Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Aİ-nin qabaqcıl təcrübələrinə dair hesabat: genişzolaqlı bağlantı sahəsində rəqabətin təşviqi
Tarix: may 2023
Rəqabət qabiliyyətli genişzolaqlı internet xidmətlərinə çıxış imkanının təşviqində Aİ-nin qabaqcıl təcrübəsinə dair hesabat” EU4Digital proqramının ekspertləri tərəfindən Telekommunikasiya qaydaları tematik sahəsi çərçivəsində hazırlanıb.
Bu hesabat Avropa İttifaqının genişzolaqlı bağlantının inkişafına yönəlmiş yol xəritəsini əks etdirən dörd əsas hissədən ibarətdir:
- Aİ-nin əsas siyasət sənədlərinin nəzərdən keçirilməsi – Rəqəmsal onillik və Rəqəmsal kompas proqramı;
- Aİ-nin genişzolaqlı bağlantının inkişafı haqqında qanunvericiliyinin nəzərdən keçirilməsi – Avropa Elektron Rabitə Məcəlləsi (EECC) və Genişzolaqlı bağlantı sahəsində xərclərin azaldılması direktivi (BCRD);
- Genişzolaqlı bağlantı sahəsindəki siyasətlərin hazırlanmasında tətbiq olunan alətlərin təhlili;
- Beş Aİ-yə üzv dövlət – Almaniya, Fransa, Litva, Rumıniya və Portuqaliya tərəfindən Aİ-nin genişzolaqlı bağlantının inkişafı haqqında siyasətlərinin və qabaqcıl təcrübələrinin təhlili.
Hesabat Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) rəqabət qabiliyyətli genişzolaqlı bağlantı xidmətlərinə çıxışı təşviq etmək məqsədilə hazırlanıb. Onun əsas məqsədi Aİ və Aİ-yə üzv dövlətlərin əldə etdikləri təcrübələri bölüşməkdir. Şərq Tərəfdaşlığı ölkələri bu təcrübəni aşağıdakı hallarda tətbiq edə bilər:
- Genişzolaqlı bağlantı bazasının yaradılması və bazardakı yeniliklərin monitorinqi;
- Genişzolaqlı bağlantı haqqında siyasətlərin qəbulu və həyata keçirilməsi.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- Telekommunikasiya qaydaları