
Əsas səhifə / Xəbərdar olun / Kitabxana
Şərqi tərəfdaşlıq ölkələrində İKT sahəsində sahibkarlıq ekosisteminə dəstək üzrə bələdçi: yetkinliyin qiymətləndirilməsi və tövsiyələr
Tarix: Mart 2021
EU4Digital proqramı tərəfindən hazırlanan Şərqi tərəfdaşlıq ölkələrində (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanda) sahibkarlıq ekosistemlərinin inkişafını stimullaşdırmaq məqsədi daşıyan “Şərqi tərəfdaşlıq ölkələrində İKT sahəsində sahibkarlıq ekosisteminə dəstək üzrə bələdçi”.
Bələdçidə Şərqi tərəfdaşlıq ölkələrinin ekosistemlərinin yetkinliyinin qiymətləndirilməsi təmin edilib və ölkə səviyyəsində prioriteti önə çəkilərək istənilən ekosistemə tətbiq olunan tövsiyələr verilmişdir.
Bu bələdçi potensialın artırılması ilə məşğul olan şəxslər, yəni yerli qanunvericilər (dövlət qurumları), beynəlxalq təşkilatlar (Avropa İttifaqının Nümayəndəlikləri və digərləri), yardım təşkilatları və beynəlxalq maliyyə qurumları üçün hazırlanmışdır.
Mərkəzi və ölkə səviyyəli mütəxəssis qrupları tərəfindən hazırlanan sənəddə İKT sahəsində sahibkarlıq ekosistemlərinin yetkinliyi, eləcə də maliyyə, bilik, bazar və resurslara (obyektlərə) çıxış imkanlarını qiymətləndirmək üçün xüsusi metodologiya tətbiq edilib. Yetkinliyin qiymətləndirilməsi və tövsiyələr Şərqi tərəfdaşlıq ölkələrində İKT və innovasiyalar icmasının maraqlı tərəfləri ilə çoxsaylı məsləhətləşmələr və müsahibələr aparılaraq hazırlanmışdır. Buraya nazirliklər, dövlət qurumları və biznesə dəstək təşkilatları, ekosistem mütəxəssisləri, texnologiyaların inkişafı mərkəzləri, təhsil təminatçıları, investorlar və digərləri daxildir.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
