-
29/05/2023
Startap körpüsü: Şərqlə Qərbin qovuşması
Şəbəkə tədbirində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan ən perspektivli startaplara və ekosistemin digər nümayəndələrinə siz də qoşulun. "Startap körpüsü: Şərqlə Qərbin qovuşması" adlı tədbir EU4Digital və "Expertise France" tərəfindən Şərq Tərəfdaşlığı (ŞT) regionu startap ekosistemində inkişaf və tərəfdaşlıq naminə startapları Fransanın mötəbər investorları və sürətləndiricilərini bir araya gətirəcək.
Daha çox oxu -
06/04/2023
EU4Digital və INATBA Şərq Tərəfdaşlığı regionunda blokçeyn sahəsinin inkişafını və beynəlxalq əməkdaşlığı dəstəkləyir
30 mart 2023-cü il tarixində EU4Digital təşəbbüsünün İKT və innovasiyalar komandası Şərq Tərəfdaşlığı (ŞT) regionunda blokçeyn ekosisteminin inkişafına dəstək üçün onlayn şəbəkə tədbiri keçirib. Blokçeyn assosiasiyaları, innovasiya ekosisteminin əsas iştirakçıları, eləcə də ŞT ölkələrinin hökumət orqanlarının nümayəndələri Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqlərinin Assosiasiyası (INATBA) və onun əsas və əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Daha çox oxu -
31/03/2023
EU4Digital Şərq Tərəfdaşlığı KOB-larını rəqəmsal texnologiyalar sahəsində dəstəkləyəcək “EdTech Hub” proqramı üçün tərəfdaşlar axtarır
EU4Digital təşəbbüsünün "EdTech Hub" proqramı potensial tərəfdaşlar axtarışındadır. Bu proqram çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğun veb əsaslı və istifadəsi asan kursların təqdim olunduğu rəqəmsal təlim platforması istifadəyə verilib. Martın 9-da EU4Digital İKT və İnnovasiyalar Forumu 2023-dən sonra icra olunmağa başlayan EdTech Hub proqramı Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon vətəndaşın və 500 000 KOB-un rəqəmsal texnologiyalar üzrə səlahiyyələndirilməsini nəzərdə tutur.
Daha çox oxu -
30/03/2023
EU4Digital İKT və İnnovasiyalar Forumu rəqəmsal texnologiyalar sahəsində təhsilin əhəmiyyətinə həsr olunub
EU4Digital İKT və İnnovasiyalar Forumu - 2023 sahibkarlıq müəssisələrinin post-sənaye dövrü, rəqəmsal cəmiyyətə daha yaxşı hazır olmaları ilə bağlı mühüm məsələlərə həsr olunub. Martın 9-da 100-dən artıq şəxsin qatıldığı İkinci İllik İnnovasiyalar Forumu keçirilib. Tədbirdə Şərq Tərəfdaşlığı (ŞT) regionunda startaplar və kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) rəqəmsal bacarıqların artırılmasının vacibliyi vurğulanıb. Tədbir zamanı yenicə fəaliyyətə başlamış EU4Digital Təhsil texnologiyaları mərkəzi (EdTech Hub) platformasının fəaliyyəti daxil olmaqla, Aİ və Şərq Tərəfdaşlığı regionundakı müxtəlif siyasət və dəstək təşəbbüsləri haqqında məlumat verilib.
Daha çox oxu