-
22/03/2024
Aİ-nin qabaqcıl təcrübələrinə əsasən özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat
EU4Digital proqramının ekspertləri tərəfindən Telekommunikasiya qaydaları bölməsinin fəaliyyətləri çərçivəsində Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanaraq özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat hazırlanıb. Hesabatın əsas məqsədi özəl 5G şəbəkələrinin yaradılması üçün biznes sektorunda istifadə hallarını müzakirə etmək, həmçinin tezliklərin bölüşdürülməsində Aİ-yə üzv dövlətlərin əldə etdikləri təcrübəni bölüşməkdir.
Daha çox oxu -
08/02/2024
EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri
“EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri” adlı hesabat EU4Digital “DESI Sürətləndirmə proqramı” çərçivəsində hazırlanan Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) tətbiqində Şərq Tərəfdaşlığı ölkələri üçün strateji plan rolunu oynayır.
Daha çox oxu -
22/01/2024
EU4Digital proqramının II mərhələsi – ictimaiyyət üçün 2-ci yarımillik hesabat
Bu hesabatda EU4Digital proqramının II mərhələsinin ikinci hesabat dövrü (yanvar 2023 - iyun 2023) ərzində həyata keçirilən fəaliyyətləri əks olunub. Hesabatda sözügedən dövr ərzində altı tematik istiqamət çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub. Sənəddə həmçinin siyasətlərlə bağlı əsas məqamlar qeyd olunub.
Daha çox oxu -
08/12/2023
Şərq Tərəfdaşlığı ölkələrində startap ekosisteminin qurulması və qiymətləndirilməsi: Yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya konsepsiyası, ekosistemin yetkinliyinin təhlili və tövsiyələr
2023-cü ildə hazırlanan bu hesabatda yüksək fəaliyyət göstəricilərinə malik startapların inkubasiyası konsepsiyası müəyyənləşdirilib və Şərq Tərəfdaşlığında innovasiya ekosistemində mövcud iştirakçılar təhlil edilib. Sənəddə EU4Digital proqramının İKT və innovasiyalar tematik sahəsi çərçivəsində həyata keçirilən tədqiqatın metodologiyası, məqsədləri və nəticələri ətraflı şəkildə qeyd olunub və Şərq Tərəfdaşlığı ölkələrində ekosistemin fəaliyyət göstəricilərini artırmaq üçün tədbirlər və prioritetlər üzrə tövsiyələr verilib.
Daha çox oxu -
22/11/2023
Elektron səhiyyə
Rəqəmsallaşma tibbi xidməti daha səmərəli, dəqiq və əlçatan edə bilər. Şərq Tərəfdaşlığı ölkələrinə elektron səhiyyə xidmətlərini digər ölkələrin səhiyyə xidmətləri ilə inteqrasiyasına kömək etmək məqsədilə EU4Digital bu regionda rəqəmsal səhiyyə sisteminin uyğunlaşdırılmasını dəstəkləyir. Bu 59 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsinin fəaliyyətlərinin bu hədəfləri necə dəstəklədiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
İKT və innovasiyalar
Hər bir biznes inkişaf edən inovasiya ekosistemindən asılıdır. Şərq Tərəfdaşlığı ölkələri startaplar və investorlar üzrə ekosistemin gücləndirilməsində EU4Digital proqramının dəstəyinə güvənirlər. Bu 50 saniyəlik videoçarxda İKT və inovasiyalar şəbəkəsinin müxtəlif fəaliyyətlərinin bu dəstəyə necə töhfə verdiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
Elektron etimad
Rəqəmsallaşma dövründə elektron identifikasiya (eİD) və etimad xidmətləri milli sərhədlər daxilində və bu sərhədlərdən kənarda tətbiq edilməlidir. EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal xidmətlərə transsərhəd çıxışı birləşdirmək ilə bağlı hədəfə çatmağını dəstəkləyir. Bu 61 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron etimad şəbəkəsinin bu dəstəyi necə təmin etdiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
Elektron ticarət
Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqına daxil ölkələr ilə biznes əlaqələrini sadə və təhlükəsiz etməklə bu əlaqələri necə gücləndirə bilərlər? EU4Digital proqramının Elektron kommersiya şəbəkəsi ekosistemi, qanunvericiliyi, standart və iş təcrübələri uyğunlaşdırmağa yönəlmiş fəaliyyəti bu hədəfi dəstəkləyir. Bu 58 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron ticarət şəbəkəsinin bütün fəaliyyətlərinin rəqabətin və rəqəmsal iqtisadiyyatın təkmilləşdirilməsinə necə töhfə verdiyi izah olunur.
Daha çox oxu -
22/11/2023
Telekommunikasiya qaydaları
Dayanıqlı iqtisadi inkişaf üçün Şərq Tərəfdaşlığı ölkələrində sərfəli bağlantı tələb olunur. EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsi bu hədəfə müxtəlif növ fəaliyyətlər vasitəsilə töhfə verir və bununla da getdikcə artmaqda olan əhali üçün daha ucuz, daha sürətli və daha təhlükəsiz rəqəmsal bağlantını əlçatan etməyə kömək edir. Bu 49 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu