16 iyun 2023-cü il tarixində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan ən perspektivli startapların və Fransa ekosistemi nümayəndələrinin iştirakı ilə keçiriləcək şəbəkə tədbirinə siz də qatılın. “Startap körpüsü: Şərqlə Qərbin qovuşması” adlı tədbir Şərq Tərəfdaşlığı (ŞT) regionu startap ekosistemində inkişaf və tərəfdaşlıq naminə startapları Fransanın mötəbər investorları və sürətləndiriciləri ilə bir araya gətirəcək. Məqsədi: …
2023-cü il mayın 3-də Elektron etimad şəbəkəsinin təşkil etdiyi virtual tədbirdə elektron identifikasiya (eID) və etimad xidmətləri sahəsində görülən işlər və gələcək fəaliyyətlər diqqət mərkəzində olub. EU4Digital proqramı bu tədbiri Şərq Tərəfdaşlığı ölkələrində elektron etimad və transsərhəd rəqəmsal xidmətlər sahəsində həyata keçirilən fəaliyyətləri nəzərdən keçirmək məqsədilə təşkil edib. Tədbirə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan …
2023-cü il aprel ayının 27-də EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi elektron səhiyyənin inkişafı strategiyası və transsərhəd elektron səhiyyə xidmətinin pilot tətbiqinə həsr olunmuş virtual tədbir keçirib. Bu, 2023-cü ildə əməkdaşlığın gücləndirilməsi məqsədilə keçirilməsi planlaşdırılan silsilə tədbirlərin birincisi olmaqla Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyənin inkişafı üçün konstruktiv əməkdaşlığın əsasını qoyub. Tədbirdə beş Şərq Tərəfdaşlığı ölkəsinin elektron …
Hər il bütün yaş dövründə olan və müxtəlif tarixçəyə malik şəxslər arasında rəqəmsal texnologiyalar sahəsində savadlılığın və kodlaşdırma bacarıqlarının əhəmiyyətini vurğulayan Aİ-nin Kodlaşdırma Həftəsi keçirilir. İstənilən şəxs hər hansı tədbirə qoşula və özü təşkil edə bilər. Tədbirlər bütün il boyunca keçirilir, amma iki həftə xüsusilə Kodlaşdırma Həftəsi üçün ayrılıb. Bu il Kodlaşdırma Həftəsinin 7-22 oktyabr …
30 mart 2023-cü il tarixində EU4Digital təşəbbüsünün İKT və innovasiyalar komandası Şərq Tərəfdaşlığı (ŞT) regionunda blokçeyn ekosisteminin inkişafına dəstək üçün onlayn şəbəkə tədbiri keçirib. Blokçeyn assosiasiyaları, innovasiya ekosisteminin əsas iştirakçıları, eləcə də ŞT hökumətləri orqanlarının nümayəndələri Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqlərinin Assosiasiyası (INATBA) və onun əsas tərəfdaşlıqları və əməkdaşlıq imkanlarını müzakirə ediblər. 30-a yaxın ŞT təşkilatını, o cümlədən normativ-hüquqi …
Transsərhəd elektron kommersiya və elektron etimad xidmətlərinin inkişafı qonşu ölkələr və Aİ ilə ticarəti inkişaf etdirmək istəyən Şərq Tərəfdaşlığı ölkələrindəki müəssisələr üçün son dərəcə faydalı ola bilər. Son bir neçə ay ərzində EU4Digital proqramı elektron kommersiya, elektron çatdırılma və elektron imza üzrə texnoloji həlləri sınaqdan keçirmək üçün bir sıra pilot layihələr həyata keçirib. Bu da …
Altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) birində yaşayırsınızsa, Avropa İttifaqının EU4Digital təşəbbüsünün köməyilə rəqəmsal texnologiyalar tezliklə həyatınızı dəyişəcək. Son üç il ərzində EU4Digital proqramı regionda biznes və cəmiyyətə gözəçarpan təsir göstərəcək bir sıra fəaliyyətlərin və pilot layihələrin müəyyən edilməsi, işlənib hazırlanması və həyata keçirilməsi üçün çalışır. EU4Digital proqramı tezliklə regionda …
Rəqəmsal texnologiyalara keçid ölkələrin iqtisadi mənzərəsini sürətlə dəyişir. COVID-19 pandemiyası ilə daha da sürətli hal alan bu tendensiya bir çox təşkilatın, kiçik və orta müəssisənin (KOB) və hətta dövlət qurumlarının rəqəmsal transformasiyasını asanlaşdırır. Eyni zamanda, pandemiya təkmilləşdirilməsi tələb olunan rəqəmsal iqtisadiyyat və cəmiyyət sahələrini, xüsusilə də müvafiq rəqəmsal bacarıqların əhəmiyyətini ön plana çəkmişdir. Ölkələrin pandemiyadan …
Regional Rouminq Razılaşmasına əsasən yaxın bir neçə ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq qiymətlərinin 90%-ə qədər ucuzlaşması gözlənilir. Bu ilin sonunda imzalanacaq və 2022-ci ildə qüvvəyə minəcək razılaşma EU4Digital Təşəbbüsü tərəfindən dəstəklənir. İmzalanacaq razılaşma Avropa İttifaqının rouminqin tənzimlənməsinə dair təcrübəsinə və olduqca uğurlu “Evdəki kimi rouminq” razılaşmasına əsaslanır. Avropa Komissiyasının DG NEAR direktor müavini Katarina …
EU4Digital proqramı 2020-ci il iyul ayının 13-də Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyaların yaradılması və idarə edilməsi mövzusunda virtual təlim təşkil edir. Təlimin məqsədi iştirakçıları milli koalisiyaların yaradılması və idarə edilməsində Aİ-nin qabaqcıl təcrübələri ilə tanış etmək, eləcə də Şərqi tərəfdaş ölkələrində milli koalisiyalar yaratmaq üçün tövsiyə və prinsipləri müzakirə etməkdir. Təlim aşağıdakıları məsələləri …