Əsas səhifə / Xəbərdar olun / Kitabxana
EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri
Tarix: fevral 2024
“EU4Digital proqramının Şərq Tərəfdaşlığı ölkələrində DESI göstəricilərinin həyata keçirilməsinə dair tövsiyələri” adlı hesabat EU4Digital “DESI Sürətləndirmə proqramı” çərçivəsində hazırlanan Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin (DESI) tətbiqində Şərq Tərəfdaşlığı ölkələri üçün strateji plan rolunu oynayır.
Hesabatın əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrində mövcud və təklif olunan məlumatların toplanması təcrübələrindəki boşluqları təhlil etmək və Aİ metodologiyalarına uyğun olaraq DESI göstəricilərinin tam dəstini həyata keçirmək üçün regional və milli səviyyədə tədbirlər üçün operativ tövsiyələr hazırlamaqdır.
Məlumatların toplanması sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri üçün nəzərdə tutulmuş bu hesabatda Şərq Tərəfdaşlığı ölkələrində DESİ-nin inkişafının cari vəziyyəti barədə ümumi məlumat verilir.
DESI sürətləndiricisi EU4Digital proqramının Rəqəmsal bacarıqlar tematik sahəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərinin bir hissəsidir. Daha ətraflı öyrənmək üçün yeni “İzahedici materiallar” adlı veb-məzmuna və bu yaxınlarda dərc olunmuş “Rəqəmsal bacarıqlar” adlı qısa videoya (“Kitabxana” bölməsində əlçatandır) baxın.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar