Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Aİ-nin qabaqcıl təcrübələrinə əsasən özəl 5G şəbəkələrinin yaradılması haqqında hesabat
Tarix: mart 2024
Özəl 5G şəbəkələrinin yaradılması bağlantını, sənayedə innovasiyaları, təhlükəsizliyi və ümumilikdə kommunikasiyaların səmərəliliyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, sənayedə və biznes sektorunda təkmilləşdirmələrlə nəticələnir. EU4Digital proqramının ekspertlərinin Telekommunikasiya qaydaları şəbəkəsinin fəaliyyətləri çərçivəsində hazırladığı və özəl 5G şəbəkələrinin yaradılmasına həsr olunan bu hesabat Aİ-nin qabaqcıl təcrübələrinə əsaslanır. Hesabatda aşağıdakı mövzular əhatə olunub:
- Biznes sektorunda özəl 5G şəbəkələrinin istifadə halları;
- Müxtəlif növ özəl 5G şəbəkələrinin müqayisəsi;
- Özəl 5G şəbəkələrinə tezliklərin ayrılması, Avropada müxtəlif istifadə hallarının təhlili;
- Aİ səviyyəsində özəl 5G şəbəkə tezliklərinin standartlaşdırılması.
Hesabatın əsas məqsədi özəl 5G şəbəkələrinin yaradılması üçün biznes sektorunda istifadə hallarını müzakirə etmək, həmçinin tezliklərin bölüşdürülməsində Aİ-yə üzv dövlətlərin əldə etdikləri təcrübəni bölüşməkdir. Hesabatın məqsədinə aşağıdakılar daxildir:
- Müxtəlif sektorlarda 5G şəbəkələrinin tətbiqinin təsviri;
- Şərq Tərəfdaşlığı ölkələri, bu ölkələrdə fəaliyyət göstərən şəbəkə operatorları və digər maraqlı tərəflərə mövcud özəl 5G şəbəkələrinin növləri və mümkün tezlik bölgüsü haqqında təlimatlar vermək;
- Aİ-yə üzv ölkələrdən tezlik bölgüsü nümunələrinin təqdim edilməsi.
Hesabatın nəticələrinə və Şərq Tərəfdaşlığı ölkələrinin rəylərinə əsaslanaraq EU4Digital proqramı hər bir ölkə üçün xüsusi prioritetlər özəl 5G şəbəkələrinin yaradılması məqsədilə icra ediləcək təşəbbüslər işləyib hazırlayacaq.
EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsinin fəaliyyətləri haqqında daha ətraflı öyrənmək üçün “İzahedici materiallar” adlı veb-məzmuna və “Kitabxana” bölməsində mövcud olan “Telekommunikasiya qaydaları” adlı qısa videoya baxın.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Telekommunikasiya qaydaları