
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Elektron kommersiya üzrə hesabat – ŞT ölkələrində elektron kommersiya mühitinin uyğunlaşdırılması üçün təklif olunan tövsiyələr: Azərbaycan
Tarix: yanvar 2021
EU4Digital Proqramının Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında elektron kommersiya sahəsinin uzlaşdırılmasına dair tövsiyələri, eləcə də Azərbaycan üzrə boşluqların təhlili və tövsiyələr.
Tövsiyələr EU4Digital Proqramının Elektron ticarət tematik sahəsinin Elektron kommersiya üzrə fəaliyyətləri çərçivəsində hazırlanıb.
Ümumilikdə hesabatın məqsədi Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında üç sahə – ekosistem, hüquqi baza və standartlar sahələri üzrə elektron kommersiyanın uzlaşdırılması üçün tövsiyələr hazırlamaqdır. Tövsiyələrə aşağıdakılar daxildir:
- Transsərhəd elektron kommersiyaya əngəl yaradan maneələrin aradan qaldırılması;
- Transsərhəd elektron kommersiyanın həcminin artırılması;
- Məlumatlılığı artırmaq və ölkələri Aİ-nin 2021-ci ildə elektron kommersiya sahəsində həyata keçirəcəyi dəyişikliklərə hazırlamaq.
Azərbaycan üzrə boşluqların təhlilinə daxildir:
- Elektron kommersiya ekosistemi sahəsində boşluqların təhlili
- Qanunvericilik sahəsində boşluqların təhlili
- Standartlar sahəsində boşluqların təhlili
Azərbaycan üzrə tövsiyələrə daxildir:
- Transsərhəd elektron kommersiya sahəsində maneələrin aradan qaldırılması üçün ekosistemə dair tövsiyələr
- Aİ ilə transsərhəd elektron kommersiya sahəsində qanunvericilik bazası və standartlar.
- Azərbaycan
- Elektron ticarət
