqəmsal kanallar vasitəsilə mübadiləsinin texniki sınağı ilə əlaqəli deyil. O, standartlar, proseslər, qanunvericilik və hətta təşkilati struktur daxil olmaqla daha geniş bir ekosistemə təsir edir. Bütün proses ərzində EU4Digital proqramının xüsusi qrupu Şərqi tərəfdaşlıq ölkələrində Elektron çatdırılma həllinin tam miqyaslı tətbiqini yaxşılaşdırmaq üçün lazımi dəstək və vasitələr təmin edəcək. Buna görə də EU4Digital, bütün Şərqi tərəfdaşlıq ölkələri üçün əlverişli olan lazımi hüquqi, təşkilati və texniki düzəlişlər barədə tövsiyələr hazırlayacaq.

Oxşar məqalələr:Elektron çatdırılma üzrə pilot texnoloji həll istifadəyə verilib