Tədqiqatda ŞT ölkələri arasında rouminq qiymətlərinin və tariflərinin uyğunlaşdırılmasına dair tövsiyələr, rouminq qiymətlərinin topdan və pərakəndə satışına uyğunlaşdırılmış yanaşmanın tətbiqi və hər bir ŞT ölkəsindəki pərakəndə rouminq bazarında tariflərin azaldılmasının gözlənilən təsirlərinin qiymətləndirilməsi yer almışdır. Sənəddə həmçinin ŞT ölkələri arasında Regional Rouminq Razılaşmasının (RRR) mümkün icrası və bazara təsirləri qiymətləndirilmişdir.
Bu tədqiqat Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətlərə dəstək məqsədilə qısamüddətli yüksək keyfiyyətli tədqiqatlar – HiQSTEP” layihəsi tərəfindən hazırlanmışdır