Burada 2020-ci ilin 9-10 iyun tarixlərində keçirilmiş “EU4Digital: elektron ticarət şəbəkəsi” adlı 8-ci onlayn seminarın iştirakçıları tərəfindən müzakirə olunan bir sıra köməkçi materiallar təqdim olunub. Sözügedən seminar COVID-19 pandemiyası səbəbindən videokonfrans formatında təşkil olunub. Seminarın əsas məqsədi aşağıdakı məsələləri şəbəkənin işçi qruplarına təqdim etdikdən sonra müzakirəyə çıxarılması olub:
- Elektron ticarət sahəsində ümumi dəyişikliklər
- Qanunvericilikdə dəyişikliklər
- Aİ-nin rəqəmsal logistika üzrə gələcək fəaliyyətindəki dəyişikliklər və bu sahədə tövsiyələr
- Təhlilin nəticələri və elektron çatdırılma, elektron gömrük və Rəqəmsal nəqliyyat dəhlizi (RND) ilə bağlı fəaliyyətlərdə seçilmiş pilot layihələr
- Elektron kommersiya fəaliyyətində irəliləyiş, ilkin nəticələr və növbəti addımlar
İştirakçılar
Seminarda iştirak edən EU4Digital proqramının ekspert qrupu və tərəfdaş ölkələrin maraqlı tərəfləri təcrübə mübadiləsi aparmaq imkanı qazanıblar.
İştirakçılara daxildir:
- Avropa Komissiyası (DG TAXUD, DG CONNECT) və Aİ-nin Elektron logistika sahəsi üzrə ekspertləri;
- EU4Digital təşəbbüsünün elektron ticarət şəbəkəsinin nümayəndələri;
- Rəqəmsal bazarların uzlaşdırılması (RBU) üzrə Şərqi tərəfdaş ölkələrindən olan əlaqələndiricilər;
- Vətəndaş cəmiyyəti forumunun elektron ticarət üzrə ekspertləri;
- Elektron çatdırılma, elektron gömrük, elektron kommersiya, RND sahələrində işçi qruplarının üzvləri;
- EU4Digital proqramının yüksək səviyyəli ekspertləri;
- EU4Digital proqramının Şərqi tərəfdaş ölkələri üzrə əlaqələndiriciləri.
Gündəlik
Tədbirin gündəliyi iki gün üçün nəzərdə tutularaq növbəti mövzuları əhatə etmişdir: EU4Digital təşəbbüsünün elektron ticarət sahəsində qeydə aldığı dəyişikliklər (1-ci gün) və EU4Digital proqramının irəliləyişləri, məs, elektron çatdırılma, elektron gömrük, elektron kommersiya və Rəqəmsal Nəqliyyat Dəhlizi (2-ci gün). Hər bir sessiyanın ardından Şərqi tərəfdaş ölkələrinin nümayəndələri çıxış edərək öz fikirlərini bildiriblər.
Tədbirin nəticəsi
Rəqəmsal bazarların uzlaşdırılması EU4Digital proqramının əsas məqsədlərindən biridir və bu məqsədə çatmaq üçün Aİ və Şərqi tərəfdaş ölkələr arasında əməkdaşlıq çox vacib əhəmiyyət daşıyır. O EU4Digital proqramının irəliləyişlərini, problemləri, fikir mübadiləsi və qabaqcıl təcrübələrin mübadiləsi, həm Aİ, həm də Şərqi tərəfdaş ölkələrin vətəndaşlarına müsbət təsir edəcək elektron ticarət sahəsində gözəçarpan nəticə əldə etməyə kömək edir.
Material
Materiallara EU4Digital proqramının elektron çatdırılma, elektron gömrük, elektron ticarət və Rəqəmsal Nəqliyyat Dəhlizi (RND) sahəsindəki son irəliləyişlər daxildir.
Elektron çatdırılma:
- Giriş slaydlar;
- Elektron çatdırılma pilot layihəsinin təhlili;
- Pilot ölkələrin iştirakı ilə elektron çatdırılma üzrə pilot layihənin həyata keçirilməsi planı;
- Pilot ölkələr üzrə fəaliyyət planı tədbirləri;
- Transsərhəd elektron ticarət sahəsi üzrə qanunvericilikdə olan boşluqların təhlilinə dair hesabat və tövsiyələr.
Elektron gömrük:
- Giriş slaydlar
- Mövcud gömrük məlumat mübadiləsi üzrə texnoloji həllərin təhlili. O hazırda Qərbi Balkanlarda və Aİ-də gömrük orqanları tərəfindən istifadə olunan ən populyar və qabaqcıl texnoloji həlləri müqayisə edir və elektron gömrük üzrə pilot fəaliyyəti üçün ən uyğun olan həlli müəyyənləşdirir.
- Ölkənin seçdiyi texnoloji həllin təhlili. Təhlil Şərq tərəfdaş ölkələrində gömrük məlumat mübadiləsinin hazırkı vəziyyətini və pilot elektron gömrük fəaliyyəti üçün potensial ölkə cütlükləri ilə bağlı mülahizələri əhatə edir (ölkə cütlüklərinin ilkin siyahısı dəyişə bilər).
Elektron kommersiya:
- Giriş slaydlar
- Aİ-də elektron ticarətin əsas parametrləri. Əsas parametrlərdə nəzərdən keçirilən cəhətlər tərəfdaş ölkələrdə bu araşdırma ərzində tədqiqatın əsasını təşkil edir.
RND:
- Giriş slaydlar
- Baltik və Qara dənizləri arasında Rəqəmsal multi-modal nəqliyyat dəhlizi üzrə pilot layihənin icrasına hazırlıq, o cümlədən:
- RND üzrə fəaliyyətlərə dair ölkə üzrə görülən işlərin gedişatı
- Aİ-nin istiqamət və qabaqcıl təcrübələri
- RND konsepsiyası
- Şərqi tərəfdaş ölkələrində RND-nin icrasına dair yol xəritəsi
- Canlı laboratoriyaların siyahısı
- RND-nin icrasına dair göstərici yol xəritəsi.
Köməkçi materiallara aşağıdakılar daxil olmaqla, tədbir zamanı təqdim olunan slaydlar daxildir:
- Aİ-də elektron ticarət sahəsi üzrə ən son və vacib təşəbbüslər
- Elektron ticarətlə bağlı gömrük qanunvericiliyindəki son dəyişikliklər
- Yük daşımalarının elektron tənzimlənməsi və müəssisələr və dövlət idarələri arasında elektron məlumat mübadiləsi haqqında ən son məlumatlar.
- Rəqəmsal Nəqliyyat və Logistika Forumundan logistika sahəsinə dair ən son tövsiyələr
- Qlobal Birgə Logistika – Elektron çatdırılmanın təkrar istifadəsi və universal işgüzar dilin tətbiqi
Tədbirin gündəliyi ilə bağlı əlavə məlumat və dəqiqləşdirmələr üçün İqor Mixaylovski ilə əlaqə saxlayın (mia@ipps.by).