Son illər ərzində Şərq Tərəfdaşlığı ölkələri innovasiya ekosistemlərini əhəmiyyətli dərəcədə gücləndiriblər. Bir çox mərkəzlər, sürətləndiricilər və startaplar yaranıb və biznesə dəstək proqramları təqdim edilib. Bununla belə, ekosistem iştirakçılarının startapların və kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB) artan ehtiyaclarına xidmət etmək imkanlarında hələ də müəyyən boşluqlar var. Şərq Tərəfdaşlığı ölkələrində ekosistemlərin genişləndirilməsi və innovasiyalara dəstək subyektlərinin ixtisaslaşması üçün resursların olmaması onların davamlı inkişafına və ekosistemlərin səmərəliliyinə mane olur. Müqayisə üçün qeyd edək ki, bazarın gündən-günə artmaqda olan ehtiyaclarına cavab olaraq ekosistemlər yaratmaq üçün güclü biznesə dəstək sistemi və bol resursları miras olaraq qazanmış Aİ ölkələrində ekosistemin inkişafı daha sürətlə irəliləyib.
EU4Digital təşəbbüsünün I mərhələsində İKT və innovasiyalar tematik sahəsinin komandası bazarı araşdıraraq müxtəlif ölkələrdəki startap ekosistemlərinin fəaliyyət göstəricilərini müqayisə edib. Bu araşdırma Şərq Tərəfdaşlığı ölkələrində startapların inkişaf mərhələləri arasında keçid nisbətlərinin Mərkəzi və Şərqi Avropa ilə müqayisədə 70% aşağı olduğunu üzə çıxarıb. Fəaliyyətin səmərəliliyini artırmaq üçün təşəbbüsün II mərhələsi Şərq Tərəfdaşlığı ölkələrinin startap və innovasiyalar ekosistemindəki boşluqları müəyyən etmək, məqsədyönlü müdaxilə strategiyalarını hazırlamaq və ekosistemin inkişafı və məlumatlara əsaslanan siyasətlərin işlənib hazırlanması üçün platforma təmin etmək məqsədi daşıyır.
EU4Digital təşəbbüsü ekosistem qurucularının mühüm rolunu, dövlət və özəl sektor arasında tərəfdaşlığın əhəmiyyətini təşviq etməklə və məlumat bazasına, bazarlara və maliyyə mənbələrinə və digər əməliyyat resurslarına çıxış imkanını təmin edən yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya proqramlarının imkanlarını artırmaqla möhkəm və inklüziv İKT və innovasiyalar ekosistemi yaratmaq məqsədi daşıyır.
EU4Digital İKT və innovasiyalar sahəsində beş fəaliyyət xəttinə malikdir:
- Aİ-nin yanaşma və qabaqcıl təcrübələrinə əsaslanaraq Şərq Qonşuluğu regionunda İKT və innovasiyalar sahəsinin inkişafını növbəti mərhələyə aparacaq əlverişli qanunvericilik bazasının yaradılmasının təşviqi. Təşəbbüsün I mərhələsində bu işlər Şərq Tərəfdaşlığı ölkələrində prioritet olaraq qəbul edilən beş siyasət sahəsi üzrə həyata keçirilib və buraya həyata keçirilməsi üçün ölkə üzrə maraqlı tərəflərə təqdim olunan hər bir konkret ölkə üzrə siyasətə dair tövsiyələr və fəaliyyət planları daxildir. II mərhələdə Aİ-nin təcrübələrinə uyğun olaraq regionda inkişaf etməkdə olan spesifik texnologiyaların (məs, Avropa süni intellekt üzrə qanunvericilik bazası) istifadəsinə imkan yaradacaq siyasətə dair tövsiyələr hazırlayırıq.
- Region daxilində və Aİ-nin əsas şəbəkə və təşkilatları ilə innovasiyalar ekosistemi iştirakçıları arasında şəbəkələrin qurulmasının təşviqi. Bu məqsədyönlü tədbirlər, tanışlıq xarakteri daşıyan səfərlər və startap və innovasiyalara dair forumlar vasitəsilə, o cümlədən İKT və innovasiyalar tematik sahəsindəki digər fəaliyyətlər ilə sinerji formatında həyata keçirilir.
- Şərq Tərəfdaşlığı ölkələrindəki maraqlı tərəflər, eləcə də Aİ-dən olan investorların artmaqda olan istifadəsinə şərait yaratmaq üçün ŞT Startaplar ekosistemi platformasının təşviqi.
- İKT və innovasiyalar sahəsinin inkişafının əhəmiyyətinə dair məlumatlılığı artırmaq üçün Şərq Tərəfdaşlığı ölkələrində təbliğat kampaniyalarının həyata keçirilməsi və İKT və innovasiyalar sahəsində qadınların iştirakının artırılması.
- Təşəbbüsün I mərhələsində EU4Digital “Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüs (DİSC) ilə bağlı bazarın qiymətləndirilməsini” həyata keçirib. EU4Digital həmçinin İKT sahəsi üzrə sahibkarlıq ekosisteminin inkişafı üzrə bələdçi hazırlayıb və buraya ekosistemin vəziyyətinin qiymətləndirilməsi və hər bir ölkə üzrə tövsiyələr daxildir. Təşəbbüsün I mərhələsində müəyyən edilmiş boşluqlar, ekosistemin səmərəli fəaliyyətinə mane olan boşluqları təfərrüatı ilə müəyyən etmək üçün II mərhələdə davam edən hərtərəfli araşdırmalara yol açıb. Yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya imkanlarının genişləndirilməsi üçün ətraflı tövsiyələrin işlənib hazırlanmasından sonra EU4Digital proqramı inkubasiya üzrə dəstək prosesində boşluqların aradan qaldırılmasına yönəlmiş xüsusi regional proqramın israsını dəstəkləyir. EU4Digital həmçinin Şərq Tərəfdaşlığı ölkələrində innovasiya klasterlərinin inkişafı üçün vahid çərçivə hazırlamağı və tövsiyələrini təqdim etməyi planlaşdırır.
İnnovasiyaların inkişafı üçün əlverişli mühit tələb olunur. Buraya bilik əldə etmək, risklərə davamlı maliyyələşdirmə, eləcə də səhv etmək və bu səhvlərdən öyrənmə qabiliyyəti daxildir.
Bazarın innovatorların tələbatını ödəyə bilmədiyi sahələrdə dövlət dəstəyi tələb olunur. Xüsusi vergitutma formaları həm startaplar, həmçinin mövcud müəssisələr üçün milli iqtisadiyyatda əsas maraq kəsb edən sahələrdə yeniliklər etmək üçün stimul verir.
Başqa bir misal, həm investorları, həm də startapları qoruyan kraudfandinq, mələk sərmayəsi və vençur kapitalı üçün tənzimləyici bazanın olması tələbidir. Tənzimləyici “qum qutuları” süni intellekt və blokçeyn kimi yeni texnologiyaların müştəriləri riskə məruz qoymadan onların ehtiyaclarını ödəmək üçün necə istifadə oluna biləcəyini yoxlamaq üçün yaradılan və innovasiyaların sınaqdan keçirilməsi üçün idarə olunan mühitlərdir.
Əsas şərtlərin uyğunlaşdırılması və Aİ-nin qabaqcıl təcrübələrinin, alətlərinin və tənzimləmə yanaşmalarının öyrənilməsi Şərq Tərəfədaşlığı ölkələri və Aİ ölkələrindən olan müəssisələrə qarşılıqlı anlaşılan qaydalar üzərində işləməyə imkan verəcək və Şərq Tərəfdaşlığı ölkələrinə riskli investisiyaların və innovasiyaların axınına kömək edəcək. EU4Digital təşəbbüsünün I mərhələsində İKT və innovasiyalar tematik sahəsi tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində prioritet olaraq qəbul edilən beş İKT və innovasiyalar siyasət sahəsi üzrə siyasətə dair tövsiyələr və fəaliyyət planları hazırlayıb. II mərhələdə Aİ-nin təcrübələrinə uyğun olaraq regionda inkişaf etməkdə olan spesifik texnologiyaların (məs, Avropa süni intellekt üzrə qanunvericilik bazası) istifadəsinə imkan yaradacaq siyasətə dair tövsiyələr hazırlanacaq.
EU4Digital təşəbbüsünün I mərhələsi və Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüsü (DISC) çərçivəsində “Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüs (DİSC) ilə bağlı bazarın qiymətləndirilməsini” həyata keçirib. EU4Digital həmçinin İKT sahəsi üzrə sahibkarlıq ekosisteminin inkişafı üzrə bələdçi hazırlayıb və buraya ekosistemin vəziyyətinin qiymətləndirilməsi və hər bir ölkə üzrə tövsiyələr daxildir. Müəyyən edilmiş boşluqlar, ekosistemin səmərəli fəaliyyətinə mane olan boşluqları təfərrüatı ilə müəyyən etmək üçün II mərhələdə davam edən hərtərəfli araşdırmalara yol açıb. Yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya imkanlarının genişləndirilməsi üçün ətraflı tövsiyələrin işlənib hazırlanmasından sonra EU4Digital proqramı startapların inkubasiya mərhələsində boşluqların aradan qaldırılmasına yönəlmiş spesifik regional proqramın israsını dəstəkləyir.
Aİ startaplar, sürətləndiricilər, müəssisə kapitalı sahibləri və s. kimi İKT və innovasiyalar ekosisteminin iştirakçıları üçün bir sıra onlayn şəbəkələr və platformalar yaradıb. Bu şəbəkələr və platformalar müxtəlif Aİ-yə üzv dövlətlərdəki müəssisə və təşkilatları əlaqələndirməyə, fikir mübadiləsi aparmağa və ümumi təşəbbüs və tədbirlərdə iştirak etməyə imkan verir.
2022-ci ildə EU4Digital Dealroom ilə əməkdaşlıq çərçivəsində ŞT Startaplar ekosistemi platformasını istifadəyə verib. Platformada məlumatlara əsaslanan siyasətin hazırlanmasını dəstəkləmək, startapları potensial investorlarla əlaqələndirmək, o cümlədən İKT və innovasiyalar ekosistemi haqqında makro səviyyəli tendensiyalar və etibarlı rəylər təqdim edilir və bunlardan aşağıdakılar daxil olmaqla geniş istifadəçi kütləsi faydalanır:
- Hökumət qurumları və normayaradan orqanlar
- Vençur kapitalı müəssisələri, mələk investorlar və digər investorlar
- Startaplar və böyüməkdə olan şirkətlər
- Tədqiqatçılar və jurnalistlər
- Universitetlər, xidmət təminatçıları, akseleratorlar.
EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin tədbirləri ŞT regionunda icma və şəbəkələrin yaradılmasına kömək edir. Bu tədbirlər Aİ-nin müvafiq qabaqcıl təcrübələrinin daha dərindən öyrənilməsinə və başa düşülməsinə, eləcə də növbəti mərhələlərdə birgə fəaliyyətlər və layihələr vasitəsilə həmin təcrübələrin Şərq Tərəfdaşlığı ölkələrinə ötürülməsinə imkan yaratmaq üçün ŞT və Aİ təşkilatları və maraqlı tərəfləri arasında ikitərəfli və çoxtərəfli “körpülər qurur”. Bu səbəbdən də bu tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT və innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla seçilmiş mövzuya uyğun auditoriyanı əhatə edir.
I mərhələ (2019-2022) zamanı EU4Digital proqramının İKT və innovasiyalar üzrə şəbəkə təbdirləri ŞT maraqlı tərəfləri və aşağıdakı təşkilatlar arasında əlaqələr yaratmağa müvəffəq olub: Avropa Klasterlərin Əməkdaşlıq Platforması (ECCP), Avropa Biznes Mələkləri Şəbəkəsi (EBAN), Biznes Mələkləri Europe (BAE), Avropa Biznes və İnnovasiya Mərkəzi Şəbəkəsi (EBN), Avropa Kraudfandinq Şəbəkəsi (ECN), Avropa Əqli mülkiyyət hüquqları idarəsi (EUIPO), Avropa Əqli mülkiyyət hüquqları üzrə dəstək xidməti, Rəqəmsal İnnovasiya Mərkəzləri Şəbəkəsi (DIHNET), I4MS, Avropa Rəqəmsal Texnologiyalar üzrə KOB-lar İttifaqı və Startap Avropa Regionlar Şəbəkəsi (SERN). II mərhələdə (2022-2025) isə biz artıq aşağıdakılarla əlaqələr qurmuşuq: Women Go Tech, WEgate, Qadınlar Biznesdə Mələkləri, WINGATE, Qadın təsisçilər, Beynəlxalq Etibarlı Blokçeyn Tətbiqlərinin Assosiasiyası (INATBA) və Aİ-nin Blokçeyn üzrə Rəsədxanası və Forumu.