Elektron çatdırılma üzrə pilot texnoloji həll istifadəyə verilib

  • Tarix: 09/10/20
  • Paylaş:

Ukrayna və Polşadan olan seçilmiş şirkətlər arasında Elektron çatdırılma kanalı vasitəsilə faktura məlumatlarının mübadiləsi üzrə pilot texnoloji həll bu gün istifadəyə verilib.

Elektron ticarətə dəstək məqsədi daşıyan fəaliyyətləri çərçivəsində EU4Digital proqramı tərəfindən icra olunan Elektron çatdırılma pilot layihəsi Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında transsərhəd faktura məlumatlarının təhlükəsiz, etibarlı, əlverişli və səmərəli mübadiləsinin təmin edilməsi üçün olduqca vacib işlərdən biri hesab olunur. Avropa Komissiyasının təqdim etdiyi Elektron çatdırılma texnoloji həllin, əlavə maliyyə xərcləri, ləng və müəssisələr üçün etibarlı olmayan məlumatlar toplusu kimi cari standartdan kənar kağız əsaslı məlumat mübadiləsinin əsas çatışmazlıqlarını aradan qaldıracağı nəzərdə tutulub.

Layihədə Ukrayna bazarında mühüm yerə malik iri şirkətlər iştirak edir:

  • Kernel – günəbaxan yağı istehsalında aparıcı və ən böyük şirkətlərdən biridir və kənd təsərrüfatı məhsullarının ən böyük təchizatçısıdır.
  • Premier Food – inteqrasiya olunmuş ictimai qida xidmətlərinin təminatında və keyfiyyətli ət və süd məhsullarının təchizatında ən böyük yerli şirkətdir.

Elektron çatdırılma pilot həllin potensialını və əhəmiyyətini nəzərə alaraq Ukraynada elektron məlumatların qarşılıqlı mübadiləsi (EDI) sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biri olan EDIN (Premier Food şirkətinin EDI provayderi olan) layihəyə qoşulmaq və pilot hazırlıq fəaliyyətlərinə dəstək vermək qərarına gəlib.

Polşalı həmkarları ilə fakturaların rahat  mübadiləsini təmin etmək məqsədilə Elektron çatdırılma layihəsi üçün Giriş nöqtəsi təminatçısı olan sertifikatlaşdırılmış PeppolEdison S.A. Polşa tərəfindən layihəyə qoşularaq məlumatların mübadiləsinə dəstək vermək ilə bağlı razılığa gəlib. Ukraynada artıq ilk Peppol Elektron çatdırılma Giriş nöqtəsi yaradılıb və Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi yanında fəaliyyət göstərən State Enterprise “DIIA” tərəfindən idarə olunur. Pilot həllin iş prinsipi nədir? Layihədə iştirak edən transsərhəd ticarət tərəfdaşları Peppol Elektron çatdırılma şəbəkəsində faktura məlumatları mübadilə edəcəklər. Ukrayna və Polşa şirkətləri Elektron çatdırılma texnoloji həldən istifadə edərək fakturaların tərtib olunması zamanı standartlaşdırılmış faktura məlumatlarını mübadilə edə bilsələr pilot layihə uğurlu hesab olunacaq. Bundan sonra EU4Digital proqramı, sözügedən həllin milli səviyyədə tam miqyaslı tətbiqi üçün lazımi hüquqi, təşkilati və texniki düzəlişlər barədə tövsiyələr hazırlayacaq.

Daha çox öyrən: Elektron çatdırılma nədir, Şərq Tərəfdaşlığı ölkələri üçün hansı əhəmiyyətə malikdir və EU4Digital bu istiqamətdə hansı işlər görür?