Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Yeni EU4Digital Akademiyası: ŞT maraqlı tərəfləri üçün və onlar ilə birgə texniki layihələndirmə”
Tarix: mart 2023
“Yeni EU4Digital Akademiyası: ŞT maraqlı tərəfləri üçün və onlar ilə birgə texniki layihələndirmə” adlı təqdimat Şərq Tərəfdaşlığı (ŞT) ölkələri üçün innovativ təhsil platforması olan EU4Digital Akademiyasına həsr olunub. Bu təqdimat “İKT və İnnovasiyalar Forumu 2023” zamanı EU4Digital proqramının qrup rəhbəri Artur Piliponis tərəfindən açıqlanıb.
Təqdimatdakı slaydlarda adı çəkilən platformanın kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) dəstəklənməsinə və ŞT vətəndaşlarının səlahiyyətləndirilməsinə yönəlmiş fəaliyyətləri, fərdi, eləcə də yerli dillərdə müxtəlif mənbələrə əsaslanan kurslar və praktiki elektron ticarət bacarıqlarının ön plana çəkildiyi kurslar haqqında ətraflı məlumat verilib. EU4Digital Akademiyası həmçinin inklüziv tədris mühiti yaratmaqla məzmun təminatçıları və KOB şəbəkələri üçün tərəfdaşlıq imkanları təklif edir.
EU4Digital Akademiyası Rəqəmsal bacarıqlar tematik sahəsinin fəaliyyətləri çərçivəsində yaradılıb.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Elektron bacarıqlar