-
22/11/2023
Telekommunikasiya qaydaları
Dayanıqlı iqtisadi inkişaf üçün Şərq Tərəfdaşlığı ölkələrində sərfəli bağlantı tələb olunur. EU4Digital proqramının Telekommunikasiya qaydaları şəbəkəsi bu hədəfə müxtəlif növ fəaliyyətlər vasitəsilə töhfə verir və bununla da getdikcə artmaqda olan əhali üçün daha ucuz, daha sürətli və daha təhlükəsiz rəqəmsal bağlantını əlçatan etməyə kömək edir. Bu 49 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu -
22/11/2023
Rəqəmsal bacarıqlar
Gündən-günə artan rəqəmsal bacarıqların cəmiyyətlərin rəqəmsal transformasiyasına təkan verdiyini bilirik. Şərq Tərəfdaşlığı ölkələrində istənilən yaşda və gəlirə malik vətəndaşlar üçün əlverişli təhsil imkanlarının yaradılması üçün EU4Digital proqramının Elektron bacarıqlar şəbəkəsi müxtəlif dəstək fəaliyyətləri təklif edir. Bu 50 saniyəlik videoçarxda ətraflı izah edilir.
Daha çox oxu -
26/09/2023
Aİ-nin qabaqcıl təcrübələrinə dair hesabat: genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqi
EU4Digital proqramının "Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqində Aİ-nin qabaqcıl təcrübəsinə dair hesabatı" proqramın ekspertləri tərəfindən Telekommunikasiya qaydaları bölməsinin fəaliyyətləri çərçivəsində hazırlanıb. Bu hesabat Avropa İttifaqının genişzolaqlı bağlantının inkişafına yönəlmiş yol xəritəsini əks etdirən dörd əsas hissədən ibarətdir. Əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələrinin bu təcrübələri tətbiq edə bilməsi üçün Aİ və Aİ-yə üzv ölkələrin yiyələndiyi təcrübələri paylaşmaqdır.
Daha çox oxu -
13/09/2023
Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelinin icrası: Aİ-nin qabaqcıl təcrübələr haqqında hesabatı
EU4Digital proqramının Aİ-nin 5G şəbəkəsinin təhlükəsizliyi ilə bağlı alətlər panelin icrası haqqında hesabatında Aİ-nin qabaqcıl təcrübələri, strategiya və risklərlə əlaqədar əsas sahələr müəyyən edilib və Şərq Tərəfdaşlığı ölkələri, bu ölkələrdə fəaliyyət göstərən şəbəkə operatorları və digər maraqlı tərəflərə əlaqələndirilmiş yanaşma və təlimatlar verir.
Daha çox oxu -
06/09/2023
Aİ-nin qanunvericilik, standartlar və ekosistemi sahələrində elektron kommersiya üzrə əsas parametrlərinin təhlili
Hesabatda Avropa İttifaqında elektron kommersiya sahəsinin cari vəziyyəti və Aİ-nin qabaqcıl təcrübə və normaları haqqında ümumi məlumat verilib. Aİ-nin bu sahədə əsas parametrləri Şərq Tərəfdaşlığı ölkələrində transsərhəd elektron kommersiyanın vəziyyətini qiymətləndirmək məqsədilə etalon rolunu oynayır. 99 səhifəlik hesabatda üç əsas sahə - qanunvericilik bazası, standartlar və elektron kommersiya ekosistemi təhlil olunur.
Daha çox oxu -
05/09/2023
EU4Digital proqramının II mərhələsi – ictimaiyyət üçün 1-ci yarımillik hesabat
Bu hesabatda EU4Digital proqramının II mərhələsinin ilk hesabat dövrü (iyun 2022 - dekabr 2022) ərzində həyata keçirilən fəaliyyətlər əks olunub. Hesabatda sözügedən dövr ərzində altı tematik istiqamət çərçivəsində əldə olunan nəticələr və növbəti hesabat dövrlərində icra olunacaq fəaliyyətlərin məqsədləri təqdim olunub. Sənəddə siyasətlərlə bağlı əsas məqamlar da qeyd olunub.
Daha çox oxu -
01/07/2023
EU4Business – Siyasətdən Fəaliyyətə II Mərhələ: Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqların inkişafının təşviqi (İƏİT-nin fəaliyyətləri haqqında ümumi məlumat)
İKT və İnnovasiyalar Forumu 2023-də təqdim olunan bu təqdimat KOB-ların rəqəmsallaşdırılması sahəsində İƏİT-nin Şərq Tərəfdaşlığı ölkələrinə siyasət dəstəyi haqqında ümumi məlumatdan ibarətdir.
Daha çox oxu -
01/07/2023
Şərq Tərəfdaşlığında KOB-ların geniş miqyaslı rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi üçün rəqəmsal texnologiyalar
İKT və İnnovasiyalar Forumu 2023-də təqdim olunan bu təqdimat Dünya Bankının bütün dünyada Texnologiyaların şirkət səviyyəsində tətbiqinə (FAT) dair sorğuların nəticələrinə həsr olunub.
Daha çox oxu -
01/07/2023
Yeni EU4Digital Akademiyası: ŞT maraqlı tərəfləri üçün və onlar ilə birgə texniki layihələndirmə”
"Yeni EU4Digital Akademiyası: ŞT maraqlı tərəfləri üçün və onlar ilə birgə texniki layihələndirmə" adlı təqdimat Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün innovativ təhsil platforması olan EU4Digital Akademiyasına həsr olunub.
Daha çox oxu