22/11/2023
Elektron səhiyyə
Rəqəmsallaşma tibbi xidməti daha səmərəli, dəqiq və əlçatan edə bilər. Şərq Tərəfdaşlığı ölkələrinə elektron səhiyyə xidmətlərini digər ölkələrin səhiyyə xidmətləri ilə inteqrasiyasına kömək etmək məqsədilə EU4Digital bu regionda rəqəmsal səhiyyə sisteminin uyğunlaşdırılmasını dəstəkləyir. Bu 59 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsinin fəaliyyətlərinin bu hədəfləri necə dəstəklədiyi izah olunur.
Daha çox oxu22/11/2023
İKT və innovasiyalar
Hər bir biznes inkişaf edən inovasiya ekosistemindən asılıdır. Şərq Tərəfdaşlığı ölkələri startaplar və investorlar üzrə ekosistemin gücləndirilməsində EU4Digital proqramının dəstəyinə güvənirlər. Bu 50 saniyəlik videoçarxda İKT və inovasiyalar şəbəkəsinin müxtəlif fəaliyyətlərinin bu dəstəyə necə töhfə verdiyi izah olunur.
Daha çox oxu22/11/2023
Elektron etimad
Rəqəmsallaşma dövründə elektron identifikasiya (eİD) və etimad xidmətləri milli sərhədlər daxilində və bu sərhədlərdən kənarda tətbiq edilməlidir. EU4Digital proqramı Şərq Tərəfdaşlığı ölkələrinin rəqəmsal xidmətlərə transsərhəd çıxışı birləşdirmək ilə bağlı hədəfə çatmağını dəstəkləyir. Bu 61 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron etimad şəbəkəsinin bu dəstəyi necə təmin etdiyi izah olunur.
Daha çox oxu22/11/2023
Elektron ticarət
Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqına daxil ölkələr ilə biznes əlaqələrini sadə və təhlükəsiz etməklə bu əlaqələri necə gücləndirə bilərlər? EU4Digital proqramının Elektron kommersiya şəbəkəsi ekosistemi, qanunvericiliyi, standart və iş təcrübələri uyğunlaşdırmağa yönəlmiş fəaliyyəti bu hədəfi dəstəkləyir. Bu 58 saniyəlik videoçarxda EU4Digital proqramının Elektron ticarət şəbəkəsinin bütün fəaliyyətlərinin rəqabətin və rəqəmsal iqtisadiyyatın təkmilləşdirilməsinə necə töhfə verdiyi izah olunur.
Daha çox oxu22/11/2023
Telekommunikasiya qaydaları
Dayanıqlı iqtisadi inkişaf üçün Şərq Tərəfdaşlığı ölkələrində sərfəli bağlantı tələb olunur. EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsi bu hədəfə müxtəlif növ fəaliyyətlər vasitəsilə töhfə verir və bununla da getdikcə artmaqda olan əhali üçün daha ucuz, daha sürətli və daha təhlükəsiz rəqəmsal bağlantını əlçatan etməyə kömək edir. Bu 49 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu22/11/2023
Rəqəmsal bacarıqlar
Gündən-günə artan rəqəmsal bacarıqların cəmiyyətlərin rəqəmsal transformasiyasına təkan verdiyini bilirik. Şərq Tərəfdaşlığı ölkələrində istənilən yaşda və gəlirə malik vətəndaşlar üçün əlverişli təhsil imkanlarının yaradılması üçün EU4Digital proqramının Elektron bacarıqlar şəbəkəsi müxtəlif dəstək fəaliyyətləri təklif edir. Bu 50 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu26/09/2023
Aİ-nin qabaqcıl təcrübələrinə dair hesabat: genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqi
EU4Digital proqramının "Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqində Aİ-nin qabaqcıl təcrübəsinə dair hesabatı" proqramın ekspertləri tərəfindən Telekommunikasiya qaydaları bölməsinin fəaliyyətləri çərçivəsində hazırlanıb. Bu hesabat Avropa İttifaqının genişzolaqlı bağlantının inkişafına yönəlmiş yol xəritəsini əks etdirən dörd əsas hissədən ibarətdir. Əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin bu təcrübələri tətbiq edə bilməsi üçün Aİ və Aİ-yə üzv ölkələrin yiyələndiyi təcrübələri paylaşmaqdır.
Daha çox oxu13/09/2023
Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin icrası: Aİ-nin qabaqcıl təcrübələr haqqında hesabatı
EU4Digital proqramının Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelin icrası haqqında hesabatında Aİ-nin qabaqcıl təcrübələri, strategiya və risklərlə əlaqədar əsas sahələr müəyyən edilib və Şərq Tərəfdaşlığı ölkələri, bu ölkələrdə fəaliyyət göstərən şəbəkə operatorları və digər maraqlı tərəflərə əlaqələndirilmiş yanaşma və təlimatlar verir.
Daha çox oxu06/09/2023
Aİ-nin qanunvericilik, standartlar və ekosistemi sahələrində elektron kommersiya üzrə əsas parametrlərinin təhlili
Hesabatda Avropa İttifaqında elektron kommersiya sahəsinin cari vəziyyəti və Aİ-nin qabaqcıl təcrübə və normaları haqqında ümumi məlumat verilib. Aİ-nin bu sahədə əsas parametrləri Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın vəziyyətini qiymətləndirmək məqsədilə etalon rolunu oynayır. 99 səhifəlik hesabatda üç əsas sahə - qanunvericilik bazası, standartlar və elektron kommersiya ekosistemi təhlil olunur.
Daha çox oxu